Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Heydər Əliyev adına tam orta məktəbdə tədrisin səviyyəsini daha da yüksəltmək məqsədi ilə məktəbin yeni nizamnaməsi təsdiq edilib. Nizamnaməyə əsasən yeni tədris ilindən məktəbin birinci sinfinə Naxçıvan şəhərində yaşayan, qəbul komissiyasının müsabiqə yolu ilə seçdiyi xüsusi istedadı ilə fərqlənən uşaqlar qəbul olunacaq. Müsabiqədə məktəbəhazırlıq qrupunu bitirən uşaqlara üstünlük veriləcək.
Məktəbə şagird qəbulu üçün aşağıdakı sənədlər tələb olunur:
-Şəxsiyyət vəsiqəsinin surəti;
- Məktəbəhazırlıq qrupunu bitirməsi haqqında arayış;
-Yaşayış yerindən arayış.
Sənədlər 15 iyul 2022-ci il tarixdən 15 avqust 2022-ci il tarixədək saat 10:00-dan 13:00-dək Heydər Əliyev adına tam orta məktəbdə qəbul ediləcəkdir.
Müsabiqə 15-20 avqust 2022-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İmtahan Mərkəzində keçiriləcəkdir. Müsabiqə zamanı uşaqlara məktəbəhazırlıq proqramı üzrə ətraf aləmlə tanışlıq, savad təliminə hazırlıq və nitqin inkişafı, bədii, məntiqi və riyazi təfəkkürün inkişafı, təsviri fəaliyyət fənləri üzrə suallar veriləcək. Məktəbin I sinfinə 120 şagird qəbul olunacaq.
Şagirdlərin qəbulunda şəffaflığı təmin etmək üçün müşahidə kameraları vasitəsilə çəkiliş də aparılacaq.
Ünvan: Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəb. Naxçıvan şəhəri, Babək nəhəlləsi 8a.
Əlaqə nömrəsi: (036) 545-55-77