• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün299
mod_vvisit_counterDünən2257
mod_vvisit_counterBu həftə5111
mod_vvisit_counterBu ay50265
mod_vvisit_counterÜmumi2934404

Tarix: 26 Dek., 2024

Ümumtəhsil məktəblərinin müəllimləri üçün ixtisasartırma kursları təşkil edilib

Müasir dövrdə informasiya və kommunikasiya texnologiyalarının ən böyük töhfə verdiyi sahələrdən biri də təhsildir. Təhsildə yeni texnologiyaların tətbiqi həm tədris prosesinin keyfiyyətini yüksəldir, həm də şagirdlərə informasiya kommunikasiya texnologiyalarının mənimsədilməsi üçün şərait yaradır.

Bu gün muxtar respublikanın ümumtəhsil məktəblərində  də informasiya kommunikasiya texnologiyalarından  istifadəyə geniş yer verilir. Hazırda ümumtəhsil müəssisələrində 5700-dən çox komputer, 700-dən çox elektron lövhə quraşdırılmış, fənn kabinələri müasir avadanlıqlarla təchiz edilmişdir.
Məktəblərdə müasir tədris vasitələrindən istifadə müəllimlərin daim bu sahədə bilik və bacarıqlarının yüksəldilməsini tələb edir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsilverənlərin informasiya kommunikasiya texnologiyaları üzrə bacarıqlarının yüksəldilməsi üçün tədbirlər görülür, onlar üçün ixtisasartırma  kurslar təşkil olunur.

Bu tədbirlərin davamı olaraq Təhsil Nazirliyi tərəfindən  ümumtəhsil məktəblərində çalışan müəllimlər üçün “Elektron lövhə istifadəçisi” və “Komputer istifadəçisi” ixtisasartırma kursları təşkil edib.

Naxçıvan Şəhər Peşə Liseyində təşkil olunan kurslara 40 müəllim cəlb olunub. 1 ay davam edəcək kursda  müəllimlərə komputer texnologiyasının əsasları, sistem proqram təminatı, İKT proqramları, tətbiqi proqramlar, eləcə də “Smart Notebook” proqramı və komputer, proyektor və elektron lövhə arasında əlaqə fənləri öyrədiləcək.

Kursların təşkilində məqsəd müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, təlim texnologiyaları və müasir təlim üsullarının tətbiqi sahəsində onların bilik və bacarıqlarının inkişaf etdirilməsidir.

Kursları  uğurla bitirən müəllimlərə  sertifikatlar veriləcək.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg