• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün306
mod_vvisit_counterDünən2257
mod_vvisit_counterBu həftə5118
mod_vvisit_counterBu ay50272
mod_vvisit_counterÜmumi2934411

Tarix: 26 Dek., 2024

Şahmata həsr olunmuş yeni kitabların təqdimatı keçirilib

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə beynəlxalq usta Talıb Babayevin  “Naxçıvan Premium Turniri”, “Debüt tələləri 333” və “Həvəskardan ustaya qədər” II cild kitablarının   təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev bildirib ki, muxtar respublikamızda şahmatın inkişafı daim diqqət mərkəzindədir, bu idman növünün kütləvi hal alması üçün aparılan siyasət uğurla davam etdirilir. Muxtar respublikamızın şəhər və rayonlarında şahmat məktəbləri müasir tələblərə cavab verəcək səviyyədə tikilərək isitifadəyə verilib. Bu tədbirlərin davamı olaraq şahmatı tədris edən müəllimlərin və şahmatsevərlərin dərs vəsaitləri ilə təmin edilməsi də daim diqqət mərkəzində saxlanılır. Hər il federasiyanın dəstəyi ilə müxtəlif adlı dərsliklər çap edilərək şahmatçıların istifadəsinə verilir. Bu gün təqdim edilən hər üç kitab beynəlxalq usta Talıb Babayevin müəllifliyi və tərcüməsi sayəsində ərsəyə gəlib. Federasiyanın dəstəyi ilə çap edilib. Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək, qeyd edib ki, ölkəmizdə eləcədə, muxtar respublikamızda təhsilə böyük diqqət və qayğı göstərilir. Bu qayğıdan pay sahibi olan şahmatıda xüsusilə qeyd etmək lazımdır. Beləki məktəblərimizdə şahmat I-IX siniflərdə bir fənn kimi tədrisi edilir. Həmçinin muxtar respublikamızın quruculuq çoğrafiyasında şahmat mərkəzi və rayonlarda şahmat məktəbləri mühüm yer tutur. Yaradılan bu infrastruktur nəticəsində gələcəyin güclü şahmatçıları hazırlanır. Eyni zamanda burada olan maddi texnika baza sayəsində onlayn dərslər, yarışlar həyata keçirilir. Şahmat Mərkəzində isə beynəlxalq yarışlar, turnirlər təşkil edilir. Bütün bunlarla yanaşı daim olaraq Şahmat Federasiyasının təşəbbüsü və burada fəaliyyət göstərən müəllimlərin və məşqçilərin səy ilə şahmatın tədrisində mühüm əhəmiyyətə malik dərsliklərin və metodiki vəasitlərin çapı həyata keçirilir. Bu isə qurulan müasir ifrastrukturla bərabər şahamtı kütləvi şəkildə tədris və təbliğ etməyimizə geniş imkan verir. Bütün bunların nəticəsidir ki, muxtar respublika şahmatçıları daim uğurlu nəticələri ilə fərqlənirlər. Həmçinin  federasiyanın bu günə qədər bir neçə yeniyetmə şahmatçısının adı məhz Naxçıvan Muxtar Respublikası  Gənc İstedadlarının “Qızıl kitabı”na daxil edilib. Bunlardan sonuncusu isə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Nazlı Hümbətovadır. Bütün bunlar isə muxtar respublikamızda şahmata və şahmatçılara olan diqqət və qayğının ifadəsidir. Bu il muxtar respublikamızda 16 yaşadək şahmatçılar arasında keçiriləcək şahmat olimpiyadası isə Naxçıvanın dünyada şahmat mərkəzi kimi əhəmiyyətini bir daha ortaya qoymuş olur. Ovni Muradov çıxışının sonunda şahmat sahəsində əldə edilən nailiyyətlərin təməlin də dayanan diqqət və qayğıya görə  Ali Məclis Sədrinə minnətdarlığını bildirib.
Tədbirdə Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin şahmat müəllimi Fəridə Şükürova və Naxçıvan Qarnizonu tam orta  məktəbinin şahmat müəllimi, eyni zamanda federasiyanın məşqçisi Tural Zeynalov çıxış edərək yeni kitabların şahmatın tədrisi keyfiyyətinin yüksəldilməsinə əsaslı təsir göstərəcəyini bildiriblər.
Sonda rayon Şahmat məktəblərinin direktorlarına və müəllimlərə kitablar təqdim edilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg