İyulun 16-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilib.
Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib.
1. 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi
3. “Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
4. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Baş Nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək deyib ki, aqrar sahədə sistemli şəkildə həyata keçirilən kompleks tədbirlər kənd təsərrüfatının davamlı və dinamik inkişafını təmin edib. Hazırda Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində 250, Çeşməbasar, Güznüt kəndləri ərazisində isə 240 hektar sahədə qapalı suvarma və kollektor drenaj şəbəkəsinin tikintisi davam etdirilir. Bu işlərin davamı olaraq Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin 3200 hektar əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün Araz su anbarından qidalanan yeni nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisinə başlanılıb. Muxtar respublikada süni mayalanma işi diqqətdə saxlanılıb, cari ilin ötən dövründə 5897 baş ana mal və camış mayalandırılıb, 7938 baş cins bala alınıb, fərdi baytarlıq xidmətinə keçid təmin edilib. Arıçılığın inkişafı ilə bağlı işlər də görülüb, arı ailələrinin sayı 100 mindən artıq olub. “Naxçıvan Yaşıllaşdırma Xidməti” Publik Hüquqi Şəxsin 6 saylı Tingçilik kompleksi və “İqlim otağı”nda bu ilin ötən dövründə 9 min meyvə, 8 min həmişəyaşıl ting, 5 min meşə ağacı, 12 min bəzək və gül kolları yetişdirilib. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cari ilin birinci yarısında 93 texnika və texnoloji avadanlıq alınıb, 99 texnika və texnoloji avadanlıq lizinq yolu ilə mülkiyyətçilərə verilərək 200 min manat dövlət tərəfindən güzəşt tətbiq olunub. Cari ilin məhsulu üçün ötən ilin payızında və bu ilin yazında muxtar respublika üzrə 33 min 466 hektar sahədə taxıl əkini aparılıb. Hazırda muxtar respublikada 31 min 649 hektar sahənin taxılı biçilərək 102 min 742 ton məhsul toplanıb. 2022-ci ildə muxtar respublikada 24 min 244 hektar sahədə isə yazlıq əkin keçirilib, kənd təsərrüfatının inkişafı ilə bağlı banklar və kredit təşkilatları tərəfindən 8 milyon 861 min manat kredit verilib, məhsul istehsalçıları 13 min tondan artıq mineral gübrə ilə təmin olunub. 2022-ci ilin ötən dövründə diri çəkidə 13 min 978 ton ət, 51 min 907 ton süd, 881 ton yun, 64 milyon 439 min yumurta istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6,9 faiz, süd istehsalı 1,5 faiz, yun istehsalı 1,2 faiz, yumurta istehsalı 2,3 faiz artıb. 2022-ci ilin ötən dövründə kənd təsərrüfatının ümumi məhsulu 152 milyon 756 min manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək deyib ki, muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması, sənaye müəssisələrinin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin genişləndirilməsi 2022-ci ilin birinci yarımilində də davam etdirilib. Ali Məclis Sədrinin müvafiq Sərəncamına əsasən “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması istiqamətində işlərə başlanılıb, yun iplik istehsalı sahəsinin yaradılması məqsədilə layihə hazırlanıb. Yaradılacaq yeni Duz İstehsalı Müəssisəsi isə geniş istehsal imkanları ilə “Sənaye ili”nə mühüm töhfə olacaqdır. Bu ilin ilk yarısında Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına sənaye yönümlü 15 layihəyə 4 milyon 903 min manat kredit verilib. Hazırda 3 istehsal korpusundan ibarət olan Şərur Sənaye Məhəlləsində ayaqqabı, avropa qapıları, bərk və yumşaq mebel istehsalı sahələri fəaliyyət göstərir. Həmçinin corab istehsalı, məktəbli ləvazimatları, kağız kisə, karton tara, süd məhsullarının emalı və qablaşdırılması, meyvə-tərəvəzin konservləşdirilməsi və qurudulması və bitki yağı istehsalı sahəsinin qurulması istiqamətində işlər davam etdirilir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən kənd təsərrüfatı yönümlü layihələrə 1 milyon 36 min manat güzəştli kredit verilib. Bununla yanaşı kənd təsərrüfatının müxtəlif sahələri üzrə fəaliyyət göstərən ailə təsərrüfatlarına Sahibkarlığın İnkişafı Fondu tərəfindən cari ilin ötən dövrü ərzində 766 min manat dövlət maliyyə dəstəyi də göstərilib. Muxtar respublikada sahibkarlığın inkişafını daha da sürətləndirmək və onların fəaliyyətinə mane olan əsassız müdaxilələrin qarşısını almaq məqsədilə cari ilin ilk yarısında xüsusi fəaliyyət növləri üzrə 144 icazə, 691 lisenziya verilib.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, son illərdə əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlərin miqyası genişlənib. Bu ilin ötən dövründə muxtar respublikada 1313 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub ki, bunlardan da 215-ni əmək yarmarkalarında işə göndərilənlər təşkil edib. Özünüməşğulluq proqramının tətbiqinə başlanılmasından bugünədək 5126 nəfər ailə üzvü olan 1107 ailənin özünüməşğulluğu təmin edilib. Cari ildə isə 862 nəfər ailə üzvü olan 182 ailə proqrama cəlb edilib. Həmçinin son dövrdə bu prosesə muxtar respublikada fəaliyyət göstərən digər sahibkarlıq subyektləri də qoşularaq, 20 ailənin özünüməşğulluğunun təmin edilməsində sosial tərəfdaş qismində iştirak edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Naxçıvan Muxtar Respublikası ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” 2021-ci il sentyabrın 23-də Sərəncam imzalamış, 1 milyon manat vəsait ayrılıb. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 dekabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu” yaradılıb. Ötən dövrdə ölkə Prezidentinin Sərəncamı ilə ayrılan və dəstək fondunun vəsaiti hesabına 15-i 2022-ci ilin birinci yarısında olmaqla, 43 şəhid ailəsi və sağlamlıq imkanı məhdud müharibə iştirakçısı mənzillə, 16-sı 2022-ci ilin birinci yarısında olmaqla, 44 müharibə iştirakçısı avtomobillə təmin olunub, 4-ü 2022-ci ilin birinci yarısında olmaqla, 21 şəhid ailəsi və müharibə iştirakçısının kredit borcu bağlanıb, 10-u 2022-ci ilin birinci yarısında olmaqla, 42 şəhid ailəsi və müharibə iştirakçısının mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Həmçinin bugünədək fondun vəsaitləri hesabına, müvafiq kateqoriyadan olan 24 şəxsin muxtar respublika xaricində müalicə və müayinəsinə köməklik göstərilib, 1 nəfərin təhsilhaqqı xərci ödənilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə edib.
Gündəlikdə duran ikinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rəfael Əliyev çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 2021-ci ildə 128 milyon 400 min manat plana qarşı 145 milyon 38 min manat icra edilib, büdcəyə 16 milyon 638 min manat artıq vəsait mədaxil edilib. Gəlirlərin 72 faizi və ya 104 milyon 354 min manatı Dövlət Vergi Xidmətinin xətti ilə, 21,6 faizi və ya 31 milyon 405 min manatı Dövlət Gömrük Komitəsinin xətti ilə toplanılıb, 5,3 faizi və ya 7 milyon 669 min manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 1,1 faizi və ya 1 milyon 610 min manatı isə digər mənbələr hesabına daxil olub. 2021-ci il dövlət büdcəsi xərclərinin 90,5 faizi və ya 469 milyon 983 min 204 manatı cari xərclərə, 9,5 faizi və ya 49 milyon 419 min manatı isə əsaslı xərclərə yönəldilib. Əsaslı vəsait qoyuluşu xərclərinin böyük hissəsi muxtar respublikada quruculuq və abadlaşdırma işlərinin aparılmasına, yerli idarəetmə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin tikintisinə, şəhər və kənddaxili avtomobil yollarının yenidən qurulmasına, eyni zamanda infrastrukturun yenilənməsi layihələrinin maliyyələşdirilməsinə yönəldilib.
Sessiyada “Naxçıvan Muxtar Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu səsə qoyularaq qəbul olunub.
Gündəlikdə duran üçüncü məsələnin müzakirəsi zamanı qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsində 28 milyon 480 min manat məbləğində artım proqnozlaşdırıldığından Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsində dəyişikliklər edilməlidir.
Büdcəyə edilən dəyişikliklər barədə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyev məlumat verib, “Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun səsə qoyularaq qəbul olunub.
Sessiyanın gündəliyində duran dördüncü məsələnin müzakirəsi zamanı Ali Məclisin Sədri bildirib ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilərək deputatların sığorta olunması ilə bağlı bir sıra anlayışlar dürüstləşdirilib, deputatın icbari şəxsi sığortasının əsas prinsipləri müəyyən olunub, sığortanın aparılması, hesablanması, ödənilməsi qaydası, tərəflərin hüquq və vəzifələri, sığorta vəsaitlərinin mənbələri və istifadə olunması istiqamətləri yenilənib. Buna müvafiq olaraq “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi üçün Qanun layihəsi hazırlanıb və komitə iclasında müzakirə olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov qanun layihəsinin müzakirəsi barədə məlumat verib.
Sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanun səsə qoyularaq qəbul edilib.
Ali Məclisin Sədri sessiyanın gündəliyində duran beşinci məsələnin müzakirəsi zamanı qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 4-cü maddəsinə əsasən Müvəkkilin səlahiyyət müddəti 7 ildir və eyni şəxs Müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Hazırkı Müvəkkil iki dəfə - 2006-cı və 2013-cü ildə bu vəzifəyə seçildiyindən səlahiyyət müddəti başa çatıb.
Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramovanın muxtar respublikada müvəkkil institutunun inkişafında, o cümlədən insan hüquqlarının qorunması sahəsində fəaliyyətini səmərəli hesab edib və ona təşəkkürünü bildirib.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova çıxış edərək deyib: Naxçıvan Muxtar Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təmin edilməsi, etibarlı müdafiəsi, bu sahədə yeni mexanizmlərin formalaşdırılması daim Ali Məclis Sədrinin diqqət mərkəzində olub. Naxçıvan Muxtar Respublikasının ilk Müvəkkili kimi fəaliyyətimə başlayarkən qarşıya qoyulan vəzifələr, verilən tapşırıq və tövsiyələr, göstərilən yol ötən 16 il ərzində fəaliyyət proqramımız olub. İstər təsisatın fəaliyyətinin davamlı təkmilləşdirilməsi, istərsə də təsisatın əməkdaşlarının, Müvəkkilin əməyinin yüksək qiymətləndirilərək təltif edilməsi dövlət qayğısının bariz nümunəsidir. Ali Məclis Sədrinin rəhbərliyi altında muxtar respublikanın inkişafı və tərəqqisi, sosial-iqtisadi layihələrin ardıcıl həyata keçirilməsi, əhalinin müxtəlif sosial qruplarının rifah halının və sosial müdafiəsinin gücləndirilməsinə, bununla da konstitusiyada təsbit edilən insan və vətəndaş hüquq və azadlıqalarının səmərəli təmin edilməsi və etibarlı müdafiəsinə yönəlib. Bu gün muxtar respublikada insan hüquqlarının qorunmasını təmin edən bir çox səmərəli müdafiə mexanizmləri, hüquq institutları yaradılmış və onların fəaliyyətləri təmin edilib. Ülkər Bayramova göstərilən yüksək etimada, diqqət və qayğıya görə minnətdarlıq edib.
Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasında müvəkkil (Ombudsman) institutunun inkişafı sahəsindəki səmərəli fəaliyyətinə görə Ülkər Bayramovaya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanını təqdim edib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 10-cu bəndinə əsasən Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdimat verməlidir. Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi Rzayeva Günay Tapdıq qızı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə seçilmək üçün təqdim olunub.
Səsvermə keçirilib və Günay Rzayeva Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilmiş Günay Rzayeva Ali Məclisin sessiyasında and içib və minnətdarlıq edib.
Ali Məclisin Sədri Günay Rzayevanı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilməsi münasibəti ilə təbrik edib və ona qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.
Ali Məclisin Sədri 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında əməyi, sabitliyin və təhlükəsizliyin qorunmasında xidməti olanlara təşəkkürünü bildirib, qarşıdakı dövrdə inkişafın təmin olunmasında sessiya iştirakçılarına, muxtar respublikanın hər bir sakininə uğurlar arzulayıb.
Bununla da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası öz işini başa çatdırıb.