Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi iləAtletika Federasiyasının birgə təşkil etdiyi yeniyetmələr arasında atletika üzrə muxtar respublika birinciliyinə yekun vurulub. Şərur Olimpiya İdman Kompleksində təşkil edilən birincilikdə 40-a yaxın ağır atlet 10 çəki dərəcəsində mübarizə aparıb. Birinciliyin yekun nəticəsinə əsasən qızlar arasında Gülcahan Əliyeva (50 kiloqram) qalib adını qazanıb. Oğlanların mübarizəsində isə Ümid Babayev, Əli Qasımov (hər ikisi 30 kiloqram), Mikayıl Novruzov (34 kiloqram), Əlirza Hüseynov (38 kiloqram), Ehtiram Əhmədov (40 kiloqram), Elton Rəhimov (53 kiloqram), Məhərrəm Qurbanlı (54 kiloqram), İlkin Kərimov (62 kiloqram) və Həsən Babayev (86 kiloqram) öz çəki dərəcələrində hamıdan güclü olublar. Komanda hesabında “Şərur” baş mükafatı qazanıb, idmançılar təşkilatçılar tərəfindən mükafatlandırılıblar.