Təhsil insanların dünyagörüşünün formalaşmasında, onların cəmiyyət həyatında iştirakında, bilavasitə sosial mühitə inteqrasiyasında mühüm rol oynayır. Azərbaycan dünya təcrübəsində böyük nüfuz qazanmış o ölkələrdəndir ki, burada elm və təhsilin inkişafına hər zaman böyük önəm verilib. Xüsusilə qadınlarımızın təhsilə cəlbində ötən əsrin əvvəllərindən başlayaraq Azərbaycan mesenatlarının bu işə necə bir töhfə verdikləri hamımıza məlumdur. Müasir dövrdə isə Azərbaycan qadını cəmiyyət həyatının bütün sahələrində fəal iştirak edir. Təbii ki, bu da ölkəmizdə gender bərabərliyinə, aparılan uğurlu dövlət qadın siyasətinə əsaslanır. Bütün bunların təməlində isə Azərbaycan qadınının təhsili dayanır.
Muxtar respublikamızda da təhsilə, eləcə də qızlarımızın bu və ya digər sahələrdə hərtərəfli inkişafına böyük qayğı göstərilir. Bu il fəaliyyətinin 30 ili tamam olan Naxçıvan Qızlar Liseyi də, bu mənada, muxtar respublikamızın ictimai-mədəni həyatında fərqlənən bir çox gənc xanımlarımızın fəaliyyətində mühüm rol oynayır. Azərbaycanda yeganə qızlar liseyi olan bu təhsil ocağının direktoru Aidə Allahverdiyeva ilə söhbətimizdə də liseyin keçdiyi tarixi inkişaf yoluna birgə nəzər saldıq. Onun dediklərindən: “Naxçıvan Qızlar Liseyi fəaliyyətə 1992-ci ildən başlayıb. Ötən dövrdə daim dövlətimizin diqqət mərkəzində olan təhsil müəssisəmiz 2011-ci ildə əsaslı şəkildə təmir edilərək müasir standartlara cavab verən təhsil avadanlıqları ilə təmin olunub. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan təhsil müəssisəsində geniş idman zalı, zəngin kitabxana, fizika, kimya, biologiya laboratoriyaları, yeməkxana mövcuddur. Şagirdlərin yüksək səviyyədə təhsil alması üçün burada hərtərəfli şərait yaradılıb: 4 elektron sinif otağı, 2 kompüter otağı fəaliyyət göstərir ki, buradakı bütün kompüterlər internet şəbəkəsinə qoşulubdur. Bununla yanaşı, məktəbimizdə müxtəlif dərnəklər, mənəviyyat seminarları, dərsdən sonra tərbiyəçi saatları təşkil olunur. Əsas məqsəd isə şagirdlərin növbəti gün üçün dərslərini hazırlamasıdır. Onu da qeyd edim ki, məktəbimizdə 60 təcrübəli müəllim çalışır və 380 qız şagird təhsil alır. Mövcud təhsil sisteminin uğurlu nəticəsidir ki, son 5 il ərzində məzunlarımızdan 49 nəfəri 500-700 intervalında bal toplayıb. Onlardan 5-i “Qızıl”, 3-ü “Gümüş” nişana, 16-sı isə fərqlənmə attestatına layiq görülüb. Liseyin özünəməxsus ənənələri vardır. Pedaqoji heyətimizin devizi yüksək savada malik, dünyagörüşlü, vətənpərvər, milli-mənəvi dəyərlərimizə sadiq əsl Azərbaycan xanımı yetişdirməkdir. Liseyimiz ümumtəhsil məktəblərinin proqramları əsasında fəaliyyət göstərir, dərs saatlarından sonra isə müəllimlərimiz şagirdlərlə yaxından məşğul olurlar. Məşğələlər şagirdlərin dərsləri daha dərindən mənimsəməsinə, onların bilik və bacarıqlarının artırılmasına, dünyagörüşlərinin formalaşdırılmasına zəmin yaradır. Bu da özünü hər il qəbul imtahanlarında göstərir. İldən-ilə 500- 700 intervalında bal toplayan şagirdlərimizin sayı artır. Respublika fənn olimpiadalarında, beynəlxalq olimpiadalarda yaxından iştirak edən şagirdlərimiz “Qızıl”, “Gümüş” nişanlar və fərqlənmə attestatları ilə məktəbi başa vururlar. Xüsusilə hər tədris ili yekunlaşarkən ilin nəticələrini ötən illərlə müqayisə edirik. Göz önündə olan artım isə bizim əvvəlcədən nəzərdə tutduğumuz proqnozla üst-üstə düşür”. Müsahibimiz şagird yaradıcılığını inkişaf etdirən dərnək məşğələlərdən danışaraq əlavə etdi: “Qeyd etdiyim kimi, çalışırıq ki, xanımlarımız öz adət-ənənələrinə, milli və mənəvi dəyərlərə sadiq şəkildə yetişsinlər. Bu mənada, elə məhz öz adət-ənənələrimizə uyğun şəkildə müxtəlif dərnəklər təşkil etmişik. Liseyimizdə tikiş-toxuculuq, xalçaçılıq və kulinariya dərnəkləri fəaliyyət göstərir ki, şagirdlərimiz dərsə olan maraqlarını dərnəklərə də göstərirlər. Xanımlarımızın əl işləri müxtəlifsərgilərə çıxarılır. Bu həm onlara stimul verir, həm də digər şagirdlərimizin bu sahəyə cəlbini, marağını artırır. Onu da qeyd etmək istərdim ki, muxtar respublikamızın digər təhsil müəssisələrində olduğu kimi, liseyimizdə də STEAM təhsil mərkəzi fəaliyyət göstərir. Artıq burada STEAM kabinəsi yaradılıb və şagirdlərin istifadəsinə verilib. Xanımlarımız bu müasir təhsil metoduna böyük maraq göstərir və muxtar respublikada təşkil olunan ilk “STEAM təhsil festivalı”nda və Bakıda keçirilən TEKNOFEST-də “Robot qol” və “3D bacarıqları” layihələri ilə iştirak etmişlər”. Aidə xanım məktəbin direktoru, eyni zamanda şagirdlərlə sıx ünsiyyətdə olan müəllim kimi gənclərimizə arzularını da ifadə etdi: “Bilirsiniz, müəllimlik tamamilə fərqli bir hissdir. Bir müəllim üçün yaşam sevinci, onu həyata bağlayan əsassəbəb, təbii ki, yetişdirdiyi şagirdlərin uğuru, cəmiyyətdə xeyirli bir fərd kimi formalaşması, fəaliyyət göstərməsidir. Elə sizin, bu məktəbin məzunu, bizim yetirməmiz kimi qarşımda əyləşib müsahibə almağınız çox sevindiricidir. Bu gün bilikli və Vətənə sədaqətli gəncliyimiz varsa, düşünürəm ki, bu işdə müəllimlərimizin zəhməti əvəzsizdir. Sonda bütün şagirdlərimizə, məktəbi bitirən məzunlarımıza gələcək həyatlarında uğurlar arzu edirəm. İnanıram ki, liseyimiz bundan sonra da müxtəlif istiqamətlərdə, ələlxüsus da, təhsil sahəsində bir çox uğurlarla, yeniliklərlə yaddaşlarda qalacaq. Bizim bir pedaqoq kimi yeganə məqsədimiz də məhz budur”. Naxçıvan Qızlar Liseyində olarkən bu il məktəbi yüksək nəticələrlə başa vuran məzunlarla da görüşmək imkanımız oldu. Məktəbi “Gümüş” nişanla bitirən Nuray Məmmədova təhsil aldığı bu elm məbədgahı ilə bağlı öz təəssüratlarını bizimlə bölüşdü: “Yeddi il bu məktəbin tələbəsi olmuşam. Naxçıvanda özünəməxsustəhsil, nizam-intizam sistemi ilə fərqlənən qızlar liseyinin məzunu olmaq mənim üçün böyük qürurdur. Öz təhsil həyatımda şahid oldum ki, əziyyət çəkirsənsə, təhsil almağa can atırsansa, bu heç vaxt yerdə qalmır, mütləq nəticəsini görürsən. Mən və yoldaşlarım uğurlarımıza görə müxtəlif diplomlarla, hədiyyələrlə təltif olunmuşuq. Bu uğurlarımızı respublikada keçirilən olimpiadalar, “Xəmsə” bilik yarışmasında,şahmat, voleybol və digər sahələrdə qazanmışıq”. Daha sonra müsahibimiz növbəti illərdə bu məktəbdə oxuyacaq şagirdlərə öz arzularını dilə gətirdi: “Düşünürəm ki, qarşımızdakı sınaq nə qədər çətin olursa olsun, fikrimizi ona yönəldib özümüzü yormamalıyıq. Elə qəbul imtahanına hazırlaşarkən də bu prinsipi əsas götürdüm. IV ixtisas qrupu üzrə 593 bal toplaya bildim. Liseydə təhsil aldığım illərdə müxtəlif bilik yarışmalarında iştirak etdim, hətta bir neçə həftə əvvəl keçirilən “STEAM təhsil festivalı”nda “Sabahın tədqiqatçıları” layihəsi ilə iştirak etdim. Çox gözəl təcrübə idi. Xüsusilə yeni texnologiyalara uyğunlaşmaq dövrümüzün tələbidir. Bir sözlə, bütün abituriyentlərə bu çətin, amma bir o qədər də maraqlı və əvəzolunmaz yolda uğurlar arzu edirəm”. Digər həmsöhbətim məzunlardan Gülnur Hümbətova oldu. O, I ixtisas qrupu üzrə 630 bal toplamaqla tələbə adı qazanmağın bir addımlığında dayanıb. Dərslərin yüksək səviyyədə tədrisindən danışan müsahibim dedi: “Məktəbimizin təhsilsistemi muxtar respublikanın digər məktəblərindən xeyli fərqlidir. Məktəbdə gündəlik dərs saatlarından əlavə tərbiyəçi saatlarında da iştirak edirdik ki, bu da bizim üçün başqa bir üstünlük idi. Bu saatlar ərzində növbəti günlər üçün dərslərimizi hazırlayırdıq. Çoxları düşünür ki, mövcud tədris proqramı həddindən artıq ağırdır.Amma qeyd edim ki, məktəbimizin təşkil etdiyi dərnəklər həm bizim mənəvi istirahətimizi təmin edir, həm də dərsləri daha asan qavramamıza kömək olurdu. Burada yaradılan toxuculuq, xalçaçılıq, kulinariya və digər dərnəklər hər birimizin maraq dairəsində idi. Şəxsən mənim rəsm çəkməyə və kitab oxumağa böyük həvəsim var. Hətta özümə kitabxanamızdakı bütün kitabları oxumağı hədəf qoymuşdum. Məktəbi bitirəndə oradakı bir neçə kitab xaric olmaqla çoxusunu artıq oxumuşdum. Ətrafımızdakı insanlara çox zaman maraqlı gələn digər məsələdən də danışmaq istəyirəm. Bildiyimiz kimi, əksər abituriyent universitetə hazırlaşdığı müddətdə repetitorlara müraciət edir. Bizim məktəbin o qədər savadlı, qayğıkeş pedaqoji heyəti var ki, müəllimlərimin dəstəyi və çəkdiyim əziyyətlər öz bəhrəsini verdi, 630 balla I ixtisas qrupu üzrə muxtar respublikada 6-cı yeri tutdum. Son olaraq mən də digər məzun yoldaşlarım adından liseyimizin bütün pedaqoji kollektivinə, müəllimlərimizə minnətdarlığımı bildirirəm”. Naxçıvan Qızlar Liseyi muxtar respublikamızda sayılıb-seçilən təhsil müəssisələrindəndir. Burada keçirdiyim bir neçə saat məndə yenidən xoş təəssüratlar yaratdı. Sanki məni qayğısız məktəb illərimin keçdiyi, parta arxasında əyləşib tək qayğısı dərs oxumaq olan o çağlara apardı... İnanırıq ki, lisey bundan sonra da fəaliyyətini uğurla davam etdirəcək, buradan məzun olacaq xanım qızlarımız Vətənimizə müxtəlif sahələrdə layiqincə xidmət edəcəklər!
Aysel YUSİFZADƏ Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi