Naxçıvan Muxtar Respublikasında bütün sahələr kimi idmanın da inkişafı daim diqqət mərkəzindədir. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın qəbulu bu qayğının bariz nümunəsidir.
Son illər Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının tərkibində fəaliyyət göstərən Bədii gimnastika bölməsi dövlət qayğısından yararlanaraq öz fəaliyyət dairəsini genişləndirib və muxtar respublikamızda qısa zaman çərçivəsində inkişaf edən idman növlərindən birinə çevrilib. Federasiyanın tabeliyində fəaliyyət göstərənə “Xatun” Bədii Gimnastika İdman Klubunun bu gün fəaliyyət dairəsini genişləndirərək Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində, Naxçıvan Şəhər Qızlar Liseyində, Naxçıvan Dövlət Texniki Kollecində, Naxçıvan şəhər, Şərur və Ordubad rayonlarının Uşaq Gənclər İdman məktəblərində 7 qrupu yaradılıb. Hazırda bu qruplarda 200-dən artıq uşaq gimnastikanın sirlərinə öyərnir. Eyni zamanda, Babək və Şahbuz rayonlarında da yeni qrupların yaradılması istiqamətində tədbirlər görülür.
Bölmənin kadr potensialını foramalaşdırmaq məqəsdilə federasiya tərəfindən ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən və gimnastika müəllimi kimi fəaliyyət göstərən müəllimlər üçün seminarlar təşkil olunur, məşqçi-müəllimlərə sertifikatlar təqdim edilir. Həmçinin Bakı şəhərində keçirilən hakimlik və məşqçilik kurslarında iştirak edən bölmənin rəhbəri Humay Qafarova sertifikat və hakimlik vəsiqəsinə layiq görülüb.
Bölmənin məşqiçi-müəllimlərinin bilik və bacarıqlarını daha da təkmiləşdirmək, ölkə və beynəlxalq dərəcəli məşqçilərinin yetişdirilməsi, nəzəri və praktiki biliklərinin genişləndirilməsi məqsədilə Naxçıvanda ilk dəfə olaraq kurslar təşkil olunur. Azərbaycan Gimnastika Federasiyasının məşqiçi-müəllimi Züleyxa İsmayılova və xoraqraf Sənan Mahmudlu tərəfindən keçiriləcək kurslara artıq start verilib. İyul ayının 27-dək davam edəcək kursda əməkdaşlara bədii gimnastika və xoroqrafiya haqqında ümumi məlumatlar veriləcək, bədii gimnastika alətləri ilə məşqlər praktiki olaraq həyata keçiriləcək.