• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1652
mod_vvisit_counterDünən773
mod_vvisit_counterBu həftə4207
mod_vvisit_counterBu ay49361
mod_vvisit_counterÜmumi2933500

Tarix: 25 Dek., 2024

Məktəblilərin növbəti “STEAM yay məktəbinə” start verilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin bilik və bacarıqlarının möhkəmləndirilməsi, istedadlarının aşkar edilməsi istiqamətində bir sıra innovativ layihələr tətbiq olunur. Bu layihələrdən biri də 2020-2021-ci tədris ilindən muxtar respublikamızda tətbiqinə başlanılan STEAM-dir. STEAM təhsil metodunun ümumtəhsil məktəblərində tətbiqinin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq şagirdlərin asudə vaxtının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlar əldə etməsi məqsədilə Ağbulaq İstirahət Mərkəzində növbəti “STEAM Yay Məktəbi” təşkil olunub. İyulun-25-də şagirdlər Təhsil Nazirliyindən Ağbulaq İstirahət Mərkəzinə yola salınıblar. Şagirdlər Mərkəzdə yerləşdikdən sonra “STEAM Yay Məktəbi”nin açılışı olub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Həmkarlar İttifaqları Şurasının  birgə təşkilatçılığı ilə keçirilən “STEAM Yay Məktəbi”nin açılış tədbirində Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev bildirib ki, şagirdlərin asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə  28-30 iyun 2022-ci il tarixlərində  muxtar respublikanın ümumtəhsil məktəblərinin 50-yə yaxın şagirdinin iştirakı ilə  “STEAM Yay Məktəbi”i təşkil olundu. Bu gündən isə daha iki günlük “STEAM Yay Məktəbi”i start verilir. Proqram üzrə şagirdlər STEAM düşüncəsi və metodikası, XXI əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları kimi istiqamətlərdə məlumatlarla tanış olacaqlar. Proqram əsasında şagirdlərə micro:bit vasitəsilə kodlama, müxtəlif mühəndis-dizayn həllərinin prototipləşdirilməsi və digər bu kimi istiqamətlərdə praktik biliklər veriləcək və təlimi uğurla başa vuran şagirdlər Təhsil Nazirliyi tərəfindən “STEAM Yay Məktəbi”ndə iştirak etdiklərinə görə sertifikatla təmin ediləcəklər.
Murad Babayev "STEAM yay məktəbində" şagirdlərə uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının əməkdaşı Qəzənfər Abdullayev çıxış edərək bildirmişdir ki, muxtar respublikamızın ictimai həyatında əhəmiyyət daşıyan tədbirlərin həyata keçirilməsi həmkarlar təşkilatlarının qarşısında duran ümdə vəzifələrdən biridir. Yetişməkdə olan gənc nəslin inkişafına müsbət təsir edən “STEAM yay məktəbi” də gələcəyə - insan kapitalına yatırım kimi əhəmiyyətli layihədir. O,   yay məktəbinin işinə uğurlar arzulamış, şagirdləri təbrik etmişdir.
STEAM üzrə təlimçi müəllim Ceyran Məmmədova “STEAM yay məktəbi” haqqında məlumat verərək bildirib ki, Təhsil Nazirliyi tərəfindən şagirdlərin istifadəsi üçün 20 ədəd notebook, 5 ədəd 3D printer və çap materialı, 10 ədəd ardino və 20 ədəd mikro:bit dəsti və STEAM layihələrinin hazırlanmasına lazım olan digər ləvazimatlar ayrılmışdır.
Qeyd olunmuşdur ki, STEAM yay məktəbində şagirdlərə tədris prosesində innovativ bir qurğu kimi öyrədilən 3D printerlərin işləmə prinsipi, prototiplərin çap olunması və Tinker Cad proqramında isə eskiz layihələr, müxtəlif fiqurlardan modellər hazırlamaqla şagirdlərin yaradıcılıq, problem həll etmə kimi bacarıqları daha yaxşı mənimsəyəcək. Eyni zamanda mikrobit və arduino blokları ilə kodlaşdırmanin aparılması, layihələrin hazırlanmasında alqoritmin qurulmasını müxtəlif STEAM layihələrini təcrübə yolu ilə tətbiq etməklə öyrənəcəklər.
STEAM təlimçisi Fuad Babayev qeyd edib ki, STEAM yay məktəbinin proqramina uyğun olaraq şagirdlərə Humanoid robot, Qdee starter və makeblock mbot təhsil dəstlərinin kodlaşdırmasi və funksiyalarınin idarə olunması izah olunacaq, proqramlaşdırdiqlari robotlarla əyləncəli  yarışmalar təşkil olunacaq. CNC-də isə müxtəlif materiallar üzərində kəsmə, oyma əməliyyatlarının yerinə yetirilməsi, layihə konstruksiyalarının hazırlanması şagirdlərə çatdırılacaq. Sonda şagirdlər qdee starter və makeblock mbot robotları ilə hazırlanan futbol və basketbol robot yarışlarını təqdim ediblər.
Qeyd edək ki,“STEAM Yay Məktəbi”ndə şagirdlər mikro: bit və arduino blokları ilə alqoritmik düşüncə və məntiq, proqramlaşdırma mövzularını öyrənməklə, nəzəri biliklərini praktikada tətbiq edəcəklər. Yay məktəbində robot proqramlaşdırması, robot texnologiyaların tədqiqində mikro: bit və arduino bloklarının kodlaşdırılması praktik tətbiqlərlə izah olunacaq.  Proqrama həmçinin  Ağbulaq İstirahət Mərkəzi ilə tanışlıq, səhər, nahar və şam yeməkləri, müxtəlif idman oyunları ilə sərbəst vaxtlarını keçirmək üçün  sənədli filmlərin nümayişi də daxildir.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg