Məktəbəqədər təhsil müəssisələrində kadr potensialının formalaşdırılması üçün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 aprel 2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil, məktəbəqədər təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”na uyğun ilk dəfə olaraq müsabiqə keçirilib. Müsabiqəyə Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli və Sədərək rayonlarının məktəbəqədər təhsil müəssisələrindən 33 tərbiyəçi–müəllim, 9 musiqi rəhbəri və 1 tibb bacısı olmaqla ümumilikdə 43 vakant vəzifə çıxarılıb. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda 27 nəfər müvafiq keçid balını toplayaraq işə qəbul olunub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrinə işə yeni qəbul olunan tərbiyəçi –müəllimlərin və musiqi rəhbərlərinin bilik və bacarıqlarını, peşəkarlıq səviyyələrini artırmaq, həmçinin uşaq bağçalarında təlim-tərbiyə işini yüksəltmək məqsədilə 3 günlük seminar təşkil olunub. Seminara məktəbəqədər təhsil müəsisələrində yeni pedaqoji fəaliyyətə başlayanlarla yanaşı, muxtar respublikanın uşaq bağçalarında işləyən tərbiyəçi –müəllimlər, metodistlər və musiqi rəhbərləri də cəlb olunub.
Seminarın ilk günündə Təhsil Nazirliyi Aparatının məsləhətçisi Cahan Abbasova “Müəllimlərin etik davranış qaydaları”, Naxçıvan Şəhər 3 nömrəli Uşaq Bağçasının tərbiyəçi-müəllimi Nədimə Abdullayeva və Naxçıvan Şəhər 12 nömrəli Uşaq Bağçasının musiqi rəhbəri Rima Əsədova “Tərbiyəçi –müəllimin və musiqi rəhbərinin vəzifələri”, Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodisti Aynur Əhmədova “Sənədləşmə işlərinin aparılması qaydaları” mövzularında iştirakçılara geniş məlumatlar veriblər.
Qeyd edək ki, seminar müddətində Bakı şəhərindən dəvət olunan “Kaspi Təhsil Mərkəzi”nin psixaloqu Zülfiyyə İlyasova tərəfindən “Bağçaya yeni qəbul olunan uşaqların adaptasiyası”, “İnkuliziv təlim” mövzularında pedaqoji heyətə geniş məlumatlar veriləcək. Seminarda iştirak edən tərbiyəçi–müəllimlər və musiqi rəhbərləri sertifikatla təmin olunacaq.