• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1694
mod_vvisit_counterDünən773
mod_vvisit_counterBu həftə4249
mod_vvisit_counterBu ay49403
mod_vvisit_counterÜmumi2933542

Tarix: 25 Dek., 2024

Növbəti “STEAM yay məktəbi” uğurla başa çatıb

25-27 iyul tarixlərində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində keçirilən növbəti  “STEAM yay məktəbi”nə yekun vurulub.
“STEAM yay məktəbi”nin yekun tədbirində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının  sektor müdiri Murad Babayev  bildirib ki, artıq muxtar respublika məktəbliləri  ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili ilə praktik məşğələlər vasitəsilə robototexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyro texnologiyalar, mühəndislik və dizaynerlik üzrə bilik və bacarıqlar qazanır, mühəndislik səriştələri əldə edirlər. Qeyd olunub ki, şagirdlərin asudə vaxtının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlar əldə etməsi məqsədilə Ağbulaq İstirahət Mərkəzində keçirilən “STEAM yay məktəbi” bu istiqamətdə görülən işlərin davamıdır. Bildirilib ki, növbəti  “STEAM yay məktəbi”ndə ümumtəhsil məktəblərindən ümumilikdə 50-yə yaxın  məktəblinin   iştirakı təmin olundu ki, bu da həmin şagirdlərdə  STEAM düşüncəsi və metodikası, XXI əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları kimi istiqamətlərdə biliklərini daha da genişləndirilməsinə şərait yaradıb.
Qeyd edək ki,  3 gün davam edən “STEAM yay məktəbi”ndə Təhsil Nazirliyi tərəfindən tədris mövzularına uyğun olaraq hər gün səhər idmanı ilə günə başlayan şagirdlər yeməkdən sonra təlimçi müəllimlərin apardığı dərs prosesində iştirak etmiş,  Humonoid robot texnologiyası ilə tanış olmuş, MakeBlock mBot və Qdee starter təhsil robotlarının kodlaşdırılması üsullarını öyrənmiş, Mikro:bit blokları ilə layihələrin kodlaşdırılması, Mikro:bitlə əyləncəli və intellektual oyunların və  layihələrin  hazırlanmasında iştirak etmiş, Arduino platforması ilə layihələrin kodlaşdırılması dərsləri tədris olunmuşdur. Həmçinin elektronika, elektirik dövriyyə  dəsti ilə müxtəlif layihələr hazırlayıblar.   Dərslər bitdikdən sonra şagirdlərin dünyagörüşünün formalaşması üçün əyləncəli intellektual oyunlar keçirilmişdir. Bunlarla yanaşı şagirdlərin istirahət vaxtlarının səmərəli təşkili üçün müxtəlif idman oyunları təşkil olunmuş, hər gün sənədli filmlərin nümayişi şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdır.
Yekun tədbirdə şagirdlərin hazırladıqları layihələrin təqdimatı  da keçirilib. Şagirdlər qrup şəklində hazırladıqları layihələr haqqında məlumat veriblər.
Sonda xatirə şəkli çəkilib.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg