• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1663
mod_vvisit_counterDünən773
mod_vvisit_counterBu həftə4218
mod_vvisit_counterBu ay49372
mod_vvisit_counterÜmumi2933511

Tarix: 25 Dek., 2024

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində kollegiya iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələrə və yarım ilin yekunlarına həsr olunan kollegiya iclası keçirilib.
Kollegiya iclasında  təhsil naziri Rəhman     Məmmədov bildirib ki, 2022-ci ilin birinci yarısında muxtar respublikada bütün sahələrdə əldə olunan uğurlar,  təhsildə də nailiyyətlərin qazanılmasına səbəb olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində işlər 2022-ci  ildə də davam etdirilmiş, ötən müddət ərzində Şərur rayonunun Çərçiboğan kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmiş, məktəbin maddi-tədris bazası gücləndirilmişdir. Qeyd olunmuşdur ki, hazırda Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin, Naxçıvan şəhərində  STEAM Təlim-Tədris Mərkəzinin, Naxçıvan şəhər 8 nömrəli körpələr evi-uşaq bağçasının,  Şərur rayonunun  Alışar, Həmzəli,  Vərməziyar, Babək rayonunun  Sirab, Vayxır, Nehrəm qəsəbə 3 nömrəli,  Ordubad rayonunun  Pəzməri, Xanağa, Unus, Azadkənd, Kələki kənd tam orta məktəblərinin, Babək və Şahbuz  rayonlarında  məktəbdənkənar tərbiyə müəssisələrinin binalarında tikinti işləri davam etdirilir. Təhsil naziri qeyd edib ki,  muxtar respublikada müəllim nüfuzunun artırılması və təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə Culfa rayon Yaycı kənd 2 nömrəli tam orta məktəbin müəllimi Ruqiyyə Məmmədova “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb. Bununla yanaşı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Gənc istedadların xüsusi aylıq təqaüdə layiq görülməsi haqqında” Sərəncamı ilə STEAM təhsili və  idman sahəsində fərqlənən 2 şagirdin adı Naxçıvan Muxtar Respublikasının Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış, onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər.
Təhsil naziri bildirib ki, hesabat dövründə  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  Sərəncama əsasən yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. Sərəncamın icrası məqsədi ilə nazirlikdə bu sahə ilə bağlı sektor yaradılıb. Təhsil müəsisələrinə iki mindən artıq dərs vəsaiti paylanılıb. Məktəbəqədər təhsil müəssisələrində   kadr potensialının formalaşdırılması üçün  ilk dəfə olaraq müsabiqə keçirilib. Təhsil naziri diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən bugünədək 106 təhsil müəssisəsində STEAM kabinəsi yaradılaraq, zəruri avadanlıqlarla təmin olunmuşdu. Hazırda növbəti 50 məktəbdə yeni kabinələrin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim Tədris Mərkəzinin yaradılması istiqamətində işlər davam etdirilir. STEAM təhsil metodunun muxtar respublikada uğuru tətbiqinin nəticəsidir ki, ümumtəhsil məktəblərinin  şagirdləri Bakı şəhərində keçirilən “TEKNOFEST-2022” festivalında iştirak etmiş, iyunun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “STEAM təhsili: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans, iyunun 11-də isə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “STEAM Təhsil Festivalı” keçirilmişdi.
Diqqətə çatdırılıb ki, martın 12-də cari ildə muxtar respublikanın ümumtəhsil məktəblərinin XI sinfini bitirən 2990 məzun üçün, aprelin 30-da isə ümumtəhsil məktəblərinin IX sinfində təhsil alan 4187 şagird üçün buraxılış imtahanı keçirilmişdir. Cari ilin məzunlarının buraxılış imtahanında göstərdiyi nəticələr əvvəlki illərlə müqayisədə daha da yüksək olmuşdur. Belə ki, tədris ilinin yekunlarına uyğun olaraq tam orta təhsil bazası üzrə məktəbi bitirən məzunlardan 19-na Qızıl, 22-nə Gümüş nişana, 64-nə tam orta təhsil bazasından, 55-nə ümumi orta təhsil bazasından olmaqla, ümumilikdə 119-na Fərqlənmə attestatı verilmişdir.
Təhsil naziri bildirib ki, istedadı ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların potensialını inkişaf etdirmək məqsədilə cari tədris ilində Amerikan Beynəlxalq Riyaziyyat Müsabiqəsi, Məktəblilərin Respublika Fənn Olimpiadası, Lütfi Zadə adına Məntiq Olimpiadası və VII Respublika Fənn Müsabiqəsi həmçinin şagirdlərin  riyaziyyat fənninə motiviasiyasını artırmaq məqsədilə ilk dəfə olaraq SASMO beynəlxalq riyaziyyat olimpiadası da keçirilmişdir. Keçirilən olimpiada və müsabiqələrdə ümumilikdə muxtar respublika üzrə 2426 şagird iştirak etmiş, onlardan 239-u qalib olmuşdur. “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində 2021-2022-ci tədris ili ərzində IX-XI siniflərdə təhsil alan 37 şagirdin və 24 elmi rəhbərin iştirakı ilə 28 layihə işlənib hazırlanmışdır. Ölkə üzrə keçirilən “Sabahın alimləri” layihəsində 7 şagird 4 layihə ilə iştirak etmiş, 3 layihə beynəlxalq qurumların mükafatlarına layiq görülmüşdür. Bununla yanaşı beynəlxalq səviyyəli müsabiqələrdə 36 şagird I dərəcəli diplom və medala, 1 şagird III dərəcəli diplom və medala, 3 şagird isə müxtəlif konfranslarda sertifikatlara layiq görülüb.
Rəhman Məmmədov bildirib ki, Təhsil Nazirliyi tərəfindən cari ilin aprel ayı  Mütaliə aylığı” elan edilmiş, keçirilən tədbirlərə ümumilikdə 20 mindən çox şagird cəlb olunmuşdur.
Bildirilmişdi ki, “Kanal 35” Televiziyası və “Naxçıvanın Səsi” Radiosunda öz fəaliyyətini müəyyən edilmiş proqram əsasında qurmuş, yarımil ərzində Televiziya və Radio Verilişləri Redaksiyasının texniki imkanları baxımından müasir standartlara tam cavab verən yeni internet saytı və studiyası istifadəyə verilmiş, televiziyada və radioda müxtəlif maarifləndirici videomateriallar efirə təqdim olunmuşdur.
Təhsil naziri iştirakçıların diqqətinə çatdırıb ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında  Ali Məclisin Sədri bütün aidiyyəti orqanlar kimi Təhsil Nazirliyinin də üzərinə mühüm vəzifələr qoyaraq demişdir: Təhsil Nazirliyi yeni tədris ilinə hazırlıq görməli, muxtar respublikanın ümumtəhsil məktəblərində, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində tədrisin və təlim-tərbiyənin təşkili nəzarətdə saxlanılmalı, STEAM kabinələrin və STEAM Təlim-Tədris Mərkəzinin qurulması başa çatdırılmalıdır. Bildirilmişdi ki, Təhsil Nazirliyi verilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə səyləri artıracaqdır.
Məruzə ətrafında çıxışlar dinlənilmiş, hazırlanan qərar layihəsi iştirakçıların diqqətinə çatdırılmışdı.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg