• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1634
mod_vvisit_counterDünən773
mod_vvisit_counterBu həftə4189
mod_vvisit_counterBu ay49343
mod_vvisit_counterÜmumi2933482

Tarix: 25 Dek., 2024

Fənn Müsabiqələri və Olimpiadaların qalibləri mükafatlandırılıb

Avqustun 4-də Respublika Fənn Olimpiadalarının, Lütfi Zadə adına Məntiq Olimpiadasının və  Respublika Fənn Müsabiqələrinin qalibi olan məktəblilərə medal və sertifikatlar təqdim olunub.
Naxçıvan Dövlət Texniki Kollecində keçirilən tədbirdə olimpiadanın qalibləri ilə yanaşı şagirdlərin valideynləri də iştirak edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının  təhsil naziri Rəhman Məmmədov olimpiada və müsabiqə  qaliblərini təbrik edərək bildirib ki, əldə olunan uğurlu nəticə muxtar respublikada  təhsilə göstərilən  dövlət qayğısının, yaradılan müasir tədris şəraitinin nəticəsidir. Təhsil naziri qeyd edib ki, təhsildə aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, artıq muxtar respublikada şagirdlər hərtərəfli biliyə yiyələnməklə yanaşı buraxılış və  qəbul imtahanlarında da  yüksək nəticələr göstərirlər. Muxtar respublika məktəbliləri arasında keçirilən olimpiadaların əhəmiyyətindən də danışan təhsil naziri bildirib ki, şagirdlərin istedadlarının üzə çıxarılmasında, fənlərə olan marağının artırılmasında  olimpiadaların böyük əhəmiyyəti var. Bu məqsədlə də 2021-2022-ci tədris ilində  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən  şagirdlərin olimpiadalarda iştirakı  diqqətdə saxlanılmış, olimpiada hərəkatı gücləndirilmişdir. Belə ki,  2021-2022-ci tədris ilində də VII-IX sinif şagirdləri üçün Amerikan Beynəlxalq Riyaziyyat Müsabiqəsi,  IX-XI sinif şagirdləri üçün məktəblilərin respublika fənn olimpiadası, V sinif şagirdləri üçün Lütfi Zadə adına Məntiq Olimpiadası, II-X sinif şagirdləri üçün Kenquru Beynəlxalq Riyaziyyat müsabiqəsi və VI-VII siniflərdə təhsil alan şagirdlər üçün VII Respublika Fənn Müsabiqəsi, həmçinin şagirdlərin  riyaziyyat fənninə motiviasiyasını artırmaq məqsədilə ilk dəfə olaraq I-XI sinif şagirdləri üçün SASMO beynəlxalq riyaziyyat olimpiadası keçirilmişdir.
Təhsil naziri diqqətə çatdırıb ki, keçirilən olimpiada və müsabiqələrdə ümumilikdə muxtar respublika üzrə 2426 şagird iştirak etmiş, 239 şagird qalib olmuşdur. Bu şagirdlərdən  28-i respublika fənn olimpiadasının, 10-u Lütfi Zadə adına Məntiq Olimpiadasının, 10-u isə Respublika Fənn Müsabiqəsinin qalibidir. Təhsil naziri müsabiqə və  olimpiadalarda  uğur qazanan şagirdləri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb.
Tədbirdə Təhsil Nazirliyi Aparatının  sektor müdiri Məmməd Bayramov çıxış edərək olimpiadanın əhəmiyyəti  və təşkilarti işlər barədə məlumat verib.
Şərur  Şəhər Fizika –Riyaziyyat Təməyüllü Liseyin XI sinif şagirdi, Respublika Fənn Olimpiadalarında  Riyaziyyat fənni üzrə  I yerin qalibi     Cahangir Əlisoy muxtar respublikada şagirdlər üçün yaradılan  müasir tədris şəraitinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Tədbirdə medal və sertifikatlar şagirdlərə təqdim olunub.
Qeyd edək ki, IX-XI siniflər üzrə keçirilən Respublika Fənn Olimpiadalarında  şagirdlərdən  6-sı  I, 15-i II, 7-si III yerin, V sinif şagirdləri üçün keçirilən Lütfi Zadə  adına Məntiq Olimpiadasında şagirdlərdən   2-si I,  3-ü II, 5-i III yerin, VIII sinif şagirdləri üçün  keçirilən Respublika Fənn Müsabiqələrində isə şagirdlərdən  2-si   I, 3-ü II, 5-i isəö   III yerin qalibi olub.
Sonda şagirdlərlə xatirə şəkli çəkilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg