Avqustun 4-də Atletika Federasiyasının Bədii Gimnastika bölməsinin məşqçi- müəllimləri üçün Azərbaycan Gimnastika Federasiyasının məşqçi-müəllimləri tərəfindən keçirilən kursu uğurla başa vuran müəllimlərə Atletika Federasiyası tərəfindən sertifikatlar verilib.
Bu münasibətlə keçirilən tədbirdə Atletika Federasiyasının sədri Rəhman Məmmədov çıxış edərək bildirib ki, bu gün muxtar respublikada uşaq,yeniyetmə və gənclərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, fiziki və mənəvi hazırlığının yüksəldilməsi, idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Federasiyanın sədri bildirib ki, hazırda federasiyanın tərkibində bədii gimnastika bölməsi fəaliyyət göstərir. Gimnastika bölməsinin Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində, Naxçıvan Qızlar Liseyində, Naxçıvan Dövlət Texniki Kollecində, Naxçıvan şəhər, Şərur və Ordubad rayonlarının Uşaq Gənclər İdman məktəblərində 7 qrupu yaradılıb. Bu qruplarda 200-dən artıq uşaq gimnastikanın sirlərinə yiyələnir. Hazırda Babək, Kəngərli və Şahbuz rayonlarında da yeni qrupların yaradılması istiqamətində tədbirlər görülür. Bölmənin rəhbəri Humay Qafarova Bakı şəhərində keçirilən hakimlik və məşqçilik kurslarında iştirak edərək məşqçilik sertifikatı və hakimlik vəsiqəsi alıb. Həmçinin Humay Qafarovanın iyulun 7-dən 15-dək İsveçrənin Nyuşatl şəhərində "Gimnastika hamı üçün" növü üzrə 13-cü "EVROGYM" və 3-cü " European gym for life challenge" yarışlarında "Moonlight" adı altında qatıldığı yığma komanda ikinci olub.
Bildirilib ki, federasiya tərəfindən idmanın kütləviliyinin təmin olunması məqsədi ilə bir sıra tədbirlər keçirilir. Cari ilin aprel ayının 16-da ilk dəfə olaraq “Gimnastika” dərnək üzvlərinin Bədii gimnastika üzrə nümunəvi çıxışları da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.
Federasiya sədri bildirib ki, Bölmənin kadr potensialını foramalaşdırmaq məqəsdilə federasiya tərəfindən ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən və gimnastika müəllimi kimi fəaliyyət göstərən müəllimlər üçün seminarlar təşkil olunur, məşqçi-müəllimlərə sertifikatlar təqdim edilir.
Bölmənin məşqçi-müəllimlərinin bilik və bacarıqlarını daha da təkmiləşdirmək, ölkə və beynəlxalq dərəcəli məşqçilərinin yetişdirilməsi, nəzəri və praktiki biliklərinin genişləndirilməsi məqsədilə Naxçıvanda ilk dəfə olaraq iyulun 21-dən, 27-nə kimi kurslar da təşkil olunub. Azərbaycan Gimnastika Federasiyasının məşqçi-müəllimi Züleyxa İsmayılova və xoroqraf Sənan Mahmudlu tərəfindən keçirilən kurslarda əməkdaşlara bədii gimnastika və xoroqrafiya haqqında ümumi məlumatlar verilib, bədii gimnastika alətləri ilə məşqlər praktiki olaraq həyata keçirilib.
Rəhman Məmmədov kursu uğurla bitirən məşqçi –müəllimləri təbrik edib onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə 14 məşqçi- müəllimə Atletika Federasiyasının sertifikatları təqdim olunub.
Tədbirdə federasiyanın bədii gimnastika bölməsinin rəhbəri Humay Qafarova da Naxçıvan Muxtar Respublikasında bədii gimnastikanın inkişafında səmərəli fəaliyyətinə və İsveçrədə keçirilən yarışlarda Azərbaycan yığma komandasının tərkibində fəal iştirak etməsinə görə Federasiyanın təşəkkürnaməsi ilə təltif olunub.
Tədbirdə Naxçıvan şəhər Uşaq Gənclər İdman Məktəbinin Bədii Gimnastika Bölməsinin gimnastlarının nümunəvi çıxışları olub.