Şərur şəhər 2 nömrəli tam orta məktəb tədris ilini böyük nailiyyətlərlə başa vurub
Son vaxtlarda elm və təhsildən söhbət düşəndə bir neçə müddət əvvəl muxtar respublikamıza səfər etmiş Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, ulu öndərə həsr etdiyi “Sən elə bir zirvəsən” şeiri ilə yaddaşlarda qalan şair Baba Vəziroğlunun diyarımızda mövcud olan təhsil siyasəti barədə söylədiyi səmimi fikirləri xatırlayıram: “Savad, yüksək intellekt sanki naxçıvanlıların genində var. Bunu bütün naxçıvanlı tanışlarımın timsalında görmüşəm...” Bu gün muxtar diyarımızda hər bir istiqamətdə olan inkişaf və tərəqqi, günü-gündən yenilənən, müasirləşən ədəbi mühit, iqtisadiyyatın, tarixin, bir sözlə, bu və ya digər sahələrin fəaliyyətinin günün tələbləri əsasında qurulması, təbii olaraq, yurdumuza səfər edən qonaqların da diqqətindən yayınmır. Muxtar respublika rəhbərinin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş təhsil strategiyası prioritet istiqamətlərdən biri kimi hər il öz layiqli bəhrəsini verir. Qürur hissi ilə deyə bilərik ki, bu gün diyarımızın hansı səmtinə üz tutsaq, istifadəyə verilmiş yaraşıqlı məktəb binalarını, gənclərin vətənpərvər ruhda formalaşması, onların bilik və bacarıqlara yiyələnməsi üçün qurulmuş müasir infrastrukturu görəcəyik. Dövlətimizin təhsilə göstərdiyi bu diqqət, o cümlədən yaradılan hərtərəfli şərait öz müsbət nəticələrini, ötən tədris ilində əldə olunan müvəffəqiyyətlərlə bir daha təsdiq edir.Artıq oxucularımıza təqdim etdiyimiz bir neçə yazımızda 2021- 2022-ci tədris ilini uğurla başa vurmuş, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında yüksək nəticə əldə etmiş və tələbə adı qazanmağın bir addımlığında dayanmış gənclərimizdən bəhs etmişik. Elə bu yazımızda da təhsilin keyfiyyətinə görə muxtar respublikamızda sayılıb-seçilən, müasir təhsil infrastrukturu ilə əhatə olunmuş, bu ilin müvəffəqiyyət göstəricilərinə görə lider səviyyədə olan Şərur şəhər 2 nömrəli tam orta məktəbdən söhbət açmaq istəyirik. “Bir müəllim üçün ən böyük uğur və mükafat tələbələrinin nurlu sabahı, işıqlı gələcəyidir”, – deyir məktəbin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Sevil Hacıyeva. Müsahibim respublikamızda mövcud olan təhsil siyasətindən söhbət açaraq qeyd edir ki, ölkəmizdə olduğu kimi, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda da təhsilin inkişafına hərtərəfli diqqət və qayğı göstərilir, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir. Məlumdur ki, ölkələrin və xalqların inkişafı elm və təhsildən əhəmiyyətli dərəcədə asılıdır. O ölkələr, o xalqlar irəli gedir ki, orada elm və təhsil daim inkişafdadır. Sevil müəllim deyir: – Uzun illərdir, qazandığım pedaqoji təcrübəmə söykənərək deyə bilərəm ki, Azərbaycan cəmiyyəti də elm və təhsilə qovuşaraq bu gün müasir səviyyəyə gəlib çıxmışdır. Hər zaman təhsil mövzusunda danışarkən ulu öndərin dəyərli fikirlərini xatırlayıram: “Xalqımızın tarixi taleyi elə imkan yaratmışdır ki, ötən yüzillikdəAzərbaycan köhnə dünyadan sürətlə qopmuş, elm, mədəniyyət, təhsil, intibah yolunu tutmuşdur. Kütləvi surətdə savadlanmaq, elmə, mədəniyyətə, təhsilə can atmaq Azərbaycan xalqının mənəviyyatını da, həyat tərzini də, xarici görünüşünü də dəyişmiş, onu inkişaf edən dünyaya qovuşdurmuşdur”. Bu gün böyük qürurla, əminliklə deyirik ki, diyarımızda əsası ulu öndər tərəfindən qoyulmuş müasir təhsil siyasəti öz layiqli bəhrələrini hər keçən gün daha parlaq şəkildə göstərir. Ötən əsrin 90-cı illərində, xatırlamaq belə istəmədiyimiz həmin dövrlərdə hər bir sahəyə hakim kəsilən böhran, çətinlik elm və təhsil yolunu da gənclərimizin üzünə bağlamışdı. Yararsız sinif otaqları, dərs vəsaitlərinin olmaması və bunun kimi saymağa, hətta xatırlamağa belə çətinlik çətdiyimiz o dözülməz şərait artıq geridə qalıb. Çox şadıq ki, bu gözəlliklərdən 30 ildən artıqdır, müəllim işlədiyim Şərur şəhər 2 nömrəli tam orta məktəbin də payına düşüb. Sevil müəllim sözlərinə belə davam edir: Məktəb muxtar respublikamızın müasir təhsil ocaqları sırasına 2017-ci il mart ayının 7-də qoşulub. Həmin il mənim üçün əlamətdar bir tarixdir, çünki həm məktəb binasında müasir infrastruktur qurulub, həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüşəm. Həmin təntənəli və yaddaqalan tədbirdə muxtar respublikamızın rəhbəri çıxış edərək demişdir: “Məktəblərdə təhsilli, dünyagörüşlü və peşə sahibi olacaq gənclərin hazırlanması ölkənin etibarlı gələcəyindən xəbər verir. Bu səbəbdən də ölkəmizdə məktəb işinə xüsusi diqqət yetirilir. Yaradılan müasir tədris şəraiti imkan verir ki, ümumtəhsil məktəblərini bitirən hər bir gənc ölkəmizlə yanaşı, həm də istənilən xarici ölkədə təhsil ala bilsin. Həmçinin ölkəmizdə qəbul olunmuş Dövlət proqramlarına uyğun olaraq yaxşı oxuyan gənclər seçilərək xarici ölkələrdə ali təhsil almağa göndərilir. Bu gənclər təhsillərini başa vurub qayıtdıqdan sonra ölkəmizə xidmət edirlər. Ona görə də gənclər hərtərəfli hazırlanmalı, dünya təhsil sisteminə inteqrasiya olunmalıdır”. Müsahibimiz sözlərinə görə, dördmərtəbəli və 1020 şagird yerlik məktəbimizdə müasir təhsilin tələblərinə cavab verəcək hər birşərait yaradılıb. Təhsil ocağında 5-i elektron lövhəli olmaqla, 50 sinif, 2 müəllimlər, 2 şahmat, tibb otaqları, bufet, idman zalı, açıq idman qurğuları və minifutbol meydançası, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, o cümlədən kitabxana müəllim və şagirdlərin ixtiyarına verilib. Burada 4 kompüter otağından istifadə edilir, ümumilikdə, 84 kompüter quraşdırılaraq sürətli internetə çıxışı təmin olunub. Müvafiq istiqamətlərdə təsis edilən yeni texnologiyalar məktəbimizdə distant tədrisin tətbiqinə və interaktiv dərslərin keçilməsinə imkan verir. Laboratoriyalarımız isə ən müasir avadanlıqlarla və əyani vasitələrlə zənginləşdirilib. Bununla yanaşı, məktəbimizdə hər il, ümumilikdə, mindən artıq tələbə təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 116 müəllim məşğul olur. 2021- 2022-ci tədris ilinin məzunlarından 45-i ali təhsil üçün müvafiq balları toplayaraq tələbə adını qazanmağın, necə deyərlər, astanasında dayanıb. Onlardan 11 nəfəri 500-700, 4 nəfəri isə 600-700 bal intervalında nəticə göstərməklə həm müəllimlərə, həm də valideynlərinə başucalığı gətiriblər. Həmin məzunlardan Nərmin Vəliyeva 691 bal toplamaqla muxtar respublika birinciliyini qazanıb, müəllimlərinin və ailəsinin etimadını doğruldub. Sevil Hacıyevanın sözlərinə görə, məktəbin müəllimləri yeni tədris üsullarından istifadəyə və dərslərini canlı şəkildə qurmağa səy göstərir, informasiya-kommunikasiya texnologiyalarının tətbiqini diqqətdə saxlayırlar: – Ötən tədris ilində istifadəyə verilmiş STEAM kabinəsi şagirdlərimizin yeni təcrübi biliklərin qazanması istiqamətində mühüm rola malikdir. Təhsil ocağında məktəbdənkənar və sinifdənxaric tədbirlərin təşkilinə xüsusi diqqət yetirilir. Bütün bunlar şagirdlərin istedad və bacarıqlarının üzə çıxarılmasında, onların vətənpərvər vətəndaş kimi formalaşdırılmasında, şagirdlərin dövlətçiliyimizə, milli və mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyə olunmalarında mühüm əhəmiyyət kəsb edir. İnanıram ki, təhsil ocağımızın zəhmətsevər, peşəkar yaradıcı kollektivi bundan sonra da bu şərəfli yolda canla-başla çalışacaq, Vətənə, millətə layiqli şəxsiyyətlər yetişdirəcəkdir. 30 ildən artıqdır ki, məktəbdə pedaqoji fəaliyyət göstərən, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nəzirə Rəhimova ilə də həmsöhbət oluruq. İllərin zəhmətinin, məsuliyyətinin layiqli nəticəsini şagirdlərinin qazandığı yüksək nailiyyətlərdə görən müsahibimiz deyir ki, valideynlə bərabər, bəlkə də, ondan daha çox uşağın hər cürşıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən böyük məsuliyyətdir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Bu gün Vətənimizə sədaqətlə xidmət edən hər bir müəllim öz əməyi ilə öyünə, sevinə bilər, ona görə ki, hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz onların əməyinin, zəhmətinin yetirmələridir. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, – deyən ümummilli liderimiz Heydər Əliyev müəllim adını, ləyaqətini həmişə uca tutmuşdur. Nəzirə müəllim söhbətinə belə davam edir: – Dahi öndərimizin bütün azərbaycanlılar üçün örnək olan həyat və siyasi fəaliyyəti gələcəyimizin etibar ediləcəyi bugünkü şagirdlərə öyrədilməsi üçün məktəbimizdə Tədbirlər Planı hazırlanıb. Plana əsasən həyata keçirilən tədbirlər öz bəhrəsini hər keçən gün daha faydalışəkildə verir. Mütəmadi olaraq inşa, şeir, rəsm müsabiqələri təşkil olunur. Məktəbdə şagirdlərin fiziki hazırlığına da ciddi diqqət yetirilir. Bunun üçün dərsdənkənar məşğələləri xüsusi qeyd etmək lazımdır. Məktəbin şagirdləri rayon və muxtar respublika birinciliklərində uğurlu nəticələr əldə edirlər. Təbii ki, qazanılan uğurlarda müəllimlərimiz başlıca simadırlar. Ona görə də dövlətimiz tərəfindən müəllim əməyinə yüksək qiymət verilir, diaqnostik qiymətləndirmə aparılır, müəllimlər fəxri adlarla təltif olunurlar. Qürurla deyə bilərəm ki, məktəbimizin müəllimlərindən 1-i Azərbaycan Respublikasının, 4-ü isə Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb. Hər bir gəncin formalaşmasında, gələcəkdə layiqli bir şəxsiyyət kimi yetişməsində ailənin rolu böyük olduğu kimi, sosial həyatda da məktəbin fəaliyyəti inkaredilməzdir. Bu gün artıq diyarımızda aparılan məqsədyönlü kadr siyasəti nəticəsində peşəkar müəllim qüvvəsi formalaşıb. Onların əməyi sayəsində öz məsuliyyətini dərk edən şagirdlər 11 illik məktəb həyatının sonunda cəmiyyətdə özlərinə layiqli yer tutur, təmsil etdikləri xalqın nümunəvi vətəndaşına çevrilirlər. Bu fikirlərimizin davamını növbəti müsahibimiz, IV ixtisas qrupu üzrə 633 bal toplayan Aysun Bayramova belə ifadə etdi: – Düzgün əqidə, sağlam rəqabət, elmə, təhsilə olan maraq heç zaman insanı yarı yolda buraxmaz. Müqəddəs kitabımız “Qurani-Kərim”də buyurulub ki, insan yaradılmışların ən alisi, ən dərrakəlisi olmaqla bərabər, həm də böyük irfan sahibidir, o istəsə hər bir işin öhdəsindən layiqincə gələr. Məni bu nəticəni əldə etməyə həvəsləndirən, stimul verən yeganə amil idi qarşıma qoyduğum məqsəd, yəni həkim olmaq arzusu. 9-cu sinifdən etibarən ixtisas qrupuma aid olan fənlərə daha məsuliyyətlə çalışmağa başlamışdım. Dərslərimi sistemli şəkildə yerinə yetirir, boş zamanlarımda isə mütaliə edirdim. Çünki mütaliə mədəniyyəti həm insanın zamanını düzgün dəyərləndirməsində, həm də onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Bir şeyi də deyim ki, mən ali təhsil üçün həmyaşıdlarımın əksəriyyətindən fərqli olaraq hazırlıq məşğələlərində olmamışam, öz savadıma əmin olaraq çalışmışam və yüksək nəticə qazanmışam. İnanıram ki, tələbəlik illərimdə də bu uğurlarımın davamı olacaq.Böyük maarifçi, yazıçı-publisist, ədəbiyyatımızın ölməz siması Məhəmməd Tağı Sidqi yazır ki, “Məktəb cəhalət dərdinin dərmanı, mərifət bağının xiyabanıdır”. Yüz illər əvvəl deyilən bu dəyərli fikir bu günümüzdə də istər yetişməkdə olan gənc nəslin, istərsə də onları formalaşdıran hər bir müəllimin peşə amalı, yaradıcılıq dəyəri hesab olunmalıdır. Bu gün artıq yurdumuzun gələcək davamçıları dövlətimizə sədaqətlə xidmət edən ziyalı müəllimlərimizin sayəsində hər keçən gün yeni uğurlara imza atır, Vətənimizi layiqincə təmsil edirlər. Bu şərəfli yolda bəhs etdiyimiz Şərur şəhərindəki 2 nömrəli məktəbin kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Məcid RƏŞADƏTOĞLU