• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1578
mod_vvisit_counterDünən773
mod_vvisit_counterBu həftə4133
mod_vvisit_counterBu ay49287
mod_vvisit_counterÜmumi2933426

Tarix: 25 Dek., 2024

Heydər Əliyev adına tam orta məktəbin I sinfinə müsahibə yolu ilə şagird qəbuluna başlanılıb

Bu gün muxtar respublikada bütün sahələr kimi, təhsil də dövlət qayğısı ilə əhatə olunub. Təhsilə göstərilən diqqət və qayğının nəticəsidir ki,  ümumtəhsil məktəblərinin maddi-tədris bazası ildən–ilə möhkəmləndirilir, şagirdlərin yüksək təhsil alması, istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün müasir məktəb binaları inşa olunaraq məktəblilərin ixtiyarına verilir. Ümummilli liderin adını daşıyan Heydər Əliyev  adına tam orta  məktəb üçün də 2004-cü ildə müasir üslubda bina inşa olunub, təhsil ocağı informasiya-kommunikasiya texnologiyaları ilə təhciz olunub. Məktəbdə  60 sinif otağı, 5 elektron lövhəli sinif, komputer otağı, kimya, biologiya və fizika laborotoriyaları, kitabxana, hərbi kabinə, 2 şahmat sinfi və idman zalı vardır. Məktəbin komputer otaqlarında 57 komputer dəsti quraşdırılıb. Göstərilən dövlət qayğısı sayəsində məktəbdə tədrisin səviyyəsi ildən–ilə yüksəlir. Heydər Əliyev adına tam orta məktəbdə tədrisin səviyyəsini daha da yüksəltmək məqsədi ilə yeni tədris ili üçün məktəbin Nizamnaməsi də təsdiq edilib. Məktəbdə tədrisin səviyyəsinin günün tələbləri səviyyəsində qurulması üçün Nizamnamədə bir sıra yeniliklər nəzərdə tutulub. Bu yeniliklərdən biri də yeni tədris ilindən  məktəbin I sinfinə müsahibə yolu ilə  şagird qəbuludur. Belə ki, yeni Nizamnaməyə əsasən 2022-2023-cü tədris ilindən məktəbin I sinfinə Naxçıvan şəhərində yaşayan, qəbul komissiyasının müsahibə yolu ilə seçdiyi xüsusi istedadı ilə fərqlənən uşaqlar qəbul olunur. 15 iyul  2022-ci il tarixdən 14 avqust  2022-ci il tarixədək Heydər Əliyev adına tam orta məktəbdə sənəd qəbulu həyata keçirilib. 2022-ci il 15 avqust tarixindən isə  müsahibəyə start verilib. Bunun  üçün  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən komissiya  yaradılıb. Müsahibədə uşaqlara komissiya üzvləri tərəfindən  məktəbəhazırlıq qrupu üzrə məzmun standartları əsasında hazırlanmış, ətraf aləmlə tanışlıq, savad təliminə hazırlıq, nitqin, bədii, məntiqi və riyazi təfəkkürün inkişafı, təsviri fəaliyyət üzrə  suallar verilir. Qiymətləndirmə üçün namizədlərə 30 dəqiqə vaxt ayrılır. Maksimum nəticə  100 baldır. Müsahibədən sonra namizədə yekun bal haqqında  məlumat verilir. Ümumi reytinq cədvəli isə müsahibə bitdikdən sonra  elan olunacaq. Müsahibə eyni anda iki komissiya tərəfindən həyata keçirilir və  məktəbəhazırlıq qrupunu bitirən uşaqlara üstünlük verilir.
Təhsil Nazirliyinin İmtahan Mərkəzində keçirilən müsahibə  avqustun 20-nə kimi  davam edəcək. Məktəbin I sinfinə 120 şagird qəbul olunacaq.
Qeyd edək ki, qəbul prosesində valideynlərin iştirakı ilə yanaşı, şəffaflığı təmin etmək üçün  müşahidə kameraları vasitəsilə çəkiliş də aparılır

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg