Muxtar respublikada ümumtəhsil məktəblərinin ixtisaslı kadrlarla komplektləşdirilməsi və kadr pontensialının inkişaf etdirilməsi məqsədilə növbəti test imtahanlarının keçirilməsinə start verilib. Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 14 aprel 2018-ci il tarixli qərarına əsasən keçirilən müsabiqəyə ən çox Şərur (65), Ordubad (46) rayonları və Naxçıvan (29) şəhərindən olmaqla ümumilikdə 235 vakant vəzifə çıxarılıb.
Bu dəfəki müsabiqəyə indiyə qədər bu istiqamətdə keçirilmiş imtahanlar üzrə rekord sayda namizəd müraciət edib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə müəllimlərin işə qəbulu imtahanında 858 namizəd qeydiyyatdan keçmişdisə, builki müraciət sayı ötən ildəkini təxminən iki dəfə üstələyir. 1621 namizədin sənəd təqdim etdiyi müsabiqədə daha çox müraciət Naxçıvan şəhəri (374), Babək (297) və Şərur (266) rayonlarından çıxarılan vakant vəzifələr üzrə olub. Ayrı-ayrı ixtisaslara nəzər saldıqda isə ən sıx müsabiqə vəziyyəti ibtidai sinif (378), Azərbaycan dili və ədəbiyyat (231) və ingilis dili (198) müəllimliyi üzrə qeydə alınıb. Müsabiqəyə ən çox vakant vəzifə isə kimya (32), coğrafiya (26), fizika və ibtidai sinif müəllimiyi (hər biri üzrə 21) ixtisasları üzrə çıxarılıb
Test imtahanlarında hər bir namizədə ümumilikdə 60 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramına aid 40, tədris metodikası və təlim strategiyasına aid 20 test tapşırığı təqdim edilir. Test tapşırıqlarının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt verilir və hər bir düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir.