• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1618
mod_vvisit_counterDünən773
mod_vvisit_counterBu həftə4173
mod_vvisit_counterBu ay49327
mod_vvisit_counterÜmumi2933466

Tarix: 25 Dek., 2024

Cəmiyyətin aparıcı qüvvəsi gənclərdirsə, deməli, inkişaf da onlarla bir addımlayır

Gələcəyimiz naminə həyata keçirilən təhsil islahatlarının nəticəsi, sözsüz ki, özünü ali təhsil müəssisələrinə qəbul imtahanlarında göstərir. Ümumtəhsil məktəblərinin məzunlarının həm buraxılış imtahanlarında, həm də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında yüksək nəticələr əldə etməsi uğurlu təhsil islahatlarının nəticəsidir. Muxtar respublikamızın bütün yaşayış məntəqələrində müasir təhsil infrastrukturunun qurulması təkcə paytaxt şəhərimizin deyil, qəbul imtahanlarında iştirak edən və qəbul olunanlar arasında dağ və sərhəd kəndlərindən olan abituriyentlərin də sayını artırıb. Bunu Ordubad rayonunun Nüsnüs kənd tam orta məktəbinin timsalında da görmək olar. Belə ki, qəbul imtahanlarının birinci mərhələsində yüksək nəticə göstərən məktəbin məzunları Ceyran və Pərvin Yusifli bacıları və Əvəz Fətullayev də etimadı doğruldublar.
Builki qəbul imtahanlarında III ixtisas qrupu üzrə 647 bal toplayaraq rayon ikincisi olan Ceyran Yusifli 2004-cü il aprelin 13-də Nüsnüs kəndində anadan olub. 2011-ci ildə Nüsnüs kənd tam orta məktəbinin ibtidai sinfinə qədəm qoyduğu andan ailədə görüb-götürdüyü təhsil mədəniyyəti Ceyran və Pərvin bacılarını elmin sirlərinə yiyələnməyə daha da sövq edib. Ataları fizik, anaları riyaziyyatçı olsalar da, bacılar Azərbaycan dili, ədəbiyyat, tarix fənlərinə dərin maraq göstəriblər. Elə həmin illər ərzində məktəbdə və rayonda keçirilən bilik yarışlarında fəallıq göstərməyə başlayıblar. Ceyran VII sinifdə muxtar respublika üzrə Azərbaycan dili və ədəbiyyatı fənnindən keçirilən olimpiadada 1-ci yeri tutaraq diplomla, IX sinifdə Azərbaycan Respublikası üzrə tarix fənnindən keçirilən olimpiadada 3-cü yeri tutaraq “Bürünc” medalın, X sinifdə oxuyarkən respublika üzrə təşkil edilən tarix olimpiadasında 1-ci yerin, həm də “Qızıl” medalın sahibi olub. Məktəbdə keçirilən imtahanlarda həmişə 600 baldan yuxarı nəticə göstərib. Məktəb illərində idmanla məşğul olub. Tennis, voleybol, şahmat oynayıb. 2005-ci il oktyabrın 3-də Nüsnüs kəndində anadan olan Pərvin Yusifli deyir ki, tədris illəri dövründə müxtəlif tədbirlərdə, o cümlədən bilik yarışmalarında iştirak edib, məktəbdaxili tədbirlərin aparıcısı, iştirakçısı, təşkilatçısı olub. Naxçıvan şəhərində təşkil edilən fənn olimpiadasında ingilis dili fənni üzrə muxtar respublikada I yeri tutaraq diploma layiq görülüb. Bu il isə muxtar respublika üzrə keçirilən Azərbaycan dili və ədəbiyyatı fənni üzrə təşkil edilən olimpiadada III yerin qalibi olaraq “Bürünc” medal qazanıb. Qeyd edək ki, hər iki bacı ümumi orta təhsilini fərqlənmə attestatı ilə başa vurub. Eyni zamanda tam orta təhsillərini xüsusi nümunəli attestatla bitiriblər, nailiyyətlərinə görə “Qızıl” nişana layiq görülüblər. Pərvinin “Cəlil Məmmədquluzadənin hekayələri” mövzusunda esse yazısı muxtar respublikada I yerə layiq görülüb. Ziyalı ailəsində böyümüş Pərvin ingilis dilinə həmişə böyük maraq göstərib. Builki qəbulda 604 bal toplamaqla ailəsinin, valideynlərinin fəxrinə çevrilib. Söhbət açdığımız məzunlardan biri də I ixtisas qrupu üzrə 644 bal toplayan Əvəz Fətullayevdir. O, 2004-cü il sentyabrın 18-də Nüsnüs kəndində anadan olub. 2011-ci ildə Nüsnüs kənd tam orta məktəbinə qəbul edilən Əvəz 2022-ci ildə sözügedən məktəbi “Qızıl” nişanla başa vurub. O, dərslərini həmişə yüksək qiymətlərlə oxuyub, dəqiq fənlərə böyük maraq göstərib. Əvəz fəallığı ilə həmyaşıdlarından seçilib. O, I ixtisas qrupu üzrə qəbul imtahanlarına ciddi hazırlaşıb, biliklərə dərindən yiyələnib. Bu il keçirilən qəbul imtahanlarının hər iki mərhələsində I ixtisas qrupu üzrə 644 bal toplayıb. Əvəz rayon və muxtar respublika olimpiadalarında, intellektual yarışlarda iştirak edib. Ümumi orta təhsilini fərqlənmə attestatı ilə başa vurub. Eyni zamanda isə tam orta təhsilini xüsusi nümunəvi attestatla bitirib. Sınaq imtahanlarında həmişə yüksək nəticələr göstərib. “Oxunması zəruri olan kitabların Siyahısı”nda olan kitablarla bağlı keçirilən müzakirələrdə iştirak edib, inşayazı müsabiqələrində bir sıra uğurlar əldə edib. Əsasən, dedektiv janrında yazılan kitabların mütaliəsinə üstünlük verən Əvəzin bilik və dünyagörüşünü artırmaq üçün özünə ən yaxın dost bildiyi kitabları sevməyi olub. Müasir dövrdə geniş yayılmış müxtəlif informasiya texnologiyaları vasitələrindən səmərəli istifadə edən Əvəz deyir ki, uğur əldə etmək üçün mütləq hədəfin olmalıdır və qarşıya real məqsəd qoymalısan. İnam və hədəf olandan sonra, məncə, heç bir çətinlik insana mane ola bilməz. Təbii ki, bunun üçün təhsil mühüm şərtlərdən biridir. Yaxşı oxumalısan ki, gələcəkdə çalışacağın sahənin incəliklərini dərindən biləsən. Əvəz deyir ki, bu gün muxtar respublikamızda təhsilin inkişafı üçün böyük işlər görülür. Hər il yeni məktəb binaları tikilir, təhsil ocaqları müasir tədris avadanlıqları ilə təmin olunur. Mənim təhsil aldığım Nüsnüs kənd tam orta məktəbində də tədris üçün hərtərəfli şərait var. Yəni müasir dövrdə şagirdlərin yaxşı oxumaması üçün heç bir səbəb yoxdur. Həmçinin şagirdlərin biliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Bu il tam orta təhsili nailiyyətlərlə başa vuran bir qrup məzun “Qızıl” və “Gümüş” nişanlarla təltif olunub. Mən də onlardan biriyəm – “Qızıl” nişana layiq görülmüşəm. Bu həyatda qarşıma qoyduğum məqsədlərdən biri idi ki, çatdım. Gələcəkdə digər məqsədlərim üçün səylə çalışıb, Vətənə layiqli övlad olmağa çalışacağam. Sevindirici haldır ki, muxtar respublikamızda təhsilə, elmə böyük əhəmiyyət verən gənclərimiz ilbəil çoxalır. Hər il ali təhsil müəssisələrinə qəbul olunan məzunlar içərisində 500-700 arası bal toplayanların sayı artır. Bu isə hər birimizin gələcəyə nikbin baxmağına inam yaradır. Çünki cəmiyyətin gələcək tərəqqisi ağıllı, bilikli gənclərin əlindədir
Gülcamal TAHİROVA
.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg