• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün257
mod_vvisit_counterDünən1157
mod_vvisit_counterBu həftə5346
mod_vvisit_counterBu ay32971
mod_vvisit_counterÜmumi2463460

Tarix: 29 Mart, 2024

Məktəblilərin Naxçıvan Muxtar Respublika spartakiadasına yekun vurulub

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Şahmat, Basketbol, Yüngül Atletika və Atıcılıq federasiyalarının təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında spartakiadanın açılış və bağlanış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra aparıcı spartakiada haqqında iştirakçılara məlumat verib. Qeyd edilib ki, muxtar respublikada gənc­lərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması daim diqqət mərkəzində saxlanılır, yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır. Bu sahənin inkişafı üçün mütəmadi olaraq idman yarışları təşkil edilir ki, bu spartakiada da məhz həmin yarışlardan biridir.


Tədbir Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblı və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental rəqs ansamblının ifasında konsert pro­qramı ilə davam edib.

Mükafatlandırma mərasimində ilk olaraq şahmat üzrə keçirilən yarışların qalibləri kürsüyə dəvət olunub. Belə ki, qızlar arasında Nəsrin Babayeva (Naxçıvan), Nazlı Hümbətova (Naxçıvan) və Zərrin Məmmədli (Ordubad), oğlanlar arasında isə Seyid Hüseyn (Ordubad), Ayxan Zeynalov (Şərur) və Ərturan İsmayılov (Naxçıvan) ilk üç pillədə ­qərarlaşıblar.  Yüngül atletika yarışlarında 100 metr məsafədə qızların mübarizəsində Nərmin Mehdiyeva (Culfa), Tamella Qurbanova (Naxçıvan) və Aytən Rəhimova (Naxçıvan) finiş xəttinə ilk üç pillədə çatıblar. Bu məsafədə oğlanlar arasında eyni nəticəni Fərid Əsgərli (Naxçıvan), İlkin Rəsulov və Nurxan Əliyev (hər ikisi Heydər Əliyev adına Hərbi Lisey) də təkrarlayıblar. 400 metr məsafədə qızlar arasında Xatun Oruclu (Ordubad), Nərminə Əliyeva (Sədərək) və Zeynəb Bağırova (Şərur), oğlanlar arasında isə Vüsal Fərəcov, Hidayət İsmayılov (hər ikisi Heydər Əliyev adına Hərbi Lisey) və Səfər Tağıyev (Naxçıvan) qalib adını qazanıblar.
Basketbol yarışlarında bütün rəqibləri üzərində qələbə qazanan Culfa komandası spartakiadanın qalibi olub. Digər iki pillədə Naxçıvan şəhər və Babək rayon komandaları qərarlaşıb.
Qızlar arasında stolüstü tennis yarışlarının qalibi Naxçıvan idmançısı Nurtac Hüseynova olub. Gültəkin Süleymanova (Şərur) və Selcan Hüseynova (Sədərək) isə yarışları ikinci və üçüncü pillədə başa vurublar. Oğlanlar arasında isə Sənan Məmmədov (Şərur) qalib adını qazanıb. İsgəndər Quliyev (Naxçıvan) ikinci, Yusif Yusifli (Culfa) üçüncü olub.
Spartakiadada qızlar arasında keçirilən həndbol üzrə yarışlarda Şərur rayon komandası qalib gəlib. Naxçıvan Qarnizonu tam orta məktəbinin və Naxçıvan Qızlar Liseyinin komandaları isə ikinci və üçüncülüklə kifayətləniblər.

9 komandanın mübarizə apardığı “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə yarışı Naxçıvan şəhər komandası birinci yerdə başa vurub. Digər iki pillədə Babək və Ordubad rayon komandaları qərarlaşıblar.
Sonda qalib idmançılar və komandalar mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, gənclər və idman naziri Azad Cabbarov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov, Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov və Basketbol Federasiyasının sədri Mahir Əliyev təqdim ediblər.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg