• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1651
mod_vvisit_counterDünən773
mod_vvisit_counterBu həftə4206
mod_vvisit_counterBu ay49360
mod_vvisit_counterÜmumi2933499

Tarix: 25 Dek., 2024

Muxtar respublikanın 8 müəllimi ölkə üzrə keçirilən VI qrant müsabiqəsinin qalibi olub

Bu gün muxtar respublikada dövlətimiz tərəfindən müəllim əməyinə yüksək qiymət verlir. Göstərilən diqqət və qayğılnın nəticəsidir ki, öz fəaliyyəti ilə seçilən 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar müəllim fəxri adına layiq görülüb, tərəqqi medalı ilə təltif olunub. Ümumtəhsil müəssisələrində müəllimlər üçün yaradılan müsair  iş şəraiti, onların  müxtəlif ixtisasartırma kurslarına cəlbi, 2018-ci ildən başlayaraq müəllimlərin işə qəbulunun müsabiqə yolu ilə aparılması, 2020-ci ildən isə    müəllimlərin  sertifikasiyaya cəlb olunması onların bilik və bacarıqlarının inkişafı üçün bir stimul olub. Müəllimlər şagirdlərə müasir biliklər  aşılamaqla yanaşı, müxtəlif yarış və  müsabiqələrdə  də iştirak edərək uğur  qazanırlar.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilən və hər il keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi”nin builki nəticələri açıqlanıb. Bu müsabiqədə də ümumtəhsil məktəblərimizin müəllimləri iştirak edərək uğurlu nəticələr əldə ediblər. Müsabiqə “Ümumtəhsil müəssisələri” kateqoriyası və fərdi katoqoriya üzrə keçirilib və  müsabiqəyə ümumilikdə 1101 layihə təqdim edilib. Daxil olan layihələrin 256-sı ümumi təhsil müəssisələrinin, 845-i təhsilverənlərin fərdi layihələri olub. Bütün layihələr ekspert qrupları tərəfindən 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 299 layihəyə qrant verilməsinə dair qərar qəbul edilib.
“Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nə  Naxçıvan Muxtar Respublikasının  ümumtəhsil məktəblərindən   50 müəllim  qatılıb. Onlardan 8-i,  Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin müəllimi Natella Rzayeva “Biologiya dərslərinə 3D texnologiyalarının tətbiqi”, 7 nömrəli tam orta məktəbin müəllimi Fəridə Əliyeva “Duolingo tətbiqi ilə İngilis dilini əylənərək öyrənək”, Şərur rayon Püsyan kənd tam orta məktəbinin müəllimi Zakir Babayev “Məktəbdə psixososial durumun yaxşılaşdırılması, valideynlərin məktəb həyatında iştirakının genişləndirilməsi”, Culfa rayon Əlincə kənd tam orta məktəbinin müəllimi Səma Həsənli “Gənc Mühasib Şagirdlər”, Culfa şəhər 3 nömrəli tam orta məktəbinin müəllimi Günel Quliyeva   “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sağlam psixoloji mühit yaratmaq məqsədilə müəllim, valideyn və şagird arasında münasibətlərin tənzimlənməsi”, Qıvraq qəsəbə tam orta məktəbinin müəllimləri Aytən Kərimova “Gələcək üçün əl-ələ!”, Xanım Əliyeva “Balaca rəssamlar”, Qabıllı kənd tam orta məktəbinin müəllimi Nəzrin Seyidova isə “Gələcəyin unikal açarı” fərdi kateqoriyaları  üzrə qalib olub.
Qeyd edək ki, muxtar respublikanın ümumtəhsil məktəblərinin müəllimləri müsabiqəyə  2020-ci ildən qatılırlar və müsabiqəyə ildən- ilə  müəllimlərin marağı artır.  Belə ki, müsabiqəyə 2020-cu ildə  17, 2021-ci ildə 31 müəllim qatılmışdısa, cari tədris ilində isə 50 müəllim  layihə təqdim edib.
Biz də qrant müsabiqədə qalib olan Naxçıvanlı müəllimlərin təəssüratlarını öyrəndik və onların fikirlərini oxuculara təqdim edirik.
Zakir Babayev- Şərur rayon Püsyan kənd tam orta məktəbinin müəllimi “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nin  qalibi: -Mənim layihəmin adı “Məktəbdə psixososial durumun yaxşılaşdırılması, valideynlərin məktəb həyatında iştirakının genişləndirilməsi”dir.  Layihəmin  məqsədi Şərur rayonunda yerləşən məktəblərdə valideyin-şagird –məktəb üçbucağının qurulması  və daha da inkişaf etdirilməsidir. Layihəmiz şəffaf, demokratik və keyfiyyətli öyrətmə sistemi ilə vəhdətdə daha yüksək nəticələr əldə olunmasına şərait yaradacaqdır.
Natella Rzayeva- Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin müəllimi, “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nin  qalibi: -Mənim layihəm “Biologiya dərslərinə 3D texnologiyalarının tətbiqi” mövzusundadır. Məqsədi biologiya dərslərində 3D texnologiyalarının tətbiqi ilə şagirdlərin ən çətin mövzuları asanlıqla və maraqla mənimsəmələrini təmin etməkdir. Layihənin icrası zamanı məktəbin STEAM  kabinəsində yaradılan şəraitdən istifadə edilərək 3D printer vasitəsilə bir çox mövzunu əyani şəkildə tədris etmək imkanı yaranacaq.
Qeyd edək ki, VI qrant müsabiqəsinin  keçirilməsində başlıca məqsəd təhsil müəssisələrinin və təhsilverənlərin fəaliyyətində inkişafı dəstəkləmək, onların innovativ fəaliyyətini stimullaşdırmaq və təhsilalanlar üçün daha əlverişli təhsil mühitinin yaradılmasına nail olmaqdan ibarətdir. Qrant müsabiqəsi üzrə prioritet hesab olunan istiqamətlər müəyyən edilərkən, nəzərə alınan ən önəmli faktor həmin istiqamətlərdə həyata keçiriləcək layihənin məktəb mühitinə və pedaqoji işçilərin inkişafına müsbət təsir göstərə bilməsidir. Bu mənada, sözügedən layihə istiqamətlərinə diqqət yetirildikdə, müəyyən olunmuş mövzuların ümumilikdə həm məktəbə, həm pedaqoji heyətə, həm də təhsilalanlara faydasını aydın müşahidə etmək mümkündür. Bu müsabiqədə də  məqsəd və gözləntilər inkişaf əsaslı və innovativ xarakterli təşəbbüslərin dəstəklənməsi və həyata keçirilməsinə nail olunmasıdır. Çünki layihə təklifləri üçün müəyyən edilmiş mövzular ümumtəhsil mühiti üçün əhəmiyyətli hesab edilir. Digər tərəfdən, mövzular əhəmiyyətli olduqları qədər, həmdə aktualdır.
Müəllimlərimiz də müsabiqəyə  tələb olunan mövzular üzrə bir-birindən maraqlı layihələr təqdim edərək qalib olublar.  Belə ki, Qıvraq qəsəbə tam orta məktəbinin müəllimi Xanım Əliyeva öz layihəsini Kəngərli rayonundan olan  8 şəhidinin  əziz xatirəsinə həsr  edib. Müəllim  məktəbdə “Balaca rəssamlar” adlı rəsm dərnəyini yaradaraq, onların xatirəsini əbədiləşdirmək istəyir.
Culfa rayon Əlincə kənd tam orta məktəbinin müəllimi Səma Həsənlinin   layihəsi isə şagirdlərin  maliyyə səriştəsini düzgün formalaşdırmaq, onlara  maddi vəsaitlərindən səmərəli istifadə etməyi öyrətmək, həmçinin gələcək fəaliyyətləri üçün zəruri olan kariyera seçimində  düzgün addımlar atmalarına təkan verməkdir.
Bu gün dünyada ekoloji problemlər ən vacib məsələlərdən biridir. Qıvraq qəsəbə tam orta məktəbinin müəllimi Aytən Kərimova öz layihəsilə  bu problemlərin həllində məktəblilərin  yaxından iştirakını təmin etmək, bu mövzusuda   şagirdlərə təlimlərin  keçirilməsi, diskussiyaların aparılması, onlarda ekoloji fəlakətlərin mahiyyəti barədə müəyyən təsəvvürlərin yaradılması, ətraf mühit, insan və təbiət arasında qarşılıqlı əlaqələrin vacibliyinin aşılamaqdır.
Qabıllı kənd tam orta məktəbinin müəllimi Nəzrin Seyidovanın   layihəsində isə   əsas məqsəd şagirdlərə ingilis dilinə hobi kimi yanaşaraq həvəsləndirib öyrənməyə, rahat və əyləncəli interaktiv  metodlarla dünyagörüş və informasiya azlığını aradan qaldırmaqla ingilis dilinin 4 məzmun xətti üzrə birlikdə  araşdırmaq, paralel şəkildə dinləmə-anlama, danışıq, oxu və yazı bacarıqlarını təkmilləşdirmək üçün  dərsdən sonra söhbət klubu yaradılmasıdan ibarətdir.
Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin müəllimi  Fəridə Əliyevanın     layihəsi də    bütün yaş qruplarından olan şagirdlərə  “Duolingo”  tətbiqi vasitəsilə İngilis dilini əylənərək öyrətmək məqsədi daşıyır.
Culfa şəhər 3 nömrəli tam orta məktəbinin müəllimi Günel Quliyevanın    “layihəsi məktəblərdə psixoloqları təlimlərə cəlb etməklə, onların fəaliyyətinin yüksəldilməsinə, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar üçün sağlam psixoloji mühit yaradaraq onların məktəbdə fəallığının artırılması, onların öz həmyaşıdları ilə birlikdə davamlı olaraq bilik, bacarıq və vərdişlərinin inkişaf etdirilməsinə nail olmaqdır.
Biz də müasibiqədə qalib olan müəllimləri təbrik edir, onlara uğurlar
arzulayırıq.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg