• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün180
mod_vvisit_counterDünən846
mod_vvisit_counterBu həftə7998
mod_vvisit_counterBu ay44442
mod_vvisit_counterÜmumi2928581

Tarix: 22 Dek., 2024

Texnologiya ixtisasının tələbələri Texniki Yaradıcılıq Mərkəzində olublar

Bu gün Naxçıvan Muxtar Respublikasında gənclərin yüksək səviyyədə təhsil alması, intellektual səviyyəsinin yüksəldilməsi məqsədilə tədbirlər görülür. Bu tədbirlərdən biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 27 iyul 2015-ci il tarixli Sərəncamı ilə ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsidir.

Mövcud Sərəncam bilikli və təcrübəli gənc kadrların hazırlanması, muxtar respublikada kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması və gələcəkdə onların iş yerləri ilə təmin olunması baxımından böyük imkanlar yaradır. Bundan əlavə muxtar respublikada fəaliyyət göstərən təşkilatlarla ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafı, tələbələrə təcrübi biliklərin öyrədilməsi və yüksəkixtisaslı kadrların hazırlanmasına da böyük töhfə verir.

Bu Sərəncam, ali təhsilin inkişafı, peşəkar kadr hazırlığı, tələbələrin ixtisasa təcrübi baxımdan daha mükəmməl yiyələnmələri məqsədi ilə qəbul edilən və artıq öz real nəticələrini verən mühüm sənəddir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi də pedaqoji yönümlü ixtisaslara hamilik edir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi muxtar respublikada yerləşən ali və orta ixtisas təhsili müəssisələri ilə daim əlaqələrini genişləndirərək pedaqoji profilli ixtisaslıların təcrübələrinin tam orta məktəblərdə keçirilməsi prosesində yaxından iştirak edir. Tələbələrin məktəblərdə təcrübə keçmələri üçün zəruri şərait yaradılmışdır. Hazırda ümumtəhsil məktəblərində ali təhsil müəssisələrinin 636 nəfər tələbəsi pedaqoji təcrübə keçir. Bu işlərin davamı kimi, müasir təhsil sistemində pedaqoji yeniliklərin, fənn kurikulumlarının və yeni təlim texnologiyalarının tətbiqi ilə aparılan tədris prosesinin üstünlüklərinin tələbələrə aşılanması təmin edilir. Ümumtəhsil məktəblərində tətbiq olunan yeni dərsliklər, dərs vəsaitləri və elektron tədris vasitələrindən səmərəli istifadə yolları təcrübi şəkildə tələbələrə öyrədilir. Hamiliyə verilmiş tələbələrə pedaqoji təcrübə zamanı məktəblilərə müasir yanaşma formaları, müəllim-şagird-valideyn əlaqələrinin yaradılması, məktəbə rəhbərliyin metodları, şagirdlərlə psixoloji işin aparılması yolları, ümumilikdə, təhsil sahəsində mövcud olan bütün yeniliklərin çatdırılması həyata keçirilir. Bu istiqamətdə görülən işlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə universitetin Texnologiya ixtisası üzrə təhsil alan tələbələrinin Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzində görüşü təşkil edilmişdir. Görüş zamanı tələbələrə mərkəzin fəaliyyəti, mərkəzdə keçirilən “Bacarıqlı əllər”, “Makremo”, “Rəssamlıq” və digər dərnəklər haqqında ətraflı məlumat verilmişdir.

Qeyd edilmişdir ki, ali və orta ixtisas təhsil müəssisələrində təhsil alanların yüksək intellektual səviyyəyə və praktik iş qabiliyyətinə yiyələnməsi Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən də diqqət mərkəzində saxlanılır.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg