Ölkəmizin yüksək inkişaf göstəricilərinin, adətən, mərkəzlərdə qazanılması reallıq kimi qəbul edilir. Bu, ali məktəblərə qəbulun nəticələrində də belədir. Başqa sözlə desək, belə qəbul olunub ki, şəhərlərdə təhsil alıb imtahan verən məzunlar kənd yaşayış məntəqələrində oxuyan şagirdlərlə müqayisədə daha böyük nəticələr əldə etməlidirlər. Naxçıvan Muxtar Respublikasında son illər qeydə alınan qəbul göstəriciləri isə bu prinsipi, necə deyərlər, alt-üst edib. Nəticələrə nəzər yetirdikdə şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə, hətta şagird kontingenti azlıq təşkil edən ən ucqar yaşayış məntəqələrində də yüksək nəticə göstərən abituriyentlər əksəriyyət təşkil edir. Buna səbəb isə həyata keçirilən infrastruktur quruculuğu nəticəsində kəndlərimizin də şəhərləşməsidir. İnfrastruktur layihələrinin əsas istiqamətini təhsil quruculuğu təşkil edir. Yaxın-uzaqlığından, böyük-kiçikliyindən asılı olmayaraq, bütün yaşayış məntəqələrində ən müasir tədris şəraiti yaradılıb, məktəblər ixtisaslı pedaqoji kadrlarla komplektləşdirilib. Bu isə, nəticədə, tədrisin keyfiyyətinin yüksəlməsinə və ürəkaçan nəticələrin əldə edilməsinə gətirib çıxarır. 2022-2023-cü tədris ilində muxtar respublikada təhsil quruculuğu istiqamətində görülən işlər, yeni tipli təhsil müəssisələrinin fəaliyyəti bu sahənin inkişafına böyük töhfə verəcək.
Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Lisey bu sahədə ixtisaslı və peşəkar kadr təminatına əsaslı zəmin yaradacaq
Muxtar respublikada təhsil davamlı inkişaf və tərəqqi yolundadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 4 avqust tarixli Sərəncamı ilə yaradılan lisey muxtar respublikada kimya və biologiya fənləri üzrə şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə öz töhfəsini verəcəkdir. Naxçıvan şəhərində inşa olunan 4 mərtəbədən ibarət lisey binasında muxtəlif sinif otaqları, müasir avadanlıqlarla təchiz olunan kimya, biologiya və fizika laboratoriyaları, STEAM kabinəsi, şahmat otağı, kompüter otaqları, akt zalı və geniş idman zalı yerləşir. Binanın ayrı-ayrı korpuslarında oğlan və qızlar üçün 264 yerlik yataqxana və yeməkxana da inşa olunub. Mayın 7-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 2022-2023-cü tədris ili üzrə liseyə qəbul imtahanı keçirib. Bu təhsil ocağına VII-VIII sinifləri bitirən, hər sinifdən 30 qız, 30 oğlan olmaqla imtahanda ən yüksək nəticə göstərən 120 şagird qəbul olub. Qeyd edək ki, lisey 2022-2023-cü tədris ilindən etibarən müasir tədris vasitələrilə təmin olunaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyətə başlayacaq. Burada təhsil ümumi orta (8-9), tam orta (10-11) olmaqla iki səviyyədə həyata keçiriləcək. Tədris prosesi isə muxtar respublikanın ümumtəhsil məktəblərinin təcrübəli, eyni zamanda sertifikasiya nəticəsi yüksək olan müəllimləri tərəfindən aparılacaq. Liseydə şagirdlər təhsil dövründə dövlət hesabına 3 dəfə yeməklə və yataqxana ilə də təmin ediləcək. Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyinin yaradılmasında məqsəd muxtar respublikada kimya-biologiya fənləri üzrə şagirdlərin istedad və bacarıqlarını inkişaf etdirməklə yanaşı, bu sahədə ixtisaslı və peşəkar kadrlar hazırlamaqdır.
STEAM Təlim-Tədris Mərkəzində şagirdlər elmi araşdırmalar aparacaq, prototiplər yaradacaq, robot modelləri quracaq və onları məhsula çevirəcəklər
Son illərdə dünya təhsil sistemində ən mühüm sahələrdən biri kimi aktuallıq qazanan STEAM təhsili müasir təhsil metodu kimi peşəkar səriştələrə malik mütəxəssis hazırlığında mühüm rol oynayır. STEAM təhsilinin hədəfi şagirdlərdə yüksək mütəşəkkil düşüncəni inkişaf etdirmək və əldə olunan biliklərin layihə təlimi vasitəsilə səmərəli tətbiqinə nail olmaqdır. Bu gün XXI əsr bacarıqlarına sahib gəncləri yetişdirməyin yolu STEAM təhsilindən keçir. Məhz bu amil nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il 7 iyun tarixli “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təhsil metodunun tətbiqinə başlanılıb. Bu tarixi dövlət sənədinin icrası məqsədilə Təhsil Nazirliyi qarşısında müəyyənləşdirilən vəzifələr uğurla həyata keçirilir. Bu günə kimi 106 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb, onlar zəruri təlim avadanlığı və inventarlarla, eyni zamanda 212 kompüter, 106 3D printer və 106 elektron lövhə, mikrobit, arduino setləri, STEAM üçün öyrədici elektron komponentlərlə təmin edilib. Bunun nəticəsində də 22 mindən çox şagird STEAM təhsilinə cəlb olunub. Hazırda 4-cü layihə olaraq əlavə 50 ümumtəhsil məktəbində kabinələrin yaradılması istiqamətində işlər davam etdirilir. Yeni tədris ilində Təhsil Nazirliyinin tabeliyində yaradılan STEAM Təlim-Tədris Mərkəzi də şagirdlərin ixtiyarına veriləcək. Mərkəzdə müasir dizaynda mühəndis emalatxanası, 3D printer, dron uçuş, elm, informatika, incəsənət və texnologiya, təlim, robotexnika otaqları və kitabxana olacaq. Burada xidməti otaqlar və layihələrin nümayişi üçün sərgi salonu da yaradılacaq. Mərkəz zəruri avadanlıqlarla, müxtəlif modellərdə və ölçülərdə 3D printer, CNC-lazer, tədris əsaslı robotlar və elektron komponentlər, emalatxana və tədris ləvazimatları, elektron lövhə və kompüterlə təmin olunacaq. Təhsil Nazirliyinin Tədbirlər Planına əsasən ilk mərhələdə məktəblərdə təhsil alan istedadlı və bacarıqlı şagirdlərdən ibarət şagird bankı yaradılacaq. STEAM dərslərinin tədrisi üçün 2 illik dərs proqramları hazırlanacaq. Daha sonra proqrama uyğun olaraq şagirdlər həftənin 6 günü dərsdən sonra mərkəzə cəlb ediləcək. STEAM dərsləri 3D çap, microbit və arduino ilə proqramlaşdırma, elektrik mühəndisliyi, robotexnika, CNC lazer kəsiciləri, pilotsuz uçuş aparatları (tədris dronları) üçün hazırlanmış tədris proqramı üzrə təşkil olunacaq. Burada şagirdlər həm proqram əsasında, həm də öz ideyaları ilə texnoloji layihələr reallaşdıra biləcək, elmi araşdırmalar aparacaq, prototiplər yaradacaq, robot modelləri quracaq və onları məhsula çevirəcəklər. Tədris layihəsi ilkin olaraq 6 və 7-ci sinifləri əhatə edəcəkdir.
8 nömrəli uşaq bağçası-körpələr evində uşaqların təlim-tərbiyəsi üçün hərtərəfli şərait yaradılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il dekabrın 22-də “Naxçıvan Muxtar Respublikasında dövlət məktəbəqədər təhsilsistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. Sərəncamın icrası məqsədilə nazirlikdə bu sahə ilə bağlı sektor yaradılıb. Təhsil müəssisələrinə iki mindən artıq dərs vəsaiti paylanılıb.Məktəbəqədər təhsil müəssisələrində kadr potensialının formalaşdırılması üçün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli Qərarı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil, məktəbəqədər təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”na uyğun ilk dəfə olaraq müsabiqə keçirilib. Müsabiqəyə Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli və Sədərək rayonlarının məktəbəqədər təhsil müəssisələrindən 33 tərbiyəçi-müəllim, 9 musiqi rəhbəri və 1 tibb bacısı olmaqla, ümumilikdə, 43 vakant vəzifə çıxarılıb. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda 27 nəfər müvafiq keçid balını toplayaraq işə qəbul olunub. Qeyd edək ki, müstəqillik illərində muxtar respublikada fəaliyyət göstərən 20-yə yaxın məktəbəqədər təhsil müəssisəsi tikilərək və yaxud yenidən qurularaq uşaqların təlim-tərbiyəsi üçün hərtərəfli şərait yaradılıb. Bu tədbirlərin davamı olaraq Naxçıvan şəhərində 8 nömrəli uşaq bağçası da inşa olunub. Müasir üslubda inşa olunan 4 mərtəbədən ibarət uşaq bağçası 210 yerlikdir. Binada müxtəlif yaş qruplarından olan uşaqlar üçün tədris, yataq və soyunub-geyinmə otaqları, oyun zalları, yeməkxana, bufet, metodist və həkim otaqları, anbar və camaşırxana yerləşir. Bir sözlə, burada balaca fidanların təlimtərbiyəsi üçün hərtərəfli şərait yaradılıb. Təhsil quruculuğu sahəsində görülən işlər muxtar respublikamızda təhsilin inkişafı və kadr hazırlığı işinin daim diqqətdə saxlanıldığını təsdiqləməklə yanaşı, iqtisadi potensialın insan kapitalına çevrilməsi müstəvisində yeni üfüqlər açır. Əminliklə deyə bilərik ki, Təhsil Nazirliyinin şəbəkəsinə qoşulacaq yeni tipli təhsil müəssisələri muxtar respublikada təhsilin inkişafına öz töhfəsini verəcək, ixtisaslı və peşəkar kadrların hazırlanmasında mühüm rol oynayacaqdır.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmət