Naxçıvan Muxtar Respublikası Təhsil və İqtisadiyyat nazirliklərinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda yeni tədris ili ərəfəsində müəllim və şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan və rahat şəkildə təmin etmək məqsədilə ənənəvi məktəbli yarmarkası təşkil olunub. Sentyabrın 1-də yarmarkanın açılışı olub.Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək bildirib ki, muxtar respublikamızda bütün sahələr kimi, təhsil də Ali Məclis Sədrinin hərtərəfli qayğısı ilə əhatə edilib. Ənənəvi olaraq təşkil edilən məktəbli yarmarkaları muxtar respublikada digər sahələr kimi təhsilin də inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev çıxışında vurğulayıb ki, bu gün muxtar respublikada sahibkarlığa göstərilən dövlət qayğısının nəticəsidir ki, yüngül sənaye də inkişaf edir, yeni sahibkarlıq subyektləri yaradılır. Qeyd olunbub ki, bu günkü yarmarkada satışı həyata keçirilən məktəbli geyimləri, köynəklər, ayaqqabılar Naxçıvanda fəaliyyət göstərən sənaye müəssisələrinin məhsullarıdır. 22 sahibkarlıq subyektinin iştirak etdiyi yarmarkada 50 adda dərs ləvazimatları, məktəbli və idman formaları, məktəbli çantası, ayaqqabıları və başqa ləvazimatlar alıcılara münasib qiymətlərlə təklif olunur
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə təhsilin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni məktəblər inşa edilir, təhsil müəssisələrinin maddi tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir. Qeyd olunub ki, hazırda 17 təhsil müəssisəsində binaların tikintisi və ya yenidən qurulması davam etdirilir. 2022-2023-cü tədris ilindən isə Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Lisey, Distant Təhsil Mərkəzi, 8 nömrəli Uşaq Bağçası-Körpələr Evi və STEAM Təlim-Tədris Mərkəzi Təhsil Nazirliyinin şəbəkəsinə qoşulacaq. Nazirliyin şəbəkəsinə qoşulacaq yeni tipli təhsil müəssisələri muxtar respublikada təhsilin inkişafına öz töhfəsini verəcək, ixtisaslı və peşəkar kadrların hazırlanmasında mühüm rol oynayacaqdır.
Bildirilib ki, Təhsil Nazirliyi tərəfindən yeni dərs ilinə hazırlıqla bağlı bir sıra tədbirlər görülüb. Bu tədbirlərdən biri də şagirdlərin vaxtında dərsliklərlə təminatıdır. Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, hər il muxtar respublikanın ümumtəhsil məktəbləri yeni tədris ilinin əvvəlində dərsliklərlə təmin olunur. Qarşıdan gələn tədris ili üçün də Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərindəki dərsliklərin təhlili aparılmış, yeni dərsliklərə tələbat müəyyənləşdirilmişdi. Cari ilin aprel ayında 243 min dərsliyin sifarişi verilmişdi. Sifariş verilən kitabların 118 mini artıq muxtar respublikaya gətirilib. III, VII, X siniflər üçün dərsliklərin və məktəb sənədlərinin növbəti günlərdə gətirilməsi təmin ediləcək.
Bildirilib ki, şagirdlərin məktəbli geyimləri ilə təminatı da diqqət mərkəzində saxlanılır, məktəblilər üçün vahid geyim formaları müəyyənləşdirilib. Hər il məktəbli yarmarkalarında bu geyimlərin satışı təşkil olunur.
Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən bu gündən etibarən Naxçıvan şəhərində və rayonlarda məktəbli yarmarkası fəaliyyətə başlayır. Belə yarmarkalar yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli geyimlərinə və dərs ləvazimatlarına olan tələbatlarının daha asan şəkildə təmin edilməsində mühüm rol oynayır.
Sonra yarmarkaya gələnlər satışa çıxarılan məhsullarla tanış olublar. Satış yerlərinin hər birində məhsulların çeşid zənginliyi, keyfiyyəti, satış qiymətlərinin əlverişli olması, xidmətin təşkili alıcılar tərəfindən razılıqla qarşılanıb.
Valideynlər belə yarmarkaların təşkil olunmasına görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, məktəbli yarmarkası muxtar respublikanın bütün rayonlarında da təşkil olunub və sentyabrın 14-dək davam edəcək.
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat xidməti