Sentyabrın 2-də Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məktəbəqədər təhsil müəssisələrinə keçirilən imtahanlarda müvafiq keçid balını toplayaraq yeni işə qəbul olunan gənc kadrlarla görüş keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov yeni işə qəbul olunan gənc kadrları təbrik edərək bildirib ki, bu gün muxtar respublikada təhsilin bütün sahələrinə dövlətimiz tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Muxtar respublikada fəaliyyət göstərən 19 məktəbəqədər təhsil müəssisəsi üçün də binalar tikilərək və yaxud yenidən qurularaq uşaqların təlim-tərbiyəsi üçün hərtərəfli şərait yaradılıb.
Qeyd olunub ki, hazırda Naxçıvan şəhərində inşa olunan 8 nömrəli Uşaq Bağçası da yaxın vaxtlarda istifadəyə veriləcək. Bağçada uşaqların təlim-tərbiyəsi üçün hərtərəfli şərait yaradılıb. Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasında dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında" 22 dekabrın 2021-ci il tarixli Sərəncamına əsasən əsasən yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. Sərəncamın icrası məqsədi ilə nazirlikdə bu sahə ilə bağlı sektor yaradılıb. Təhsil müəsisələrinə iki mindən artıq dərs vəsaiti paylanılıb.
Diqqətə çatdırılıb ki, məktəbəqədər təhsil müəssisələrində çalışan sertifikatı olmayan 44 dayə, 39 aşpaz, 3 dərzi, 2 qazanxana maşinisti və 28 gözətçi olmaqla, ümumilikdə 116 nəfər müvafiq peşə kurslarına cəlb olunmuş və sertifikatla təmin olunmuşlar.
Bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində kadr potensialının formalaşdırılması üçün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 aprel 2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında pedoqoji heyətin dövlət ümumi təhsil, məktəbəqədər təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”na uyğun olaraq müsabiqə keçirilib. Müsabiqəyə Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli və Sədərək rayonlarının məktəbəqədər təhsil müəssisələrindən 33 tərbiyyəçi –müəllim, 9 musiqi rəhbəri və 1 tibb bacısı olmaqla ümumilikdə 43 vakant vəzifə çıxarılıb. Test mərhələsində ən yüksək nəticə göstərən 19 tərbiyəçi-müəllim, test mərhələsi ilə yanaşı ikinci-qabiliyyət və klinik tapşırıq mərhələsində yüksək nəticə göstərən 6 musiqi rəhbəri və 1 tibb bacısı olmaqla, ümumilikdə 26 kadr müvafiq vəzifələrə təyin olunub.
Təhsil naziri gənc kadrları yeni işə təyin olunmaları münasibətilə təbrik etmiş, onlara gələcəyimiz olan uşaqların düzgün tərbiyə edilməsi, məktəbə hazırlanmasına diqqətin artırılması ilə bağlı səylə çalışmalarını tövsiyə etmişdir.
Tədbirdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodisti Aynur Əhmədova və Naxçıvan şəhər 8 nömrəli Körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimi Xavər Abbasova muxtar respublikada gənc kadrlara göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrinə işə yeni qəbul olunan tərbiyəçi –müəllimlərin və musiqi rəhbərlərinin bilik və bacarıqlarını, peşəkarlıq səviyyələrini artırmaq məqsədilə 27-29 iyul tarixlərində 3 günlük seminar təşkil olunub.
Seminarda “Müəllimlərin etik davranış qaydaları”, “Tərbiyəçi –müəllimin və musiqi rəhbərinin vəzifələri”, “Sənədləşmə işlərinin aparılması qaydaları” mövzularında gənc kadrlara geniş məlumatlar verilib.
Həmçinin Bakı şəhərindən dəvət olunan psixoloq Zülfiyyə İlyasova tərəfindən “Bağçaya yeni qəbul olunan uşaqların adaptasiyası”, “İnkuliziv təlim” mövzularında pedaqoji heyətə geniş biliklər aşılanıb.
Tədbirdə Təhsil naziri yeni işə qəbul kənc kadrlara seminarı uğurla başa vurduqlarına görə sertifikatlar təqdim edib.
Sonda məktəbəqədər təhsil müəssisələrinin məktəbə hazırlıq qrupları üçün 3 cilddə, 3 mindən artıq dərslik verilib. Qeyd edək ki, hazırda məktəbəqədər təhsil müəssisələrində 51 məktəbə hazırlıq qrupunda 764 uşaq təhsil alır. Təhsil naziri təhsil müəssisələrinin rəhbərlərinə uşaqlarla işin təhsilin dövlət standartları və məzmunu əsasında qurulması, həmçinin uşaqların müəyyən olunmuş normativlərə uyğun qidalanmasının diqqətdə saxlanılması, məktəbəhazırlıq qruplarında tədrisin dərsliklər və tədris proqramı əsasında həyata keçirilməsi və uşaqların qəbulunun nizamnaməyə uyğun həyata keçirilməsi ilə bağlı tapşırıqlar verdi.
Sonda yeni işə qəbul olunan gənc kadrlarla xatirə şəkli çəkdirildi.