Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən muxtar respublikamızın təhsil müəssisələrində 2022-2023-cü tədris ilinə hazırlıqla bağlı müxtəlif tədbirlər həyata keçirilməkdədir.
Bu tədbirlərdən biri də muxtar respublikanın ümumtəhsil məktəblərində məktəblilərin dərslik, müəllimlərin isə metodik vəsaitlərlə təmin edilməsidir. Bununla bağlı hazırlıq işləri görülüb, 2022-2023-cü tədris ili üçün dərslik və dərs vəsaitlərinə olan tələbat müəyyənləşdirilib. Avqust ayında Bakı şəhərindən 157 min 631 dərslik muxtar respublikaya gətirilib. Qeyd edək ki, bu tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarının, I, III, VIII və X sinifləri üçün nəzərdə tutulan dərsliklər tamamilə yenilənib, digər siniflərdə isə dərsliklərə olan tələbata uyğun olaraq sifarişlər verilib. Sentyabrın 12-də muxtar respublikanın bütün ümumtəhsil məktəblərində şagirdlərə dərsliklərin paylanılmasına başlanılıb.
Bu addım tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə və məzmunla tanış olmalarına imkan verəcəkdir. Ümumtəhsil məktəblərində yeni dərsliklər şagirdlərə paylanmazdan əvvəl kitabxana qaydası üzrə işlənilərək fonda daxil edilib.
Həmin gündən etibarən müəllimlərə veriləcək metodik vəsaitlər isə onların tədris prosesini planlaşdırmalarına və metodik hazırlıq səviyyələrini artırmalarına yaxından köməklik edəcəkdir. Dərsliklərin saxlanılması və onlardan istifadə ilə əlaqədar məktəb kitabxanaçıları üçün seminarlar keçirilib, sinif rəhbərləri tərəfindən şagird və valideynlərlə söhbətlər aparılıb.
Vaxtında və pulsuz paylanan dərs vəsaitləri bu sahəyə olan dövlət qayğısının nəticəsidir. Bu qayğı müqabilində məktəblilərin üzərinə düşən vəzifə biliklərə daha dərindən yiyələnmək və təqdim olunan vəsaitləri qoruyaraq onlardan düzgün istifadə etməkdir.