Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc müəllimlərlə sentyabrın 12-də görüş keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov tədbiri giriş sözü ilə açaraq muxtar respublikada təhsilə göstərilən yüksək dövlət qayğısından danışmışdır. Qeyd olunmuşdur ki, bu gün muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter almış, öz fəaliyyəti ilə seçilən müəllimlərin əməyi yüksək qiymətləndirilmişdi. Bu günə qədər 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Qeyd olunmuşdur ki, 2022-ci il yanvarın 1-dən müəllimlərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılmışdır. Bundan əlavə yeni tədris ilindən muxtar respublikanın ümumtəsil məktəblərinin sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı bal toplamış 592 müəlliminin ümumi təhsil müəssisələrində tədris edilən dərs saatına görə 35 faiz, 4110 müəlliminin isə əməkhaqlarına 10 faiz əlavələr olunacaq. Bununla yanaşı şagirdlərin sayına görə direktör və direktör müavinlərinin əmək haqqında müvafiq əlavələr ediləcəkdir. Ödənilməsi nəzərədə tutulan əlavələr müəllimlərin maddi rifahının yüksəldilməsinə, bu isə öz növbəsində tədrisin səviyyəsinin yüksəldilməsinə öz töhfəsini verəcək.
Təhsil naziri qeyd etmişdir ki, bu gün muxtar respublikada gənclərə göstərilən yüksək qayğılardan biri də pedaqoji profilli ixtisasları bitirmiş gənclərin işlə təmin olunmasıdır. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 aprel 2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və ilk peşə ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq bu kateqoriyadan olan gənclərin işə qəbulu üzrə müsabiqələr keçirilir. Bu isə səriştəli, bacarıqlı kadrların müəllim kimi fəaliyyət göstərməsinə öz töhfəsini verir. Rəhman Məmmədov bildirmişdir ki, 2018-ci ildən bu günədək keçirilən müsabiqələrdə yüksək nəticə göstərən gənclərdən 824-ü müəllim, 192-si isə müxtəlif vəzifələrə olmaqla, ümumilikdə 1016 gənc kadr işlə təmin olunmuşdur.
Rəhman Məmmədov növbəti müəllimlərin işə qəbulu müsabiqəsinin də uğurla başa çatdığını qeyd edərək bildirib ki, 2022-ci ilin iyun ayında vakansiyaya çxarılan 235 vakant yerə 1619 müraciət olmuş, onlardan 1130-u keçid balını toplamışdır. Onlardan isə 163-ü ən yüksək nəticə göstərdiyindən sentyabrın 15-dən ümumtəhsil məktəblərində müəllim kimi fəaliyyətə başlayacaqdır. İşə qəbul edilənlərdən 39-u stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu məktəbləri seçib. Muxtar respublikanın şəhər və rayon məktəbləri ilə yanaşı, ucqar dağ kəndlərində də yaradılan müasir təhsil infrastrukturunun nəticəsidir ki, gənc müəllimlərdən 36-sı şəhər və rayon mərkəzlərində yaşasalar da, ucqar kənd məktəblərində işləməyə üstünlük veriblər.
Qeyd olunmuşdu ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müvafiq Sərəncamı ilə ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi həmin ixtisaslarda təhsil alan tələbələrin ixtisaslı kadr kimi formalaşması ilə yanaşı, onların işlə təminatına da öz müsbət təsirini göstərib. Bunun nəticəsidir ki, işlə təmin olunan 163 müəllimdən 105-i Naxçıvan Dövlət Universitetinin, 22-si Naxçıvan Müəllimlər İnstitutunun, 12-si isə Naxçıvan Universitetinin pedaqoji profilli ixtisaslarının məzunlarıdır.
Sonra təhsil naziri gənc müəllimləri yeni işə təyin olunmaları və “Bilik Günü” münasibətilə təbrik etmiş, onlara hərtərəfli biliyə, geniş dünyagörüşünə, xalqın milli-mənəvi dəyərlərinə yiyələnən, millətini və Vətənini sevən nəsil yetişdirilməsində səylə çalışmalarını tövsiyə etmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının şöbə müdiri Abdulla Əsgərov “Gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər” barədə məlumat verib.
Sonra gənc kadrlar adından çıxış edən Günel Novruzova gənc kadrların işlə təmin olunmasına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirib.
Sonda yeni işə qəbul olunan müəllimlə xatirə şəkli çəkdirilib.
Tədbirdən sonra yeni işə qəbul edilən gənc müəllimlərin 3 günlük “İnnovativ müəllim” təliminə start verilib. Təlim müddətində gənc müəllimlərə “İnnovativ müəllim necə olmalıdır?”, “Səmərəli təlim mühitinin yaradılması”, “Ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblər”, “Müəllimlərin etik davranış qaydaları”, “Cari, perspektiv planlaşdırma və sinif jurnalının aparılması”, “Sinfin idarə olunması”, “Müəllimlərin hüquq və vəzifələri”, “Müəllimin pedaqoji qabiliyyətləri”, “Məktəbdaxili qiymətləndirmənin aparılması qaydası” ilə bağlı ətraflı məlumat veriləcəkdir.