Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri gələcəyimizin təminatçısı olan uşaqlara qayğını dövlətin əsas vəzifəsi hesab edərək demişdir: “O cəmiyyət möhkəmdir ki, o dövlət inkişaf edərək irəli gedir ki, o xalq xoşbəxt gələcəyə malikdir ki, orada uşaqlara qayğı var”. Gənclərə və uşaqlara dövlət qayğısının bəhrələri bu gün muxtar respublikamızda aydın görünür.
Muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların da fərdi inkişafı, yaradıcılıq potensialının üzə çıxarılması onların cəmiyyətə inteqrasiyası istiqamətində zəruri tədbirlər görülür. Bu tədbirlərin davamı olaraq sentyabrın 13-də yeni distant təhsilə cəlb olunan sağlamlıq imkanı məhdud uşaqlara kompüter, məktəbli formaları və dərsliklər verilib. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, bu gün muxtar respublikada dövlətimiz tərəfindən digər şagirdlər kimi, sağlamlıq imkanları məhdud uşaqların da təhsili diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu qəbildən olan uşaqların təhsil almasına, onların reabilitasiyasına, cəmiyyətə daha fəal inteqrasiyasına yeni imkanlar yaradıb.
Qeyd olunub ki, muxtar respublikada inklüziv təhsil sahəsində həyata keçirilən tədirlərin nəticəsidir ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar digər yaşıdları ilə birlikdə uşaq bağçalarına gedir, ümumtəhsil məktəblərində təhsil alırlar. Belə ki, sağlamlıq imkanları məhdud uşaqlardan 55-i məktəbəqədər təhsil müəssisələrində, 953-ü ümumtəhsil məktəblərində, 7 görmə məhdudiyyətli uşaq isə xüsusi ibtidai məktəbdə təhsillərini davam etdirirlər.
Təhsil naziri bildirib ki, muxtar respublikada Gözdən Əlillər üçün Xüsusi İbtidai Məktəb, əmək terapiyası, audio və elektron kitabxana xidmətləri də yaradılmış, nitq problemləri olan uşaqlar üçün defektoloji bölmə fəaliyyətə başlamış, görmə qabiliyyəti məhdud uşaqlar üçün brayl kurslar təşkil edilmişdir.
Diqqətə çatdırılıb ki, hərəkət qabiliyyəti məhdud uşaqların təhsil imkanlarını genişləndirmək üçün Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tabeliyində Distant Təhsil Mərkəzi yaradılıb. Mərkəz Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin nəzdində yeni tədris ilindən fəaliyyətə başlayacaq. Dərslərin səmərəli təşkili üçün məktəbdə təmir işləri aparılımış, mərkəz üçün ayrılmış otaqlarda lazimi tədris şəraiti yaradılmışdır. Bildirilib ki, artıq distant təhsilə cəlb olunacaq şagird kontingenti Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilib, tədris proqramı hazırlanıb onlar üçün dərslik və kompüter tələbatının ödənilməsi üçün lazım olan bütün təşkilati və metodiki işlər görülüb. Mərkəzdə tədris aparacaq müəllimlər üçün kurslar da təşkil olunub.
İştirakçıların diqqətinə çatdırılıb ki, mərkəzin yaradılmasında əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqlara zəruri bilik bacrıq və vərdişlər aşılamaqla onların cəmiyyətə uyğunlaşmasını və təhsil almaq imkanını təmin etməkdən ibarətdir. Sağlamlıq vəziyyətinə görə təhsil müəssisələrində təhsil almaq imkanı olmayan uşaqlar evlərindən tədrisə cəlb olunacaq. Bunun üçün mərkəzin pedaqoji kolletivi yaradılan müasir texnologiyalarından istifadə etməklə ümumtəhsil proqramını tədris edəcəklər. Distant Təhsil Mərkəzi sağlamlıq imkanları məhdud uşaqların təhsil imkanlarını artıracaq.
Mərkəzdə təhsil ibtidai, Ümumi və tam orta təhsil səviyyələrində təşkil olunacaq. ümumi orta və tam orta təhsil səviyyəsini başa vuran məzunlara attestat veliləcək. Bu da həmin məzunlara imkan verəcək ki, gələcəkdə də distant təhsildən yararlanaraq ali və orta ixtisas təhsil müəssisələrində öz təhsillərini davam etdirərək gələcəyin ixtisaslı kadrları kimi formalaşsınlar.
Rəhman Məmmədov uşaqları “Bilik günü” münasibəti ilə təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb.
Valideyn Fatma İbrahimova övladları üçün yaradılan təhsil şəraitinə görə bütün valideynlər adından Naxçıvan Muxtar Respublikası Ali Məclinin Sədrinə minnətdarlığını bildirib.
Tədbirdə 24 uşağa evlərində təhsillərini davam etdirmək üçün kompüter, məktəbli formaları və dərsliklər verilib.
Qeyd edək ki, distant təhsilə cəlb olunan fiziki imkanı məhdud uşaqların evlərinə telefon xətləri çəkilib, internetlə təmin olunublar.