Tədbirdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov tədbirdə çıxış edərək müəllim və şagirdləri Bilik Günü münasibətilə təbrik edib. Qeyd olunub ki, bu gün muxtar respublikamızda digər sahələrlə yanaşı, təhsil sahəsi də Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən diqqət və qayğı ilə əhatə olunub, təhsil müəssisələri yeni avadanlıqlarla təchiz edilib, müəllimlərin iş şəraiti yaxşılaşdırılıb. Muxtar respublikamızda təhsil sisteminin müasir tələblər səviyyəsində qurulmasının əsasında məqsədyönlü və düşünülmüş dövlət siyasəti dayanır. İnşa olunan hər bir məktəb binası, yaradılan müasir təhsil şəraiti savadlı və vətənpərvər gəncliyin yetişdirilməsinə xidmət edir. İcra başçısı bildirib ki, ulu öndər Heydər Əliyevin adını daşıyan təhsil ocağında yeni dərs ilini qarşılamaq hər birimiz üçün xüsusi əhəmiyyət daşıyır. Ulu öndər xalqımızın həyatında təhsilin rolunu hər zaman yüksək qiymətləndirirdi. Ümummilli liderin təhsil sahəsində müəyyən etdiyi siyasət bu gün ölkəmizdə, eyni zamanda, muxtar respublikamızda uğurla davam etdirilir. Ali Məclisin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikamızda məktəblər yeni inşa olunmuş, müasir binalarda yerləşir, müəllimlərin sosial müdafiəsinin yaxşılaşdırılması üçün lazımi tədbirlər görülür. Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, hər il ali məktəblərə qəbulda yüksək bal toplayanların sayı artır və bu nailiyyətlərin qazanılmasında Heydər Əliyev adına tam orta məktəbin kollektivinin də payı böyükdür. Bu münasibətlə məktəbin kollektivini təbrik edir və yeni nailiyyətlər arzulayıram. Heydər Əliyev adına tam orta məktəb kimi, hər bir təhsil ocağı göstərilən dövlət qayğısını qazandığı nailiyyətlərlə doğrultmalıdır. Yüksək bilikli və bacarıqlı gənclər yetişdirmək məktəb kollektivlərinin qarşısında duran əsas vəzifədir. Bu səbəbdən müəllimlər nizam-intizama, keçirilən dərslərin keyfiyyətinin yüksəldilməsinə diqqəti artırmalı, savadlı, milli dəyərlərimizə sadiq, Vətənimizi irəliyə aparan vətənpərvər gənclər yetişdirməlidirlər. Yaradılan təhsil imkanlarından bəhrələnməklə məktəblilər biliklərə dərindən yiyələnməli, vətənpərvər olmalı, öz intellektual və yaradıcı potensialını müstəqil Azərbaycanın bu gününə, sabahına və gələcəyinə həsr etməli, ölkəmizin inkişafına öz töhfələrini verməlidir.
İcra başçısı çıxışının sonunda Naxçıvan şəhər ümumtəhsil məktəblərinin 2022-2023-cü tədris ilində daha böyük uğurlara imza atacağına böyük inamını da ifadə edib.
Sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Abdulla Əsgərov çıxış edərək ötən tədris ilində muxtar respublikamızın ümumtəhsil məktəblərində görülən işlər və qazanılan uğurlar haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, təhsilə göstərilən dövlət qayğısı nəticəsində ötən tədris ili muxtar respublika təhsili üçün uğurlu olmuş, ümumtəhsil məktəblərini, Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla, 2990 məzun bitirmiş, onlardan 2848-i, yaxud 95 faizi ali və orta ixtisas təhsili müəssisələrinə sənəd vermişdir. Sənəd verənlərin 2101 nəfəri, yaxud 74 faizi tələbə adını qazanmışdır.
Buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin 1573-ü, yaxud 56 faizi 200 baldan yuxarı nəticə göstərmişdir ki, bu da ötən ilki göstəricidən 6 faiz çoxdur. Muxtar respublika üzrə 254 məzun isə 500-dən yuxarı bal toplamışdır. Məzunlardan 65-i 600-700, 189-u isə 500-600 arası nəticə göstərmişdir. Yüksək nəticə göstərən məzunlarda keyfiyyət göstəriciləri yaxşılaşmış, 600-700 arası bal toplayan məzunların sayı 17 nəfər, yaxud 36 faiz artmışdır. Ümummilli liderin adını daşıyan Heydər Əliyev adına tam orta məktəbin builki qəbul nəticələri də, bu mənada, ürəkaçan olmuşdur. Bu il məktəbi 70 məzun bitirmiş, onlardan 69-u ali və orta ixtisas təhsili müəssisələrinə daxil olmaq üçün sənəd vermişdir. Sənəd verən məzunlardan 54-ü ali məktəblərə, 2-si xüsusi təyinatlı ali məktəblərə, 3-ü isə orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Məzunlardan 8-i 500-700 intervalında bal toplamış, onlardan biri gümüş nişana, 3-ü isə fərqlənmə attestatına layiq görülmüşdür.
Təhsil müəssisələrində yaradılan müasir tədris şəraiti də nəticələrə öz müsbət təsirini göstərmişdir. Ötən tədris ilində olimpiada və müsabiqə hərəkatı gücləndirilmiş, ümumilikdə, keçirilən olimpiada və müsabiqələrdə 5258 şagird iştirak etmiş, onlardan 329 şagird qalib olmuşdur. Qalib olanlardan 23-ü Heydər Əliyev adına tam orta məktəbin şagirdidir.
Şöbə müdiri sonda muxtar respublikamızın bütün ümumtəhsil məktəbləri kimi, Naxçıvan şəhər ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin də dövlətimizin milli təhsilimizə yüksək qayğısı müqabilində bundan sonra da gənc nəslin təlim-tərbiyəsi işini günün tələbləri səviyyəsində quracağına, müstəqil Azərbaycan Respublikasının gələcəyi olan intellektli vətəndaşlar yetişdirəcəklərinə böyük inamını ifadə edərək müəllim və şagirdlərə uğur arzulayıb.
Sonda ilk zəng çalınıb.