• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün435
mod_vvisit_counterDünən1782
mod_vvisit_counterBu həftə2217
mod_vvisit_counterBu ay47371
mod_vvisit_counterÜmumi2931510

Tarix: 24 Dek., 2024

Təhsil Nazirliyində payız-qış mövsümünə hazırlıqla əlaqədar müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə təhsil naziri Rəhman Məmmədov məruzə edib.
Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada təhsilin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni məktəblər inşa edilir, təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir. Aparılan təhsil quruculuğu təkcə rayon mərkəzlərini deyil, eyni zamanda ucqar dağ kəndlərini də əhatə etmişdir ki, bu da tədrisin yüksək səviyyədə təşkilinə əlverişli şərait yaratmışdır. Qeyd olunub ki, hazırda Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin bazasında Distant Tədris Mərkəzi, 8 nömrəli Uşaq bağçası, STEAM Tədris Mərkəzi, Şərur rayonunda Alışar, Vərməziyar və Həmzəli, Babək rayonunda Sirab, Vayxır, Nehrəm qəsəbə 3 nömrəli və məktəbdənkənar tərbiyə müəssisələri,  Ordubad rayonunda Pəzməri, Unus, Kələki, Xanağa, Azadkənd, və Şahbuz rayon məktəbdənkənar tərbiyə müəssisələri olmaqla 16 təhsil müəssisəsinin tikintisi və ya yenidən qurulması istiqamətində işlər davam etdirilməkdədir. “Bilik Günü”ndə istifadəyə verilmiş Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin binası isə pedaqoji kollektivə ən gözəl hədiyyə olmuşdur.
Qeyd olunub ki, tikilən və ya əsaslı şəkildə yenidən qurulan təhsil müəssisələri eyni zamanda müasir istilik sistemi ilə də təchiz olunur. Bu da payız- qış mövsümündə tədrisin yüksək səviyyədə təşkilinə şərait yaradır.
Diqqətə çatdırılıb ki, 2022-ci ildə də yeni təhsil müəssisələrinin tikintisi, istilik sistemi ilə işləyən təhsil müəssisələrinin sayını artırmışdır. Tikinti quruculuq işləri nəticəsində Təhsil Nazirliyinin tabeliyində olan bütün təhsil müəssisələrində müasir istilik sistemi quraşdırılmışdır. Bildirilib ki,  ötən il təhsil müəssisələrinin 97 faizi istilik sistemi ilə işləyirdisə, bu il bu göstərici 100 faiz təşkil edəcəkdir.
Təhsil naziri vurğulayıb ki, beş il bundan öncə 41 təhsil müəssisəsinin 158 ton dizel yanacağına, 723 ədəd neft sobası, soba borusu və  dirsəyə, 380 ədəd şiferə, 965 metr polietilenə, 590 kvadrat metr şüşəyə ehtiyacı var idisə, bu sahədə aparılan quruculuq tədbirləri nəticəsində bütün təhsil müəssisələrinin infrastrukturu yenilənmiş, müasir istilik sistemləri qurulmuş, yeni tədris ilindən payız-qış mövsümü üçün təhsil müəssisələrinin neft yanacağı və mal-materiala tələbatı olmamışdır. Bunun da nəticəsində 2022-2023-cü tədris ilindən Təhsil Nazirliyinin tabeliyində olan 271 təhsil müəssisəsinin hamısı istilik sistemi ilə işləyəcəkdir. Bu da öz növbəsində təhsil müəssisələrində tədrisin fasiləsiz təşkilinə və keyfiyyətinin artırılmasına öz töhfəsini verəcəkdir.
Qeyd olunub ki, 2022-2023-cü tədris ilində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində 212 ümumtəhsil məktəbi, 35 məktəbdənkənar müəssisə, 1 orta ixtisas məktəbi, 4 peşə və 19 təhsil müəssisəsi fəaliyyət göstərəcəkdir. Təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər muxtar respublikada təhsil müəssisələrinin birnövbəli rejimdə fəaliyyət göstərməsinə öz müsbət təsirini göstərmişdir. Belə ki, əgər 5 il bundan qabaq 10 məktəb ikinövbəli rejimdə işləyirdisə, 2022-2023-cü tədris ilindən Sədərək rayon Qaraağac kənd tam orta məktəbindən başqa bütün məktəblər birnövbəli rejimdə işləyəcəkdir.
Rəhman Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2022-2023-cü ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr”lə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri müəssisələrin payız-qış mövsümündə fasiləsiz fəaliyyətinin təmin olunması ilə bağlı tapşırıqlar verərək demişdir: “Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlığı ilə bağlı müvafiq tədbirlər görməli, istilik sistemləri yoxlanılmalı, tədrisin davamlılığı təmin edilməlidir”. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında təhsil müəssisələrinin yeni tədris ilinə hazırlığı ilə bağlı araşdırma aparılmış, mövcud nöqsanların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Qeyd olunub ki, hazırda təhsil müəssisələrində 229-u daimi və 234-ü mövsümi olmaqla, 464 ocaqçı fəaliyyət göstərir. Təhsil müəssisələrində işləyən ocaqçılardan hamısı “Qazanxana maşinisti” ixtisası üzrə peşə təhsili müəssisələrində kursa cəlb olunaraq sertifikatla təmin edilmişdir. Təhsil müəssisələri ilə yanaşı, eyni zamanda muxtar respublikanın digər təşkilatlarının istilik sistemlərində çalışan texniki işçilərinin də peşə kurslarına cəlbi diqqətdə saxlanılmışdır. 2021-2022-ci tədris ilində 296, son beş ildə isə 1286 nəfər peşə təhsili müəssisələrində “Qazanxana maşinisti” ixtisası üzrə peşə təhsili alaraq müvafiq sertifikatla təmin edilmişdir.
Təhsil naziri diqqətə təhsil müəssisələrində fasiləsiz tədris prosesinin təmin olunması üçün müvafiq tapşırıqlar vermişdir.
Bildirilmişdi ki, payız-qış mövsümündə təhsil müəssisələrində tədrisin davamlı­lığı təmin edilməli, müəllim və şagirdlərin sağlamlığının qorunması diqqətdə saxlanılmalıdır. Şəhər və Rayon Təhsil şöbələrində elektrik enerjisi, su və təbii qazdan səmərəli istifadə ilə bağlı nəzarət komissiyaları yaradılmalı, istilik sistemi ilə işləyən təhsil müəssisələrində hava şəraitinə uyğun istiliyin tənzimlənməsinə nəzarət olunmalı, izafi xərclərə yol verilməməlidir. Qazanxanaların, su-kanalizasiya sistemlərinin daim işlək, elektrik və su açarlarının isə saz vəziyyətdə olması təmin edilməli, tədris ili ərzində yaranan nöqsanlar vaxtında aradan qaldırılmalıdır.
Sonra müşavirə məruzə ətrafında çıxışlarla davam edib. Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Baba Əliyev, Şərur Rayon Təhsil Şöbəsinin müdiri Malik İsmayılov, Babək Rayon Təhsil Şöbəsinin müdiri Həsən Zeynalov, Ordubad Rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalov, Culfa Rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev, Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Araz Məmmədov, Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər barədə məlumat veriblər.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg