Sentyabrın 28-də Naxçıvan Dövlət Texniki Kollecinin məzunları və kollecə yeni qəbul olan tələbələr ilə görüş keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Naxçıvan Dövlət Texniki Kolleci də bu qayğıdan bəhrələnib. Kollec üçün yeni tədris kompleksi istifadəyə verilib. Kompleksdə yaradılan auditoriyalar, kimya-biologiya, fizika və baytarlıq laboratoriyaları, tədris olunan ixtisaslara uyğun fənn kabinələri, kompüter otaqları, kitabxana və elektron vəsaitlər burada təhsil alan gənclərin savadlı, bacarıqlı mütəxəssis kimi yetişməsinə geniş imkanlar açıb. Bununla yanaşı kollecdə 2021-2022-ci tədris ilində istifadəyə verilən STEAM kabinəsi tələbələrin qazandıqları nəzəri bilikləri praktiki tətbiq etmək imkanı yaradıb. Vurğulanıb ki, kollecdə tədrisin günün tələbləri səviyyəsində qurulmasının nəticəsidir ki, burada muxtar respublikanın təlabatı nəzərə alınmaqla orta ixtisaslı kadrlar yetişir. Kollecdə tədrisin yüksək səviyyədə təşkili, əmək bazarına uyğun kadr hazırlığının aparılması, subbakalavrların müsabiqədənkənar yolla ali təhsil müəssisələrinə qəbulu, hami təşkilatlar tərəfindən kadrların işlə təmin olunması təhsil ocağının nüfuzunu daha da artırıb. Bunun nəticəsidir ki, beş il bundan qabaq kollecə minum keçid balı 50-70 bal təşkil edirdisə, cari tədris ilində keçid balı 100-200 intervalında olmuşdur.
Təhsil naziri qeyd edib ki, muxtar respublikanın kadr potensialının formalaşmasında mühüm rol oynayan kollecdə ötən tədris ilində idarəetmə, iqtisadiyyat, rabitə, kənd təsərrüfatı, energetika və sosial xidmət sahələri olmaqla 13 ixtisas üzrə mütəxəssis hazırlığı aparılmışdır. Muxtar respublikada sürətlə artan turizm imkanları və tələbləri nəzərə alınmaqla cari tədris ilindən isə turizm işinin təşkili ixtisası üzrə tələbə qəbulu aparılmış, ixtisasların sayı isə
14-ə qədər artırılmışdı. Tələbə qəbulu planı isə 200-ə qədər artırılmışdır. Diqqətə çatdırılıb ki, 2022-2023-cü tədris ilində 200 qəbul plan yerinə qarşı 66-sı dövlət sifarişli, 130-u ödənişli olmaqla 196 nəfər təhsil almaq hüququ qazanmışdır ki, bu da nəzərdə tutulan planın 98 faizinin yerinə yetirilməsi deməkdir.
Bildirilib ki, cari tədris ilində kollecdə 596-sı əyani, 28-i isə qiyabi təhsilalma formalarında olmaqla ümumilikdə 624 tələbə təhsil almaqdadır. Ötən tədris ilində 8 ixtisas üzrə 9 qrupda 111 tələbə məzun olmuşdur. Onlardan 16-sı kolleci fərqlənmə diplomu ilə bitirmişdir.
Qeyd olunub ki, kollecin təhsil keyfiyyətinin bir göstəricisi də subbakalavrların müsabiqədənkənar yolla ali təhsil müəssisələrinə qəbul olub təhsil almalarıdır. Kollecin məzunları da bu imkanlardan yararlanıb.Son 4 ildə məzunlarından 297-si ali təhsil müəssisələrinə qəbul olmuşdur.
Təhsil naziri kollecin məzunlarını 2021-2022-ci tədris ilini başa vurmaları və ali təhsilmüəssisələrinə qəbul olmaları, müəllim və tələbə kollektivini isə yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov 2021-2022-ci tədris ilində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verib, qazanılan uğurlardan bəhs edib.
Kollecin bank işi ixtisası üzrə məzunu, Naxçıvan Dövlət Universitetinin iqtisadiyyat ixtisasının I kurs tələbəsi Vəfa Həsənova, rabitə qovşaqları və kommunikasiya sistemləri ixtisası üzrə məzun, Azərbaycan Texniki Universitetinin elektrik və elektronika mühəndisliyi ixtisasının I kurs tələbəsi Ramidə Qurbanlı çıxış edərək keyfiyyətli təhsil almaları, bacarıqlı kadr kimi yetişmələri üçün göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə kolleci bitirən məzunlara diplomlar təqdim olunub.
Sonra Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrinin 2021-2022-ci tədris ilində müxtəlif müsabiqə, bilik və idman yarışlarında əldə etdikləri nailiyyətlərdən ibarət sərgiyə baxış olub.
Sonda xatirə şəkili çəkilib.