Ümumdünya Şahmat Federasiyası Naxçıvan şəhərində 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi ilə bağlı qərar verib, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 21 iyun tarixli Sərəncamına əsasən olimpiadanın keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb, olimpiadaya hazırlıq işləri başa çatdırılıb.
Oktyabrın 2-də Naxçıvan Dövlət Milli Dram Teatrında 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov açılış tədbirində iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılışı münasibətilə olimpiadanın bütün iştirakçılarını təbrik edib, olimpiadada iştiraklarına görə şahmatçılara və qonaqlara təşəkkürünü bildirib, qələbə arzulayıb, 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasını açıq elan edib.
Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç olimpiadanın təşkilatçılarına təşəkkür edərək olimpiadada oyunların rəqabətli keçəcəyinə, yeni dostluqların yaranacağına əminliyini bildirib.
Azərbaycan Şahmat Federasiyasının prezidenti, Təşkilat Komitəsi Sədrinin müavini Mahir Məmmədov çıxış edərək Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında şahmata göstərilən qayğıdan danışıb, muxtar respublikanın ümumtəhsil məktəblərində şahmatın məqsədyönlü tədrisini dünya səviyyəsində nümunə kimi dəyərləndirib, şahmatın inkişafı naminə görülən işlərə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.
Beynəlxalq Şahmat Federasiyasının baş hakimi, o cümlədən olimpiadanın baş hakimi Freyd Loran olimpiadanın qaydaları haqqında məlumat verib. Bildirilib ki, 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında 23 ölkədən 200-ə yaxın şahmatçı iştirak edir. İştirakçılar arasında 50 titullu şahmatçının olması yarışların maraqlı keçəcəyini deməyə əsas verir.
Sonra olimpiadanın ən yüksək reytinqli şahmatçısı, iranlı Daneşvar Bardiya səhnəyə dəvət olunub və şahmat olimpiadasının püşkü atılıb.
Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin kollektivi konsert proqramı ilə çıxış edib.