STEAM təlim metodu bu gün muxtar respublikanın təhsil müəssisələrində uğurla tətbiq edilir. Belə ki, bu günə qədər 108 təhsil müəssisəsində STEAM kabinələri yaradılıb, əlavə olaraq 2022-2023-cü tədris ilində isə daha 50 ümumtəhsil məktəbində STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdirilir.
STEAM təhsil metodunun əhatə dairəsinin genişləndirilməsi və inkişafı ixtisaslaşmış kadrlar tələb edir. Bu məqsədlə Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzinin imkanlarından yararlanaraq bu günədək 300-dən çox müəllim təlimlərdə iştirak edib. Bu sahədə görülən işlərin davamı olaraq oktyabrın 3-dən noyabrın 5-dək keçiriləcək yeni təlimlərə isə 50 müəllim cəlb olunub. Təlim müddətində müəllimlərə STEAM təhsilinin mahiyyəti və sadə modellərin hazırlanması, TinkerCad proqramında modelləşdirmə, mikro:bit mövzusuna giriş, micro:bit modulu və kodlaşdırma, micro:bit vasitəsilə müxtəlif layihələrin hazırlanması, ultimaker Cura 3D proqramından istifadə, arduino texnologiyası, arduino vasitəsilə müxtəlif layihələrin hazırlanması, 3D çap qurğusunda prototiplərin hazırlanması, mindstorms lego EV3 modelinin qurulması, kodlaşdırılması və layihələndirilməsi öyrədiləcək.
Qeyd edək ki, sonda praktik biliklər yoxlanılacaq və təlimi uğurla başa vuran müəllimlər Təhsil Nazirliyi tərəfindən STEAM dərslərini aparmağa icazə hüququ verən sertifikatla təmin ediləcəklər.