• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün424
mod_vvisit_counterDünən1782
mod_vvisit_counterBu həftə2206
mod_vvisit_counterBu ay47360
mod_vvisit_counterÜmumi2931499

Tarix: 24 Dek., 2024

Beynəlxalq Memarlar Günü ilə əlaqədar sərgi keçirilib

Oktyabrın 3-də Naxçıvan şəhərindəki Yusif ibn Küseyir türbəsinin ərazisində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Memarlar Günü ilə əlaqədar “Müasirləşən Naxçıvan” mövzusunda sərgi keçirilib. Sərgidə Memarlar Birliyinin üzvləri, ümumtəhsil məktəblərinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin Memarlıq-dizayn dərnəyinin üzvləri və gənc memarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədov əvvəlcə Beynəlxalq Memarlar Günü və onun əhəmiyyəti haqqında məlumat verərək qeyd etmişdir ki, Memarlar Günü Beynəlxalq Memarlar İttifaqının təşkil olunması ilə eyni vaxtda−1949-cu ildə Lozanna şəhərində təsis edilib və həmin vaxtdan başlayaraq hər il oktyabr ayının birinci bazar ertəsi günü qeyd edilir. O, bu günün əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, Memarlar Günü memarların birləşməsinə, onların bir-biriləri ilə daha yaxından əməkdaşlıq etmələrinə, təcrübələrindən yararlanmalarına imkan verir.
Sonra Təhsil Nazirliyi Aparatının sektor müdiri Rasim Rüstəmov çıxış edərək bildirmişdir ki, muxtar respublikada aparılan uğurlu təhsil  islahatların və həyata keçirilən tədbirlərin nəticəsidir ki, ümumtəhsil məktəbləri ilə yanaşı, məktəbdənkənar təhsil müəssisələrində də uşaqların yaradıcı bacarıqlarının inkişaf etdirmələri və sağlam böyümələri üçün əlverişli şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında 2019-cu ildən başlayaraq Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Ordubad rayon Texniki Yaradıcılıq Mərkəzi və Culfa rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən Memarlıq-dizayn dərnəkləri üçün sinif otaqları yaradılmış və kompüterlərlə təmin olunmuşdur. Hazırda Babək və Şahbuz rayonlarının məktəbdənkənar təhsil müəssisələrində də bu sahədə işlər davam etdirilməkdədir. Yaradılmış şəraitin nəticəsidir ki, əvvəlki illərdə Memarlıq-dizayn dərnəyinin üzvü olmuş məzunlarımızın böyük bir hissəsi bu ixtisas üzrə ali təhsil müəssisələrinə qəbul olmuşlar. Eyni zamanda muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin pedaqoji profilli ixtisaslarında təhsil alan tələbələrin innovativ dərnəklərlə bərabər Memarlıq-dizayn dərnəklərinə də ekskursiyaları təşkil olunmuşdur. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Naxçıvan: dünən və bu gün”, “Naxçıvanın tarixi abidələri”, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq, Ordubad Rayon Texniki Yaradıcılıq və Culfa Rayon Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərinin Memarlıq-dizayn dərnəklərinin üzvləri arasında isə “Kreativ ideyalar” mövzusunda müsabiqələr keçirilmişdir. Bunlarla yanaşı, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey kompleksində keçirilən STEAM təhsil festivalında digər innovativ dərnəklərlə yanaşı, Memarlıq-dizayn dərnəyinin üzvlərinin də hazırladıqları əl işləri nümayiş olunmuşdur.
Tədbirdə çıxış edənlər gənc memarları təbrik etmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzu etmişlər.
Tədbirin davamında memarların layihələrindən ibarət sərgiyə baxış olub. Sərgiyə 15 memarın və 8 dərnək üzvünün ümumilikdə 5 maket və 35 layihəsi çıxarılıb.
Daha sonra təşkilatçılar tərəfindən Memarlıq-dizayn dərnəyinin üzvlərinə diplomlar, gənc memarlara isə qədim və müasir Azərbaycan, eləcə də Naxçıvan memarlığından bəhs edən kitablar verilib.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg