• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün524
mod_vvisit_counterDünən1782
mod_vvisit_counterBu həftə2306
mod_vvisit_counterBu ay47460
mod_vvisit_counterÜmumi2931599

Tarix: 24 Dek., 2024

Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının görülən işlər və qarşıda duran vəzifələri ilə bağlı tədbir keçirildi

Oktyabrın 5-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyinin görülən işlər və qarşıda duran vəzifələri ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov tədbir iştirakçılarını Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müəllimlərin təltif edilməsi barədə sərəncamları ilə tanış edib, təltif olunan müəllimləri təbrik etmişdir. Təhsil naziri vurğulayıb ki, müəllim əməyinə verilən yüksək qiymətin nəticəsidir ki, 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adlarına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Nazir müəllimlərə göstərilən dövlət qayğısından danışaraq bildirmişdir ki, muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter almışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 20 dekabr 2021-ci il tarixli Sərəncamı ilə 2022-ci ilin yanvarın 1-dən Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz, dövlət peşə təhsili müəssisələrində idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılmışdır. Həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 31 avqust 2022-ci il tarixli 171 nömrəli Qərarı ilə ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin vəzifə maaşlarına təhsilalanların sayına görə, təhsilverənlərin maaşlarına isə sertifikatlaşdırmanın nəticəsinə görə aylıq əlavələr edilmişdir.
Qeyd olunub ki, muxtar respublikada müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində də zəruri tədbirlər həyata keçirilib. Belə ki, ümumtəhsil müəssisələrinin pedaqoji heyəti üçün sistemli təlimlər təşkil edilib. Təkcə ötən tədris ilində ümumtəhsil məktəblərinin müəllimlərindən 300-dən çoxu STEAM, 1200-dən çoxu isə müxtəlif ixtisasartırma kurslarına, təlimlərə cəlb olunub. Müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə sertifikatlaşdırma imtahanı aparılıb, 505 müəllim şahmat sertifikatı ilə təmin edilib. Muxtar respublikada müəllim əməyinə verilən qiymət onların fəallığını artırmış, son 4 ildə 4 müəllim “Pedaqoji mühazirə müsabiqəsi”nin, 17 müəllim isə fərdi kateqoriya üzrə “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi”nin qalibi olmuşdur.
Nazir bildirmişdir ki, 2018-2019-cu tədris ilindən etibarən müəllimlərin işə qəbulunda müsabiqə mexanizmi tətbiq edilmiş, qaydalar şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş, ümumtəhsil məktəblərinin bilikli kadrlarla təminatı yaxşılaşdırılmışdır. Bu günədək işə qəbulla bağlı keçirilən müsabiqələrdə yüksək nəticə göstərən kadrlardan 824-ü müəllim, 192-si isə müxtəlif vəzifələr olmaqla, ümumilikdə 1016 gənc kadr işlə təmin olunmuşdur.
Rəhman Məmmədov qeyd etmişdir ki, muxtar respublikada təhsilə göstərilən dövlət qayğısı, tədrisin yüksək səviyyədə təşkili üçün yaradılan müasir təhsil infrastrukturu, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin təhsilə tətbiqi, müəllim nüfuzunun artırılması istiqamətində həyata keçirilən tədbirlər müəllim əməyinin bəhrəsini artırmış, təhsildə uğurlu nəticələr əldə olunmuşdur. Muxtar respublikada keyfiyyətli tədris mühitində öz sənətini sevən kifayət qədər peşəkar müəllimlər formalaşmışdır. Bunların sırasında 1400-dən artıq gəncin olması onları bir araya gətirəcək birliyin yaradılmasına zərurət yaratmışdır. Ötən il “Beynəlxalq Müəllimlər Günü”ndə “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası”nın təsis konfransının keçirilməsi yadda qalan hadisə olmaqla yanaşı, gənc müəllimlər arasında əməkdaşlığı, təcrübə mübadiləsini daha da inkişaf etdirmiş, gənc müəllimlərin fəallığını artırmış, onların peşəkar və fərdi inkişaflarına öz töhfəsini vermişdir. Assosiasiya gənc müəllimlər üçün davamlı öyrənmə imkanları yaradan, müsbət gənc müəllim imicinin formalaşmasına, bu imicin təbliğ olunmasına təsir edən, gənc müəllimlərin ehtiyaclarını müəyyənləşdirməklə müvafiq inkişaf xəritəsi ilə böyüyən, vahid idarəetmə sisteminin tətbiq olunduğu qurumdur.
Sonda təhsil naziri təhsilə və müəllim əməyinə verdiyi qiymətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirmiş, tədbir iştirakçılarını 5 Oktyabr-“Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə təbrik etmişdir.
Tədbirdə çıxış edən Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi, Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova qeyd etmişdir ki, məqsədimiz təhsildə innovasiyalarla bağlı gənc müəllimlər arasında əməkdaşlığın inkişafına, onların maarifləndirilməsinə dəstək vermək, gənc müəllimləri bir arada birləşdirən şəbəkələşməni gücləndirmək, vahid strukturlaşmış mexanizm və idarəetmə sistemi yaratmaqdır. Sonra isə il ərzində gənc müəllimlərlə birlikdə görülən işlər haqqında hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Bildirmişdir ki, gənc müəllimlər arasında əməkdaşlığı daha da inkişaf etdirmək, istedadlı gənc müəllimləri aşkara çıxarmaq, onların bilik və bacarıqlarını inkişaf etdirmək, asudə vaxtlarının səmərəli təşkili istiqamətində təlimlər, açıq dərslər, kitab müzakirələri təşkil olunmuş, bilik və idman yarışları keçirilmişdir.
Daha sonra çıxış edən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin riyaziyyat müəllimi, Azərbaycan Respublikasının “Əməkdar müəllimi” Paşa Heydərov və Şahbuz rayon Ağbulaq kənd tam orta məktəbinin ingilis dili müəllimi, Prezident mükafatçısı, Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının Şahbuz rayon üzrə idarə heyətinin üzvü Nigar Mirzəmmədova onların fəaliyyəti üçün yaradılan şəraitdən, müəllim peşəsinə marağın artmasından danışmış, təhsilə və müəllim əməyinə göstərdiyi dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildirmişlər.
Çıxışlardan sonra “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyinin fəaliyyət istiqamətlərini əhatə edən illik iş planı Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin biologiya müəllimi, Naxçıvan Gənc Müəllimlər Assosiasiyası idarə heyətinin üzvü Qasımova İlkanə Vəli qızı tərəfindən oxunmuş və təsdiq edilmişdir.
Sonra müəllimlər “Müəllimlərin işə qəbul imtahanlarında ən yüksək nəticə-60 bal göstərdiyinə görə”, “2022-ci ildə keçirilən təhsilverənlərin sertifikatlaşdırmasında yüksək nəticə göstərdiyinə görə”, “Təhsil sahəsində səmərəli fəaliyyətinə və Kanal 35 televiziyası ilə əməkdaşlığına görə”, “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olduğuna görə” nominasiyaları üzrə təşəkkürnamə ilə təltif olunublar.
Daha sonra Kanal 35 televiziyasının hazırladığı “5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü” filminə baxış olmuşdur.
Tədbirin bədii hissəsində isə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri tərəfindən “Nağara” ansamblı və “Əlvan çiçəklər” rəqs qrupu mahnı və rəqs nömrələri ilə çıxış ediblər.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg