• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün393
mod_vvisit_counterDünən1782
mod_vvisit_counterBu həftə2175
mod_vvisit_counterBu ay47329
mod_vvisit_counterÜmumi2931468

Tarix: 24 Dek., 2024

Naxçıvan şəhərində yeni uşaq bağçası istifadəyə verilib

“Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi necə tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”, - deyən ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət-uşaq siyasəti bu gün ölkəmizdə uğurla davam etdirilir, uşaqların layiqli vətəndaş olaraq formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikada da uşaqların təlim - tərbiyəsinə və təhsilinə xüsusi diqqətlə yanaşılır, bütün təhsil pillələri, o cümlədən məktəbəqədər tərbiyə müəssisələri üçün müasir şərait yaradılır. Oktyabrın 5-də - Beynəlxalq Müəllimlər Günündə Naxçıvan şəhərində 8 nömrəli yeni uşaq bağçası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Beynəlxalq Müəllimlər Günü münasibətilə muxtar respublikanın bütün pedaqoji kollektivlərini, uşaq bağçasının istifadəyə verilməsi münasibətilə isə ailələri və burada işlə təmin olunanları təbrik edib, yaradılan şəraitdən düzgün istifadə olunacağına əminliyini bildirib, kollektivə işlərində uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, tərbiyəçi-müəllim Jalə Zeynalova və valideynlər adından Leyla Süleymanova çıxış ediblər. Çıxışlarda muxtar respublikada təhsilin inkişafı sahəsində görülən işlərdən bəhs olunub, yaradılan şəraitə görə minnətdarlıq edilib.
Sonra bağçaya baxış olub.
Məlumat verilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan 210 yerlik uşaq bağçasında hər birində yataq otağı, mətbəx, tədris zalı olan 11 qrup fəaliyyət göstərəcəkdir. Uşaq bağçasının körpələr qrupuna 45, orta qrupuna 80, böyüklər qrupuna 40, məktəbəhazırlıq qrupuna isə 12 olmaqla, ümumilikdə 177 uşaq qəbul edilib. Binada müdir, valideynlər, tibb otaqları, 2 oyun zalı, tədbir zalı, metodiki kabinə, dərzi, camaşırxana, təmiz paltarlar və paltardəyişmə otaqları, müəllimlər üçün yeməkxana, mətbəx, bufet, 3 anbar, metodist və təsərrüfat müdiri otaqları vardır.
Uşaqlardan Rüqayyə Qasımlı və Nur Talıbova şeirlər söyləyib, tərbiyəçi-müəllim Xavər Abbasova yaradılan şəraitə görə minnətdarlıq edib.
Tədbirlər zalında məktəbəhazırlıq qrupunun uşaqları ulu öndər Heydər Əliyevə həsr olunmuş, eləcə də vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar oxuyub, rəqs ediblər.
Ali Məclisin Sədri uşaqlarla xatirə şəkli çəkdirib.
Binanın həyətində uşaqlar üçün əyləncə və istirahət guşəsi yaradılıb, yaşıllıq salınıb, işıqlandırma sistemi çəkilib.
***
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərinin Afiyəddin Cəlilov küçəsindəki 5 mərtəbəli, 18 mənzilli yaşayış binasında aparılan yenidənqurma və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi binasının tikinti işləri ilə də maraqlanıb, müvafiq tapşırıqlar verib.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg