• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün526
mod_vvisit_counterDünən1782
mod_vvisit_counterBu həftə2308
mod_vvisit_counterBu ay47462
mod_vvisit_counterÜmumi2931601

Tarix: 24 Dek., 2024

“Müstəqilliyimiz əbədidir” mövzusunda interaktiv dərs keçirilib

Oktyabrın 18-də Naxçıvan Dövlət Tarix Muzeyindən muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Müstəqilliyimiz əbədidir” mövzusunda interaktiv dərs keçirilib.
İnteraktiv dərsdə Azərbaycanın azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə dolu zəngin tarixi ilə bağlı məlumat verilmişdir. Bildirilib ki, 1918-ci ildə ölkəmizdə ilk demokratik respublika yaradan Azərbaycan xalqı daha sonra baş vermiş ictimai-siyasi dəyişikliklər nəticəsində milli azadlığından, dövlət müstəqilliyindən məhrum olmuşdu. O dövrdə Azərbaycana rəhbərlik edən Sovetlər İttifaqının qorunub saxlanması ilə əlaqədar cəhdlər muxtar respublikamızda qətiyyətlə aradan qaldırılmış, müvafiq qərarların qəbul edilməsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Ali Sovetindən də xahiş edilmişdir. Qeyd olunub ki, 1991-ci ildə Sovetlər İttifaqının dağılması ilə Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etmişdir. Bu aktla da Azərbaycan Respublikasının dövlət müstəqilliyinin təmin olunması üçün hüquqi əsaslar yaranmış, ölkəmiz öz dövlət müstəqilliyini bütün dünyaya bəyan etmişdir.
Tarix dəfələrlə sübut edib ki, əvəzsiz milli sərvət olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir. Dövlət müstəqilliyi o yerdə davamlı olur ki, xalq bu müstəqilliyin qorunması üçün siyasi iradə göstərsin və xalqın milli iradəsi vahid lider ətrafında birləşsin. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də məhz bu missiyanı yerinə yetirirdi. “Mən həyatımdan keçərəm, ancaq Azərbaycanın müstəqilliyindən keçmərərəm”, - deyən Heydər Əliyevin rəhbərliyi ilə Ali Məclisin sessiyalarında dövlət müstəqilliyi ilə bağlı tarixi qərarlar qəbul olunmuş, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan parlamentində qaldırılmış, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri götürülmüş, sovet qoşun hissələri Naxçıvandan çıxarılmış, onların bazasında müstəqilliyin vacib elementi olan ilk milli ordu hissələri yaradılmışdır.
Ötən illər ərzində Müstəqil Azərbaycan Respublikası böyük sınaqlardan keçərək möhkəmlənmişdir. Bu gün qazanılan bütün nailiyyətlərin əsasında ümummilli lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və bu siyasi kursun uğurla davam etdirilməsi faktı dayanır. Aparılan yenidənqurma və quruculuq tədbirləri nəticəsində Naxçıvan Muxtar Respublikasının qazandığı bugünkü nailiyyətlər məhz dahi liderin muxtar respublika haqqında düşüncə və arzularının uğurla yerinə yetirilməsinin göstəricidir.
2022-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 31 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra artıq iki ildir ki, bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb etdiyi üçün 2021-ci il 15 oktyabr tarixdə “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilib.
Sonra şagirdlərin diqqətinə çatdırılıb ki, muxtar respublikamızın ən ucqar dağ kəndlərində belə yeni məktəb binalarının inşası, maddi-texniki bazasının möhkəmləndirilməsi, gələcəyimiz olan uşaqların müasir tədris şəraiti yaradılan məktəb binalarında təhsil alması müstəqilliyimizin bəhrələridir.
Dərs muxtar respublikanın 200-dən çox təhsil müəssisəsində izlənilib.
Qeyd edək ki, 2022-2023-cü tədris ilində də muxtar respublika muzeyləri, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Şahmat və STEAM mərkəzləri ilə ümumtəhsil məktəbləri arasında interaktiv dərslər keçirilir. Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri ilə bağlı keçirilən interaktiv dərslər şagirdlərin tariximizlə bağlı biliklərinin, dünyagörüşlərinin artmasında mühüm rol oynayır.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg