Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 18-də Naxçıvan Dövlət Texniki Kollecində məktəblilərin “Yaradıcılıq müsabiqəsi”nin şəhər mərhələsi keçirilib.
Məktəblilərin “Yaradıcılıq müsabiqəsi” Azərbaycan xalqının əzm və iradəsinin, gücünün və müasir ordu quruculuğunun ölkəmizin qələbəsini təmin edən mühüm amillər olduğunun şagirdlərə aşılanması və milli ruhda tərbiyə olunan vətənpərvər gənclərin yetişdirilməsi məqsədilə keçirilir. Müsabiqə 3 mərhələdə təşkil olunur. I mərhələ 3-15 oktyabr tarixlərində keçirilən məktəbdaxili seçim idi, II mərhələ 17-28 oktyabr tarixlərində keçiriləcək şəhər (rayon) mərhələsidir ki, bu mərhələnin qalibləri də III mərhələdə-noyabrın 3-də Naxçıvan şəhərində keçiriləcək muxtar respublika mərhələsində iştirak edəcəklər.
“Yaradıcılıq müsabiqəsi”nin şəhər mərhələsinin məktəbdaxili seçimində Naxçıvan şəhər ümumtəhsil məktəbləri üzrə 17 məktəbdən 120 şagird iştirak etmişdir. Bugünkü şəhər mərhələsinin yekun tədbirində isə məktəbdaxili seçimdə ən yaxşı iştirak edən 14 məktəbin vətənpərvərlik mövzusunda təqdimatları nümayiş olunub. Müsabiqədə Naxçıvan şəhər ümumtəhsil məktəbləri üzrə əsərlərdən parçaların səhnələşdirilməsi və ya kompozisiyası üzrə 11, milli musiqi, mahnı və rəqs üzrə 24, şeirlər və qısa mətnlər üzrə 9, rəsm və əl işləri üzrə isə 19 olmaqla, ümumilikdə 63 şagird iştirak edib.
Müsabiqədə məktəb şagirdlərinin qiymətləndirilmə mərhələsində “Səhnələşdirmə və kompozisiya” üzrə onların mövzuya uyğun səhnə tərtibatı, geyimləri, istifadə olunan aksesuarlar, ifa olunan mətnlər; “Şeir və mətnlər” üzrə əsərlərin mahiyyətinin və ideyasının əsas göstərilməsi, aydın intonasiya və tələffüz, “Mahnı və rəqslər” üzrə mövzuya uyğun ifaların seçilməsi, səhnə tərtibatı, geyimlər, “Rəsm və əl işləri” üzrə mövzunun düzgün seçilməsi və hadisələrə uyğunluğu nəzərə alınmışdır.
Müsabiqənin şərtlərinə uyğun olaraq, hər bir kateqoriya üzrə bir I yer, bir II yer, bir III yer olmaqla münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib.
Müsabiqənin şəhər mərhələsində “Səhnələşdirmə və kompozisiya” üzrə I yerə 3 nömrəli tam orta məktəb, II yerə 17 nömrəli tam orta məktəb, “Şeir və mətnlər” üzrə I yerə 14 nömrəli tam orta məktəb, II yerə 8 nömrəli tam orta məktəb, III yerə 4 nömrəli tam orta məktəb, həvəsləndirici yerə 9 nömrəli tam orta məktəb, “Mahnı və rəqslər” üzrə I yerə 14 nömrəli tam orta məktəb, II yerə 16 nömrəli tam orta məktəb, III yerə 12 nömrəli tam orta məktəb, həvəsləndirici yerə 1 nömrəli tam orta məktəb və “Rəsm və əl işləri” üzrə I yerə 14 nömrəli tam orta məktəb, II yerə 11 nömrəli tam orta məktəb, III yerə 11 nömrəli tam orta məktəb, həvəsləndirici yerə 12 nömrəli tam orta məktəb layiq görülmüşdür. Qalib olan ümumtəhsil məktəbləri və xüsusi istedadına görə fərqlənən şagirdlər isə Naxçıvan Şəhər Təhsil Şöbəsinin diplomları ilə mükafatlandırılıb.
Qeyd edək ki, I yerin qalibləri müsabiqənin muxtar respublika mərhələsində iştirak edəcək.