• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün430
mod_vvisit_counterDünən1782
mod_vvisit_counterBu həftə2212
mod_vvisit_counterBu ay47366
mod_vvisit_counterÜmumi2931505

Tarix: 24 Dek., 2024

Naxçıvan şəhər 2 nömrəli tam orta məktəb yenidən qurulub

1925-ci ildən fəaliyyət göstərən 2 nömrəli tam orta məktəb zəngin təhsil ənənələrinə malikdir. Məktəb muxtar respublikada təhsilin inkişafına töhfələr vermişdir. Naxçıvanda təhsil quruculuğu sahəsində görülən işlər 2 nömrəli tam orta məktəbi də əhatə etmiş, müasir maddi-texniki baza və tədris şəraiti yaradılıb.
Oktyabrın 19-da Naxçıvan şəhər 2 nömrəli tam orta məktəb yenidənqurmadan sonra istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, məktəbdə kompüterlər, döşəmə, istilik və elektrik sistemləri, partalar yenilənib, divar və tavanlar təmir olunub, kimya və biologiya laboratoriyaları yaradılıb, 2 elektron lövhə quraşdırılıb, tibb otağı, idman zalı və hərbi kabinə yenidən qurulub. Hazırda üçmərtəbəli 276 şagird yerlik məktəbdə 15 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, şahmat sinfi, kompüter, direktor, psixoloq, müəllimlər, tibb otaqları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, qarderob, bufet və idman zalı yerləşir. Təhsil ocağında 24 kompüter və 4 elektron lövhə quraşdırılıb. Məktəbin kitabxana fondunda 6562 kitab vardır.
STEAM kabinəsi 1 elektron lövhə, 2 kompüter, 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilib. Şagirdlər hazırladıqları “Elektron dövriyyə və mühəndislik dəsti ilə radio”, “Çaylarda su səviyyəsini ölçən cihaz” və “Sənayedə avtomatik ip sarıyan mexanizm” layihələrini təqdim ediblər.
Müəllim Nübar Sadiqova yaradılan şəraitə görə minnətdarlıq edib.
Ali Məclisin Sədri elektron lövhəli sinifdə Ədəbiyyat Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Hüseyn Cavid-140” mövzusunda keçilən interaktiv dərsi izləyib.
Birinci sinif şagirdi Kəmalə Qurbanlı ümummilli liderimiz Heydər Əliyevə həsr olunan şeir söyləyib.
Hərbi kabinənin lazımi vəsaitlərlə təchizatı hərbi hazırlıq və hərbi-vətənpərvərlik işinin təşkilində mühüm əhəmiyyət daşıyır. Hərbi rəhbər Novruz Novruzov bildirib ki, məktəbin 2 məzunu Heydər Əliyev adına Hərbi Liseyin ikinci kursunda təhsillərini davam etdirir. Ötən dövrdə hərbi idman oyunlarında fəal iştirak edilib, muxtar respublika və ölkə birinciliklərində nailiyyətlər qazanılıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg