• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün423
mod_vvisit_counterDünən1782
mod_vvisit_counterBu həftə2205
mod_vvisit_counterBu ay47359
mod_vvisit_counterÜmumi2931498

Tarix: 24 Dek., 2024

Naxçıvanda Distant Təhsil Mərkəzi istifadəyə verilib

Muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərlə yanaşı, həm də onların təhsili və cəmiyyətə inteqrasiyası diqqətdə saxlanılır. Qəbul olunan Dövlət proqramları bu kateqoriyadan olan uşaqların təhsili üçün geniş imkanlar açıb. Görülən işlərin davamı olaraq 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Distant Təhsil Mərkəzi yaradılıb.
Oktyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzdə yaradılan şəraitlə maraqlanıb. Bildirilib ki, mərkəzin əsas vəzifəsi sağlamlıq vəziyyətinə görə təhsil müəssisələrinə gələ bilməyən uşaqların məktəbin pedaqoji işçiləri vasitəsilə müasir təhsil texnologiyalarından istifadə etməklə ümumtəhsil proqramlarını evdə mənimsəməsini təmin etməkdən ibarətdir. Mərkəz Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin üçüncü mərtəbəsində yerləşir və tədris məktəbin müəllimləri tərəfindən ibtidai, ümumi və tam orta təhsil səviyyələri üzrə aparılır. Bu da gələcəkdə onlara öz təhsillərini distant olaraq ali təhsil pilləsində davam etdirmək imkanı verəcəkdir.
Mərkəz üçün 9 sinif otağı və direktor müavini otağı ayrılıb, hər otaqda elektron lövhə, kompüter, monitor və kamera quraşdırılmışdır. Muxtar respublika üzrə I-IX siniflər üzrə 24 şagird distant təhsilə cəlb olunub, şagirdlərin evlərinə internet xətti çəkilib, hər bir şagirdə 1 kompüter olmaqla, ümumilikdə, 24 kompüter, məktəbli forması, dərs ləvazimatları və dərslik verilib.
Müəllimlərdən Sərfinaz Quliyeva və Aynur Orucova, valideyn Nuriyyə Adıgözəlova yaradılan şəraitə görə minnətdarlıq ediblər.
Ali Məclisin Sədri distant tədris prosesi ilə maraqlanıb, şagirdlərlə söhbət edib. Distant təhsil alan Sənan Adıgözəlov və Hüseyn Əliyev videobağlantı vasitəsilə ümummilli liderimiz Heydər Əliyevə və üçrəngli bayrağımıza həsr olunan şeirlər söyləyiblər.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev və distant təhsil üzrə direktor müavini Aynur İmamquliyeva Distant Təhsil Mərkəzinin və müvafiq kateqoriyadan olan uşaqların təhsilə cəlbinin əhəmiyyətindən danışıblar.
Sonra pedaqoji kollektivlə görüş olub.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və məktəbin müəllimi Günay Əliyeva çıxış ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2 nömrəli tam orta məktəbin müasir tədrisin tələbləri səviyyəsində qurulması, eyni zamanda məktəbin nəzdində Distant Təhsil Mərkəzinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, tədrisin yaradılan şəraitə uyğun qurulmasının əhəmiyyətini vurğulayıb.
Məktəb binasının həyətində də abadlıq işləri aparılıb.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg