• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün409
mod_vvisit_counterDünən1782
mod_vvisit_counterBu həftə2191
mod_vvisit_counterBu ay47345
mod_vvisit_counterÜmumi2931484

Tarix: 24 Dek., 2024

Naxçıvan Muxtar Respublikasının strateji yüksəkliklərində müdafiə istehkamları möhkəmləndirilib

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev deyib: “Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir”. Bu gün ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb. Xalqımızın mübarizə və qəhrəmanlıq tarixini özündə yaşadan Naxçıvan etibarlı müdafiə olunur. Əlahiddə Ümumqoşun Ordunun dağ şəraitində və hakim yüksəkliklərdə yerləşən hissə və bölmələrində nümunəvi xidmət şəraiti yaradılıb. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq digər bölgələrdə olduğu kimi Havuş və Buzqov istiqamətlərində də müdafiə mövqelərində xidmət şəraiti yaxşılaşdırılıb.
Oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Havuş və Buzqov bölgələrində olub, mövqelərin mühəndis cəhətdən təkmilləşdirilməsi, mühəndis fortifikasiya qurğularının hazırlığı, şəxsi heyətin xidmətinin təşkili və məişət şəraiti ilə maraqlanıb.
Ali Məclisin Sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb, şəxsi heyətə təşəkkür elan edib, komanda müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti, mövcud topoqrafik və taktiki şəraitlə tanış olub.
Məlumat verilib ki, bu istiqamətdə şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması üçün 5 məntəqə yenidən tikilib, onlar elektrik enerjisi, təbii qaz və bütün növ mebel avadanlıqları ilə təmin olunub, 4 məntəqədə isə əsaslı təmir-bərpa işləri görülüb. Mövqelərarası 20 kilometrdən artıq elektrik xətti yenisi ilə əvəz olunub, bütün mövqelərə gələn təminat yolları təkmilləşdirilib və əlavə olaraq 6 kilometrə yaxın təminat yolu çəkilib. Mövqelər beton sığınacaqlarla təmin olunaraq müdafiənin dayanıqlılığı artırılıb. Bütün mövqelər ərzaq, əşya, su, yanacaq və odunla təmin olunaraq qış ehtiyatı yaradılıb. Mövqelərdə sənaye işığı ilə yanaşı, alternativ və bərpaolunan enerji mənbələrindən də istifadə olunması üçün günəş panelləri quraşdırılıb.
Çətin dağlıq şəraitdə yerləşən mövqelərdə müşahidə məntəqələri, səngər və əlaqə yolları əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb. Əsas və ehtiyat səngərlər, mövqelər və müşahidə məntəqələri yaradılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müdafiə mövqelərində olub.
Kapitan Elgiz Yusifli, əsgərlərdən Nicat Həmidli, Nəsbala Həsənov, Qurban Eyvazov və Teymur Quliyev minnətdarlıq edərək şəxsi heyətin qayğı ilə əhatə olunduğunu bildirib, düşmənin hər hansı təxribatına layiqincə cavab veriləcəyini qeyd ediblər.
Sonra şəxsi heyət birlik və bərabərliyin ifadəsi olan “Birimiz hamımız, hamımız birimiz üçün!” şüarını səsləndiriblər.
Bildirilib ki, muxtar respublikanın düşmənlə təmas xəttində yerləşən Havuş və Buzqov bölgələrindəki mövqelərdə etibarlı müdafiə sistemi qurulub. Bu yüksəkliklərdə peşəkar və yüksək döyüş hazırlığına malik olan əsgər və zabitlərimiz üçün nümunəvi xidmət şəraiti yaradılıb. Dayanıqlı mühəndis istehkam qurğuları və əsgərlərimizin bilik və bacarığı mövqelərin etibarlı müdafiəsinə təminat verir. Şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, peşəkarlığı istənilən tapşırığı uğurla icra etmək imkanı yaradır.
Sonra Ali Məclisin Sədri digər mövqelərdə də olub, xidmətin təşkili və hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti ilə maraqlanıb.
Bildirilib ki, yenidən qurulan yataqxana, yeməkxana, əşya, ərzaq anbarları və digər binalarda təhlükəsiz və rahat şəraitdə xidmətin təşkili təmin olunub. Ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan binalar keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla, müxtəlif növ dayanıqlı rabitə, daimi işıq və istilik sistemi ilə təchiz edilib. Qarşıdan gələn soyuq qış aylarında da xidmətin nümunəvi təşkili üçün ön xətt mövqelərində lazımi ehtiyat yaradılıb.
Mövqelərdə ideoloji işin təşkili və mənəvi-psixoloji hazırlığın artırılıması diqqətdə saxlanılır. Əsgərlərin asudə vaxtının səmərəli keçirilməsi üçün də lazımi şərait yaradılıb, ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən, Vətən müharibəsində qazanılan tarixi qələbədən bəhs edən kitablar, qəzet və jurnallar şəxsi heyətin istifadəsinə verilib. Burada əsgərlər dövri mətbuatla tanış olur, hərbi və bədii ədəbiyyatları mütaliə edirlər.
Ali Məclisin Sədri şəxsi heyətin qidalanması ilə maraqlanıb.
Məlumat verilib ki, əsgərlərin qidalanması da günün nizam qaydasına uyğun təşkil olunur. Anbarda ərzaq ehtiyatı yaradılıb. Yüksək kalorili məhsulların qida rasionuna daxil edilməsi qış aylarında əsgərlərin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Əşya anbarı da lazımi geyim dəstləri və digər məişət avadanlıqları ilə təmin edilib.
Sonra Ali Məclisin Sədri Buzqov bölgəsində yerləşən mövqelərdə də olub, əsgər və zabitlərlə görüşüb, mövqelərin möhkəmləndirilməsi, təkmilləşdirmə işlərinin davam etdirilməsi barədə müvafiq tapşırıqlar verib.
Gətirilən 2 tona yaxın meyvə, tərəvəz və ərzaq məhsulları, 23 televizor, 3500 dəst isti geyim, 10 min qutu siqaret anbarlara təhvil verilib.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg