2021-2022-ci tədris ilində buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə görə Təhsil Nazirliyinin birbaşa tabe təhsil müəssisələrinin məzunlarından 178-i, yaxud 93 faizi tələbə adını qazanmışdır. Uğurlu nəticəyə görə Naxçıvan Qarnizonu tam orta orta məktəbi, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey, Naxçıvan Qızlar Liseyi və Heydər Əliyev adına tam orta məktəbin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, bu gün muxtar respublikada təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir, şagirdlərin yüksək keyfiyyətli təhsil alması üçün müasir təhsil şəraiti yaradılır. Yaradılan şərait, həmçinin məktəblərdə mütərəqqi təhsil metodlarının tətbiqi, müəllim əməyinə verilən yüksək qiymət sayəsində tədrisin səviyyəsi yüksəlmişdir. Bu qayğının nəticəsidir ki, əvvəlki illərdə olduğu kimi 2021-2022-ci tədris ilinin də yekunları uğurlu olmuş, imtahanlarda iştirak edən məzunlardan 2159-u, yaxud 76 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş, 6 məzun isə Prezident təqaüdünə layiq görülmüşdür.
Təhsil naziri qeyd etmişdir ki, bütün tabe təhsil müəssisələrində müasir tədris şəraiti yaradılıb. Məktəblərdə 306 kompüter və 42 elektron lövhə quraşdırılıb. Məktəblərin kitabxanaları 17 mindən çox latın qrafikalı bədii ədəbiyyat və 40 mindən çox dərsliklə təmin olunmuş, idman zalları, açıq idman qurğuları, STEAM kabinəsi yaradılmışdır. Yaradılan müasir tədris şəraiti şagirdlərin yaxşı təhsil almasına, buraxılış və qəbul imtahanlarında uğurlu nəticə göstərmələrinə öz müsbət təsirini göstərmişdir. Yaradılan şəraitin nəticəsidir ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olan məzunların 178-i birbaşa tabe məktəblərin məzunları olmuşdur.
Təhsil naziri nazirliyin birbaşa tabeliyində olan məktəblərin 2021-2022-ci tədris ili üzrə fəaliyyətini ayrı-ayrılıqda müzakirə edərək qeyd etmişdir ki, Naxçıvan Qarnizonu tam orta məktəbinin məzunları ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 100 faiz nəticə göstərmiş, 7 məzun 500-700 arası bal toplamış, 1 məzun qızıl, 1 məzun gümüş nişana, 5 məzun isə fərqlənmə attestatına layiq görülmüş, 2 şagird Muxtar Respublika Fənn Olimpiadasının, 3 şagird isə Respublika Fənn Olimpiadasının qalibi olmuşdur.
Nazir Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin məzunlarının ötən ildə olduğu kimi bu ildə ən yüksək nəticə göstərdiyini qeyd edərək bildirmişdir ki, məzunları ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 100 faiz nəticə göstərmiş, 7 məzun 500-700 arası bal toplamış, 1 məzun qızıl, 1 məzun gümüş nişana, 3 məzun isə fərqlənmə attestatına layiq görülmüş, 4 şagird Muxtar Respublika Fənn Olimpiadasının, 3 şagird isə Respublika Fənn Olimpiadasının qalib olmuşdur.
Nazir Naxçıvan Qızlar Liseyinin uğurlarını vurğulayaraq qeyd etmişdir ki, liseyin məzunları ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında 94 faiz nəticə göstərmiş, 10 məzun 500-700 arası bal toplamış, 1 məzun gümüş nişana, 4 məzun isə fərqlənmə attestatına layiq görülmüş, 2 şagird Muxtar Respublika Fənn Olimpiadasının, 2 şagird isə Respublika Fənn Olimpiadasının qalibi olmuşdur.
Sonra vurğulanıb ki, Heydər Əliyev adına tam orta məktəb hər il yüksək nəticələr verir. 2021-2022-ci tədris ilində də məktəbin məzunları ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında 86 faiz nəticə göstərmiş, 8 məzun 500-700 arası bal toplamış, 1 məzun gümüş nişana, 3 məzun isə fərqlənmə attestatına layiq görülmüş, 2 şagird Muxtar Respublika Fənn Olimpiadasının, 3 şagird isə Respublika Fənn Olimpiadasının qalibi olmuşdur.
Təhsil naziri qazandıqları uğurlu nəticəyə görə birbaşa tabe təhsil müəssisələrinin pedaqoji kollektivinə təşəkkürünü bildirmişdir.
Sonra Naxçıvan Qarnizonu tam orta orta məktəbinin direktoru Natiq Əhmədov, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin direktoru Əli Abbasov, Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva, Heydər Əliyev adına tam orta məktəbin direktoru Elmira Həsənova 2021-2022-ci tədris ilində gördükləri işlər və 2022-2023-cü tədris ili üzrə gözlənilən nəticələr barədə məlumat vermiş, təhsil müəssisələrində yaradılan şəraitin təhsilin səviyyəsinin yüksəlməsinə və uğurlu nəticələrin qazanılmasına birbaşa təsir göstərdiyini vurğulamış, bu qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlıqlarını bildirmişlər.
Sonda Naxçıvan Muxtar Respublikasının təhsil naziri tərəfindən ötən tədris ilində keçirilən qəbul imtahanlarında əldə etdikləri uğurlu nəticələrə görə Naxçıvan Qarnizonu tam orta orta məktəbi, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey, Naxçıvan Qızlar Liseyi və Heydər Əliyev adına tam orta məktəbə diplomlar təqdim edildi, xatirə şəkli çəkildi.