Ümumtəhsil məktəblərinin ixtisaslı kadrlarla təminatı diqqətdə saxlanılır.
Noyabrın 2-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən imtahanlarda müvafiq keçid balını toplayaraq ümumi təhsil müəssisələrinə vakant vəzifələrə işə qəbul edilən gənc kadrlarla görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Qeyd olunmuşdur ki, təhsilin davamlı inkişafını təmin edən sərəncamların qəbul edilməsi, müasir təhsil infrastrukturunun, maddi-texniki bazanın yaradılması, yüksək ixtisaslı kadr hazırlığını təmin edən dövlət proqramlarının, layihələrin uğurlu tətbiqi gənclərin hərtərəfli inkişafına, imkan və bacarıqlarının reallaşdırılmasına, cəmiyyətin həyatında onların fəal iştirakına stimul vermişdir. Nazir bildirmişdir ki, bu gün muxtar respublikada gənclərə göstərilən yüksək qayğılardan biri də pedaqoji profilli ixtisasları bitirmiş gənclərin işlə təmin olunmasıdır. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 aprel 2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və ilk peşə ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”na uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən pedaqoji profilli ixtisasları bitirmiş gənclərin işə qəbulu üzrə müsabiqələr keçirilir. Bu isə səriştəli, bacarıqlı kadrların ehtiyac olan təhsil müəssisələrində yerləşdirilməsini təmin edir.
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrinə vakant vəzifələrə işə qəbul üçün 1 sentyabr 2022-ci il tarixdə elan edilmiş müsabiqənin 19-21 oktyabr 2022-ci il tarixlərdə keçirilmiş test imtahanlarının nəticəsinə uyğun olaraq 13 psixoloq, 14 uşaq birliyi təşkilatının rəhbəri, 15 laborant, 14 kitabxana müdiri, 5 kitabxanaçı və 5 tərbiyəçi olmaqla, ümumilikdə 66 nəfər işə qəbul olmuşdur.
Qeyd olunmuşdur ki, 2018-ci ildən başlayaraq vakant vəzifələrə işə qəbul ilə bağlı keçirilən müsabiqələrdə yüksək nəticə göstərən 75 psixoloq, 55 uşaq birliyi təşkilatının rəhbəri, 53 kitabxana müdiri, 15 kitabxanaçı, 12 tərbiyəçi və 48 laborant olmaqla, ümumilikdə 258 gənc kadr məktəblərdə müvafiq vəzifələrə təyin olunmuşdur.
Sonra təhsil naziri yeni fəaliyyətə başlayan gənc kadrları təbrik etmiş, onlara yeni vəzifələrində uğurlar arzulamış, muxtar respublika gəncliyinə göstərilən qayğıya cavab olaraq hərtərəfli biliyə, geniş dünyagörüşünə yiyələnən, xalqını və Vətənini sevən nəsilin yetişdirilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirərək səylə çalışmalarını bildirmişdir.
Daha sonra Təhsil Nazirliyi Aparatının Ümumi təhsil şöbəsinin müdiri Abdulla Əsgərov müsabiqənin nəticələri haqqında məlumat vermişdir.
Təhsil Nazirliyi Aparatının baş məsləhətçi-hüquqşünası Aygün Məmmədova psixoloq, kitabxana müdiri, uşaq birliyi təşkilatının rəhbəri və laborantın vəzifə funksiyaları haqqında məlumat vermişdir.
Sonra gənc kadrlar adından çıxış edən Ləman Aslanlı bildirmişdir ki, informasiya texnologiyalarının imkanlarından maksimum şəkildə istifadə etmək bacarığı olan, geniş biliyə və dünyagörüşə malik kadrların hazırlanması və onların fəaliyyəti üçün muxtar respublikada hər cür şərait yaradılmışdır. Bu gün muxtar respublikada təhsil müəssisələrinin tikilib istifadəyə verilməsi, informasiya texnologiyaları ilə təminatı, ən əsası isə gənc kadrların işlə təmin olunması Naxçıvan gəncliyinə göstərilən diqqət və qayğıdan xəbər verir. Sonra Ləman Aslanlı həyata keçirilən təhsil siyasəti və gənclərə göstərilən yüksək qayğıya görə gənc kadrlar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir.
Sonda işə yeni qəbul olunanlarla birlikdə xatirə şəkli çəkildi.