Noyabrın 5-də Xatirə Muzeyindən muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Zəfər tariximiz” mövzusunda interaktiv dərs keçirilib.
Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi Rauf Bağırov tərəfindən keçirilən interaktiv dərsdə müzəffər ordumuzun 44 gün ərzində döyüş meydanında gücünü göstərməsi və qəhrəmanlıqla savaşaraq qələbə qazanması, Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqavimətinin qırılması haqqında ətraflı məlumat verilmişdir. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin milli və dövlətçilik maraqlarımızı hər zaman rəhbər tutmaqla nümayiş etdirdiyi qətiyyətli mövqe, siyasi iradə, o cümlədən Qarabağla bağlı müəyyənləşdirdiyi düzgün strategiya və yol xəritəsi Aprel Zəfərini, Günnüt Qələbəsini təkrarlamağa hər an hazır olduğumuzun əyani təzahürü idi. Bunu 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qısa zaman ərzində tarixi ədaləti bərpa və Vətənimizi işğalçılardan xilas etməyə müvəffəq olması bir daha sübut etdi.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuz illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Vətən müharibəsinin həlledici məqamlarına, rəşadətli ordumuzun qəhrəmanlıq nümunələrinə, böyük qələbəni təmin edən amillərə nəzər salınaraq qeyd edilmişdir ki, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Beləliklə, 30 ilin nisgilinə, acısına, torpaq həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə dünyaya səs saldı. Azərbaycan xalqı ən məğrur, yenilməz xalq kimi, ordumuz isə dünyanın ən güclü, peşəkar ordusu kimi tarixə yazıldı. Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar tarixi zəfərimizi şərtləndirdi.
Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.
Sonra qeyd edilib ki, 44 günlük Zəfər salnaməsində Naxçıvan Əlahiddə Ümumqoşun hərbi qulluqçuları da öz vəzifə və borclarını peşəkarcasına, o cümlədən şərəf və ləyaqətlə icra edərək, haqq-ədalətin və ərazi bütövlüyümüzün bərpasında müstəsna rol oynayıblar.
Dərs muxtar respublikanın 200-dən çox təhsil müəssisəsində izlənilib.
Qeyd edək ki, 2022-2023-cü tədris ilində də muxtar respublika muzeyləri, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Şahmat və STEAM mərkəzləri ilə ümumtəhsil məktəbləri arasında interaktiv dərslər keçirilir. Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri ilə bağlı keçirilən interaktiv dərslər şagirdlərin tariximizlə bağlı biliklərinin, dünyagörüşlərinin artmasında mühüm rol oynayır.