2021-2022-ci tədris ilində Ordubad Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin məzunlarından 197-si tələbə adını qazanmışdır. Uğurlu nəticə göstərən məktəblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində rayonumuzda müasir təhsil infrastrukturu yaradılıb, bütün təhsil müəssisələri üçün müasir tələblərə cavab verən binalar tikilib, maddi-texniki bazası gücləndirilib. Təkcə ötən tədris ilindən bu günə kimi Pəzməri kənd ümumi orta və Əndəmic, Dırnıs, Vələver, Unus kənd tam orta məktəblərinin infrastrukturu yenilənmişdir. Hazırda isə Azadkənd, Kələki və Xanağa məktəblərində quruculuq işləri aparılır. Elşad Məmmədov bildirmişdir ki, yaradılan şərait artıq öz bəhrəsini göstərməkdədir. Bunlar isə hər il keçirilən qəbul imtahanlarında əldə edilən yüksək nəticələrlə öz təsdiqini tapır. Ümumtəhsil məktəblərini bitirən gənclər ali və orta ixtisas təhsili müəssisələrinə qəbulda yüksək nəticələr göstərir, ixtisaslı kadr kimi yetişərək ölkəmizin inkişafında, həyata keçirilən quruculuq tədbirlərində yaxından iştirak edirlər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikanın təhsil müəssisələrində yaradılan müasir tədris şəraiti, mütərəqqi təhsil metodlarının tətbiqi, müəllim əməyinə verilən yüksək qiymət sayəsində tədrisin səviyyəsi yüksəlməkdədir.
Təhsil naziri qeyd etmişdir ki, Ordubad Rayon Təhsil Şöbəsinin tabeliyində 2 ümumi, 32 tam orta məktəb fəaliyyət göstərir. Təhsilə göstərilən dövlət qayğısı sayəsində rayon ərazisində yerləşən ümumtəhsil müəssisələrində müasir tədris şəraiti yaradılıb. Məktəblərdə 734 kompüter və 96 elektron lövhə quraşdırılıb. Məktəblərin kitabxanaları 94 mindən çox latın qrafikalı bədii ədəbiyyat və 77 mindən çox dərsliklə təmin olunmuş, bütün təhsil müəssisələrində idman zalları, açıq idman qurğuları, STEAM kabinələri yaradılmışdır. Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə son 4 ildə Ordubad rayonunun ümumtəhsil məktəblərinə təyin olunan gənc kadrlardan 150-si müəllim kimi fəaliyyətə başlamış, 32-si isə müxtəlif vəzifələrə təyin olunmuşdur.
Təhsil naziri qeyd etmişdir ki, Ordubad rayonunun ümumtəhsil məktəblərində yaradılan müasir tədris şəraiti şagirdlərin yaxşı təhsil almasına, buraxılış və qəbul imtahanlarında uğurlu nəticə göstərmələrinə öz müsbət təsirini göstərmişdir. Ötən tədris ili üzrə Ordubad rayon ümumtəhsil məktəblərindən 247 məzun ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmiş, onlardan da 197-si, və yaxud 80 faizi ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olmuşdur. 2021-2022-ci tədris ilində muxtar respublika üzrə 47 məktəb ali və orta ixtisas təhsil müəssisələrinə qəbul nəticələrinə görə 100 faiz nəticə göstərmişdir ki, onlardan da 9-u, yəni 19 faizi Ordubad Rayon Təhsil Şöbəsinin tabeliyində olan məktəblərdir. 23 məzun 500-700 arası nəticə göstərmiş, 4 məzun qızıl, 2 məzun gümüş nişana, 3 məzun isə fərqlənmə attestatına layiq görülmüşdür. 13 şagird 2021-2022-ci tədris ilində keçirilən olimpiada və müsabiqələrin qalibi olmuşdur.
Ordubad rayonunda fəaliyyət göstərən məktəblərdən 16-sı qəbul nəticələrinə görə muxtar respublika orta göstəricisindən, yəni 76 faizdən yüksək nəticə əldə etmişdir. 2021-2022-ci tədris ilinin yekun nəticələrinə əsasən muxtar respublika üzrə 6 nəfər Prezident təqaüdünə layiq görülüb ki, onlardan da ikisi Ordubad məktəblərinin məzunlarıdır. Ordubad rayon Kotam tam orta məktəbinin məzunu Zeynəb Mehdiyeva həm də III ixtisas qrupu üzrə muxtar respublika birincisidir.
Təhsil naziri qazandıqları uğurlu nəticəyə görə Ordubad Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin pedaqoji kollektivinə təşəkkürünü bildirmişdir.
Sonra Ordubad Rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalov çıxış edərək 2021-2022-ci tədris ilində gördükləri işlər və 2022-2023-cü tədris ili üzrə gözlənilən nəticələr barədə məlumat vermiş, təhsil müəssisələrində yaradılan şəraitin təhsilin yüksəlməsinə və uğurlu nəticələrin qazanılmasına birbaşa təsir etdiyini vurğulamış, bu qayğıya görə minnətdarlığını bildirmişdir.
Sonda ötən tədris ilində keçirilən qəbul imtahanlarında əldə etdikləri uğurlu nəticələrə görə Ordubad şəhər İnternat, 1 və 3 nömrəli, Nüsnüs, Xanağa, Kotam, Biləv, Gilançay, Kələki, Behrud, Nəsirvaz, Nürgüt, Baş Dizə, Gənzə, Əndəmiç, Aşağı və Yuxarı Əylis kənd tam orta məktəblərinə diplomlar təqdim edildi, xatirə şəkli çəkildi.