Noyabrın 19-da Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə muxtar respublika fənn olimpiadasının final turu keçirilib.
Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir. Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin IX-XI siniflərindən 300-dən çox şagirdin iştirak etdiyi bu bilik yarışında şagirdlər Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya olmaqla 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Şagirdlərə hər fənn üzrə fənn kurikulumuna uyğun olaraq qapalı test formasında hazırlanan 25 sual təqdim olunub. Həmin test tapşırıqlarını cavablandırmaq üçün şagirdlərə 120 dəqiqə vaxt ayrılıb.
Fənn olimpiadalarının yekunlarına görə, şagirdlərin əldə etdiyi nəticələr müvafiq fənn müəllimlərinin, məktəbin, yerli təhsili idarəetmə orqanının fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan biri kimi nəzərə alınır.
Final turunun yekun nəticələrinə əsasən yüksək nəticə göstərən şagirdlər Təhsil Nazirliyinin diplomları ilə təltif ediləcəklər.