• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1680
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1680
mod_vvisit_counterBu ay46834
mod_vvisit_counterÜmumi2930973

Tarix: 23 Dek., 2024

Şərur məktəbinin məzunu muxtar respublika birincisi olub

2021-2022-ci tədris ilində buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə görə Şərur Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin məzunlarından 348-i tələbə adını qazanmışdır. Uğurlu nəticə göstərən məktəblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov qeyd etmişdir ki, bu gün muxtar respublikada təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir, təhsilin keyfiyyət göstəriciləri yaxşılaşdırılır, muxtar respublika təhsili özünün uğurlu inkişaf dövrünü yaşayır. Ümumi təhsilin səmərəlilik və effektivliyinin yüksəldilməsi, şagirdlərin dövrün çağırışlarına uyğun keyfiyyətli təhsillə əhatə olunması, onların cəmiyyətdə tələbyönlü şəxsiyyət, vətənpərvər ruhlu yetkin vətəndaş kimi tərbiyəsi olunması üçün müasir təhsil şəraiti yaradılmışdır. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, təhsilə göstərilən dövlət qayğısı sayəsində muxtar respublikada müasir məktəb binaları inşa edilib, məktəblər tədris avadanlıqları ilə, o cümlədən kompüter və elektron lövhələrlə təmin olunub. Yaradılan şərait nəticəsində müəllimlərimiz və şagirdlərimiz tədris prosesində ən qabaqcıl texnologiyalardan istifadə edirlər. Bu da şagirdlərin yüksək təhsil almasına, istedad və bacarıqlarının aşkar edilməsinə öz töhfələrini verir.
Təhsil naziri qeyd etmişdir ki, Şərur Rayon Təhsil Şöbəsinin tabeliyində 54 tam orta məktəb fəaliyyət göstərir. Təhsilə göstərilən dövlət qayğısı sayəsində rayon ərazisində yerləşən ümumtəhsil müəssisələrində müasir tədris şəraiti yaradılıb. Noyabrın 10-da Şərur rayon Alışar kənd tam orta məktəbi yenidən qurularaq istifadəyə verilib. Hazırda Vərməziyar və Həmzəli kənd tam orta məktəblərində quruculuq işləri aparılır.
Təhsil naziri qeyd etmişdir ki, Şərur rayonunun ümumtəhsil məktəblərində yaradılan müasir tədris şəraiti şagirdlərin yaxşı təhsil almasına, buraxılış və qəbul imtahanlarında uğurlu nəticə göstərmələrinə öz müsbət təsirini göstərmişdir. Ötən tədris ili üzrə Şərur rayon ümumtəhsil məktəblərindən 520 şagird məzun olmuşdur ki, onlardan da 490-ı, yaxud 94 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmişdir. Sənəd verənlərin 348-i, yaxud 71 faizi ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olmuşdur. Ali təhsil müəssisələrinə qəbul olanlar əvvəlki illərlə müqayisədə 18 nəfər, yaxud 8 faiz, orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar isə 40 nəfər, yaxud 74 faiz artmışdır. 2021-2022-ci tədris ilində muxtar respublika üzrə 47 məktəb ali və orta ixtisas təhsil müəssisələrinə qəbul nəticələrinə görə 100 faiz nəticə göstərmişdir ki, onlardan da 10-u Şərur Rayon Təhsil Şöbəsinin tabeliyində olan məktəblərdir. Məzunlardan 33-ü 500-700 arası nəticə göstərmişdir. 2 məzun qızıl, 3 məzun gümüş nişana, 7 məzun isə fərqlənmə attestatına layiq görülmüşdür. 13 şagird 2021-2022-ci tədris ilində keçirilən olimpiada və müsabiqələrin qalibi olmuşdur.
Şərur rayonunda fəaliyyət göstərən məktəblərdən 23-ü qəbul nəticələrinə görə muxtar respublika orta göstəricisindən yüksək nəticə əldə etmişdir. Şərur şəhər 2 nömrəli tam orta məktəbin məzunu olmuş Nərmin Vəliyeva isə 692 bal toplayaraq muxtar respublika birincisi olmuş, Prezident təqaüdünə layiq görülmüşdür.
Təhsil naziri qazandıqları uğurlu nəticəyə görə Şərur Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin pedaqoji kollektivinə təşəkkürünü bildirmişdir.
Sonda ötən tədris ilində keçirilən qəbul imtahanlarında əldə etdikləri uğurlu nəticələrə görə Şərur şəhər 2 nömrəli, Xələc, Tənənəm, Ərəbyengicə, Yuxarı Yaycı, Sərxanlı, Qarabürc, Havuş, Həmzəli, Muğancıq Mehrab, Şahbulaq, Yengicə, Kürkənd, Qarahəsənli, Muğanlı, Tumaslı, Aşağı Daşarx, Cəlilkənd, Gümüşlü, Axaməd, Siyaqut, Çərçiboğan və Qarxun kənd tam orta məktəblərinə diplomlar təqdim edildi, xatirə şəkli çəkildi.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg