Noyabrın 23-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları-2023” layihəsinə start verildi. Bununla bağlı şagirdlərlə görüş keçirildi.
Tədbirdə təhsil naziri Rəhman Məmmədov təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, muxtar respublikada təhsil infrastrukturu yenilənmiş, müasir tipli yeni məktəb binaları inşa edilmiş, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, təlim-tədris prosesi üçün yüksək tədris şəraiti yaradılmışdır. Ümumtəhsil məktəblərində müasir laboratoriyaların, STEAM kabinələrinin, elektron lövhəli siniflərin və kompüter otaqlarının yaradılması, kitabxanaların dərslik və bədii ədəbiyyatlarla təmin edilməsi təhsilin inkişafına güclü təkan vermişdir. Təhsil naziri AMEA Naxçıvan Bölməsi ilə Təhsil Nazirliyi arasındakı sıx əlaqələrdən danışıb. Bildirib ki, AMEA Naxçıvan Bölməsindən birbaşa ümumtəhsil məktəblərinə interaktiv dərslər keçirilir, elmi dərəcəli əməkdaşları məktəblərdə ayda bir dəfə nümunəvi dərs tədris edirlər. “Sabahın tədqiqatçıları” layihəsi isə bu istiqamətlərdə görülən işlərin davamıdır.
“Sabahın tədqiqatçıları” layihəsinin əhəmiyyəti və layihə çərçivəsində ötən il görülən işlərdən danışan təhsil naziri vurğulayıb ki, “Sabahın tədqiqatçıları” layihəsinin əsas məqsədi ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsidir. Layihə çərçivəsində AMEA Naxçıvan bölməsinin alimləri xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdləri elmi himayəyə götürərək onlarla birgə tədqiqatlar aparırlar. Bu günədək 74 elmi rəhbərin və 132 şagirdin iştirakı ilə Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyətli olan 81 layihə üzrə tədqiqatlar aparılmışdır.
Sevindirici haldır ki, “2020-2021-ci tədris ilində layihə iştirakçısı Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi İnci Nəsirovanın layihəsi “Müasir gənclərin elmi diskussiyası: aktual suallar, naliyyətlər və yeniliklər” XI Beynəlxalq elmi-praktik konfransında müzakirə edilmiş və 1-ci yerə layiq görülmüşdür. Məqaləsi elmi-praktik konfransın materiallarının toplandığı jurnalda dərc olunmuşdur. Onun adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitab”na yazılmış və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşdür.
Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi Zümrüd Babazadə Bakı şəhərində keçirilən “Sabahın alimləri” X Respublika Müsabiqəsində iştirak etmiş və təqdim etdiyi layihə 3-cü yerə layiq görülmüşdür. Bununla yanaşı, digər layihə üzvləri də 3 komanda şəklində bu müsabiqədə iştirak etmiş, iştirakçı sertifikatı və müsabiqənin 10 illik yubleyi münasibəti ilə hazırlanmış medalla təltif olunmuşlar.
“Sabahın tədqiqatçıları-2022” layihəsinin iştirakçıları eyni zamanda “Sabahın alimləri” XI Respublika Müsabiqəsində iştirak etmiş və beynəlxalq təşkilatların diplom və sertifikatlarına layiq görülmüşlər.
Bundan əlavə, beynəlxalq müsabiqələrdə 30 layihə I, 6 layihə II, 8 layihə isə III yerə layiq görülmüşdür.
Nazir qeyd edib ki, “Sabahın tədqiqatçıları” layihəsinin uğurlu tətbiqi üçün bu il də Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərinin 60 şagirdi 5 istiqamət - Azərbaycan dili, tarix, fizika, kimya və biologiya üzrə tədqiqat aparacaqlar.
Nazir bu il də layihə iştirakçılarının ölkə və beynəlxalq səviyyəli müsabiqələrdə uğurlu nəticə qazanacaqlarına əminliyini bildirimiş, iştirakçılara uğurlar arzulamışdır.
Təqdimatda Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Sədri Akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, “Sabahın tədqiqatçıları” layihəsi qısa müddətdə icra olunmasına baxmayaraq bir sıra uğurlar qazanmışdır. Tədqiqat aparılan layihələrin 50-dən çoxu beynəlxalq və respublika səviyyəli konfrans, tədbir və mətbuat orqanlarında işıqlandırılmışdır. Bundan əlavə, 30-dan artıq alimin rəhbərlik etdiyi layihələr müxtəlif müsabiqələrdə medal, diplom, sertifikat və fəxri fərmanlara layiq görülmüşdür.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun “Sabahın tədqiqatçıları” layihəsinin reallaşdırılmasında Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi alimlərinin rolu”, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi, Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucovanın “Sabahın tədqiqatçıları” layihəsinin əhəmiyyəti və layihənin uğurları, Naxçıvan Qızlar Liseynin X sinif şagirdi Surə Ələkbərovanın “Sabahın tədqiqatçıları” layihəsində iştirakçıların uğurları” haqqında çıxışları dinlənilib.
Sonra “Sabahın tədqiqatçıları” layihəsinin 2021-2022-ci tədris ilində əldə etdiyi uğurlara həsr olunmuş baxış keçirilmişdir.
Məlumat verilmişdir ki, bu günə qədər 132 şagird “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçısı olmuşdur. Onlar AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının elmi rəhbərliyi ilə 80-dən çox layihə üzrə tədqiqatlar aparmışlar. Layihə iştirakçıları müxtəlif ölkə və beynəlxalq səviyyəli bilik yarışlarının, müsabiqələrin qalibləri olmuşlar.
Sonra “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində görülən işlərə həsr olunmuş videorolikə baxış olmuşdur.
Sonda layihə iştirakçıları ilə xatirə şəkli çəkildi.