Ümumtəhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların bilik və bacarıqlarının artırılması, istedadlarının üzə çıxarılması məqsədilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 3 Dekabr Beynəlxalq Əlillər Günü ilə bağlı Bijuteriya üzrə kurs və sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət sərgi təşkil olunub.
Bu məqsədlə təşkil olunan kurs və sərgidə çıxış edənlər bildirmişdir ki, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən bir sıra işlər görülür, müvafiq kateqoriyadan olan uşaqların məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrə cəlbi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqlar müxtəlif profilli dərnəklərə cəlb olunur və onların istirahətlərinin, asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq potensiallarının artırılması daim diqqətdə saxlanılır.
Təşkil olunan Bijuteriya kursuna bu sahəyə marağı olan sağlamlıq imkanları məhdud 12 qız uşağı cəlb edilib. Kurs müddətində iştirakçılara bijuteriya sənətində müxtəlif növ ip, parça, muncuq, pilək və digər bədii materiallardan istifadə etməklə boyunbağı, bilərzik, sırğa, kəmər və başqa bəzək əşyalarının hazırlanmasının bədii texnikası öyrədilib. Kurs Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin bijuteriya dərnəyinin rəhbəri Röya Fərəcova tərəfindən aparılıb.
Kursun sonunda iştirakçılar Bijuteriya sənəti haqqında məlumat alaraq bu sənətin sirlərini, işlənmə üslubunu və ən əsası sərbəst qaydada yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyi öyrəniblər.
Dövlət Proqramına müvafiq olaraq Mərkəzdə həmçinin 3 Dekabr Beynəlxalq Əlillər Günü ilə bağlı sağlamlıq imkanları məhdud dərnək üzvlərinin əl işlərindən ibarət sərgi də keçirilmişdir. Mərkəzin Dulusçuluq, Aplikasiya, Bədii tikmə, Rəsm, Ağac üzərində yandırma, Bijuteriya, Bədii qiraət, Bacarıqlı əllər, Qum sənəti və Ebru sənəti dərnəklərində olan sağlamlıq imkanları məhdud dərnək üzvlərinin fəaliyyəti canlı nümayiş olunmuşdur. Sərgidə 14 sağlamlıq imkanı məhdud dərnək üzvü iştirak etmişdir.
Tədbirin sonunda dərnək üzvləri diplom və hədiyyələrlə mükafatlandırılıblar.