• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün191
mod_vvisit_counterDünən846
mod_vvisit_counterBu həftə8009
mod_vvisit_counterBu ay44453
mod_vvisit_counterÜmumi2928592

Tarix: 22 Dek., 2024

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin kitabxanaçıları ilə konfrans keçirilmişdir

Təhsil müəssisələrində kitabxanaların fəaliyyətinin gücləndirilməsi, yaradılan əlverişli şəraitdən səmərəli istifadənin təşkili, şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə noyabrın 19-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin kitabxanaçıları ilə “Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində kitabxana işinin təşkili” mövzusunda konfrans keçirilib.

Konfransda geniş məruzə ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov Naxçıvanda kitabxana işinin tarixindən, təhsil müəssisələrinin kitabxanalarına göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələrdən danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində muxtar respublikada kitabxanaların maddi-texniki bazası yaxşılaşdırılmış, kitabxana fondu zənginləşdirilmiş, elektron kitabxanalar yaradılmış, kitabxanaların ixtisaslı kadrlarla təminatı diqqətdə saxlanılmış, oxunması zəruri olan kitabların siyahısı təsdiq edilmişdir.

Bu qayğıdan ümumtəhsil məktəblərinin kitabxanalarına da pay düşmüş, məktəb kitabxanaları zəruri avadanlıqlarla təchiz olunmuş, kitabxana fondları zənginləşdirilmiş, kompüterlə təmin olunmuşdur. Bunun nəticəsidir ki, hazırda ümumtəhsil məktəblərinin kitabxana fondlarında, ümumilikdə, 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat vardır.
Təhsil naziri muxtar respublika ümumtəhsil məktəbləri kitabxanalarının fəaliyyətindəki nöqsanlardan da danışıb. Bildirilib ki, kitabxanalar fəaliyyətini düzgün qurmamış, şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması istiqamətində tədbirlər tələb olunan səviyyədə təşkil olunmamış, kitabların uçota alınması və qorunmasına lazımi diqqət yetirilməmiş, sənədləşmə işləri düzgün aparılmamış, tədbirlər formal olaraq təşkil edilmişdir.

Bildirilib ki, 2018-2019-cu tədris ili məktəb kitabxanalarının fəaliyyətində ciddi dönüş ili olmalı, kitabxanalar ənənəvi kitabxanaçılıq təcrübəsi ilə kifayətlənməməli, fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmalı, şagirdlərin kitabxanaya cəlbinə diqqəti artırmalı, onlarda mütaliə mədəniy­yətinin formalaşdırılmasına çalışmalı, oxuculara xidmət işini yüksəltməli, kitabların elektron kataloqu yaradılmalı, sənədləşmə işləri mövcud təlimata uyğun aparılmalıdır.
Metodik kabinetlər məktəb kitabxanalarına metodik köməklik göstərməli, nümunəvi iş planları hazırlamalı, kitabxana işçiləri üçün davamlı kurslar təşkil etməli, qabaqcıl iş təcrübəsi öyrədilməli, müxtəlif səpkili tədbirlər keçirilməlidir.  Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin direktoru Şahin Əliyarovun, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Aytəkin Qəhrəmanovanın, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının şöbə müdiri Nüşabə Seyidovanın və Təhsil Nazirliyi Aparatının şöbə müdiri Abdulla Əsgərovun ümumtəhsil müəssisələrində kitabxana işinin təşkili, kitabxanaçıların vəzifəsi, şagirdlərin kitabxanalardan istifadə qaydaları, məktəb kitabxanalarında kütləvi tədbirlərin təşkili ilə bağlı çıxışları dinlənilib. 
Konfrans interaktiv əlaqə vasitəsilə muxtar respublikanın 200-dən çox ümumtəhsil müəssisəsində canlı olaraq izlənilib. 
Sonda ümumtəhsil müəssisələrinin kitabxanalarına “Məktəb kitabxanalarının fəaliyyət planı” və “Kitabxanaçı üçün yaddaş” paylanılıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg