• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1720
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1720
mod_vvisit_counterBu ay46874
mod_vvisit_counterÜmumi2931013

Tarix: 23 Dek., 2024

Məktəblilər arasında “Labirint-Robot” üzrə II muxtar respublika müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə dekabrın 22-də Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseydə “Labirint-Robot” üzrə II muxtar respublika müsabiqəsi keçirilib.

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə avtonom labirint həll edən robotların texnologiyasını öyrətmək, mühəndislik və alqoritm vasitəsilə kodlaşdırma bacarıqlarını inkişaf etdirmək məqsədilə məktəblilər arasında “Labirint-Robot” üzrə II muxtar respublika müsabiqəsi keçirilib. İki mərhələdə təşkil olunan müsabiqədə şəhər və rayon məktəblərinin VI-IX sinif şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri iştirak etmişdir. Şəhər və rayon mərhələsindən keçdikdən sonra muxtar respublika mərhələsində iştirak edən komandalar 1 müəllim və 2 şagird olmaqla 3 nəfərdən ibarət təşkil olunub. Müsabiqəyə hazırlıq məqsədilə dekabrın 14-də respublikanın ümumtəhsil məktəblərinin VI və VII siniflərində təhsil alan şagirdlər üçün Təhsil Nazirliyinin təlimçisi Nailə Kazımova tərəfindən Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzində interaktiv dərs təşkil olunub.

Müsabiqədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Murad Babayev məktəblərimizdə 2021-ci ildən tətbiq olunan STEAM təhsili ilə bağlı görülən işlər haqqında məlumat vermişdir. Qeyd etmişdir ki, artıq muxtar respublika məktəbliləri ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili ilə praktik məşğələlər vasitəsilə robototexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyro texnologiyalar, mühəndislik və dizaynerlik üzrə bilik və bacarıqlar qazanır, mühəndislik səriştələri əldə edirlər. Şagirdlərin bu sahədə qazandıqları bilik və bacarıqları üzə çıxarmaq, onlar arasında sağlam rəqabət formalaşdırmaq məqsədilə məktəblilər arasında müsabiqələr təşkil olunur.

 

Murad Babayev STEAM üzrə keçirilən müsabiqələrin əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, təşkil edilən müsabiqələr həm də şagirdlərin ölkə və beynəlxalq səviyyəli müsabiqələrə hazırlanmasına öz müsbət təsirini göstərmişdir. STEAM üzrə müəllimlərin mütəmadi olaraq kurslara göndərilməsi və şagirdlər arasında müsabiqələrin təşkili öz bəhrəsini vermişdir. Görülən işlərin nəticəsi olaraq, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 5-9 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən, müxtəlif kateqoriyalar üzrə 1300-ə yaxın iştirakçının qatıldığı “Beynəlxalq STEAM Azərbaycan Festivalı”nda şagirdlərimiz 2 qızıl və 2 bürünc medalla mükafatlandırılmışdır.

Sektor müdiri iştirakçıların diqqətinə çatdırıb ki, STEAM kabinələrinin imkanlarından yararlanaraq şagirdlərin mühəndislik, proqramlaşdırma və texnoloji biliklərinin artırılması məqsədi ilə Təhsil Nazirliyi tərəfindən təşkil olunan müsabiqə və yarışlardan biri də bu gün keçirilən “Labirint-Robot” müsabiqəsidir.

Sonra Murad Babayev müsabiqənin əhəmiyyətini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb və müsabiqəyə start verilib.

Müsabiqədə muxtar respublikanın təhsil müəssisələrindən “Labirint-Robot” üzrə 40 komanda iştirak edib, 120 şagirdin 40 layihəsi nümayiş olunub.

Müsabiqədə şagirdlər avtonom labirint həll edən robotlarla yarışıblar. Robotlara döşəmə və divarları aşkar etmək üçün istifadə edə biləcəyi sensorlarda heç bir məhdudiyyət qoyulmayıb. Şagirdlər maksimum uzunluğu 22sm, eni 16 sm, hündürlüyü isə 13 sm-dən çox olmayan robotlarla yarışıblar. Müsabiqə iki turdan ibarət olub. Birinci turda yarışlar başa çatdıqdan sonra labirint yol dəyişdirilib və ikinci yolda dövrəyə start verilib. Hər yarış üçün 180 saniyə vaxt ayrılıb. Vaxt koordinatorun təsdiqi ilə robot başlanğıc zolağına yerləşdirildikdə başlayıb və finiş nöqtəsindəki ağ sahəyə çatdıqda bitib.

Yarışın idarə olunması, qiymətləndirmə və qaliblərin seçilməsi üçün isə koordinatlardan ibarət münsiflər heyəti yaradılıb. Birinci yolu ən qısa vaxtda və təyin olunmuş müddətdə tamamlayan robotlar ikinci tura keçib. İkinci turda da ən qısa vaxtda labirint yolu maneəsiz başa vuran robot qalib olub.

Yarışın yekun nəticələrinə əsasən “Labirint-Robot” üzrə II muxtar respublika müsabiqəsində Culfa rayon Ərəzin kənd tam orta məktəbi I, Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Lisey, Babək rayon Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəb və Hərbi Lisey II, Heudər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Şahbuz şəhər 1 nömrəli, Naxçıvan şəhər 15 nömrəli və Şərur rayon Xələc kənd tam orta məktəbləri isə III yerə layiq görülüblər. Həmçinin Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzi, Naxçıvan şəhər 11 nömrəli tam orta məktəb və Babək rayon Araz kənd ümumi orta məktəbləri “Mühəndislik”, Naxşıvan şəhər 2, 14 nömrəli və Heydər Əliyev adına tam orta məktəblər isə “Kodlaşdırma” nominasiyaları üzrə təltif olunublar.

Sonda qaliblər sertifikat və medallarla mükafatlandırılıblar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg