• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1729
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1729
mod_vvisit_counterBu ay46883
mod_vvisit_counterÜmumi2931022

Tarix: 23 Dek., 2024

Məktəblilərin “Təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi” keçirilib

Dekabrın 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Rəssamlar Birliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində məktəblilərin “Təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi” keçirilib. Müsabiqə məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyəsi və yaradıcı qabiliyyətlərinin aşkarlanması, müxtəlif məktəbdənkənar istiqamətlər üzrə aktiv yaradıcılıq fəaliyyətinə cəlb olunması ilə fərdi potensiallarının sistemli inkişafı, ümumtəhsil məktəblərinin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə keçirilir.

Müsabiqədə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Heyran Əhmədova çıxış edərək bildirmişdir ki, Azərbaycanda dekorativ-tətbiqi sənət qədim tarixə malikdir. Muxtar respublikamızda da bu sənətin dulusçuluq, ağac və şüşə məmulatlar istehsalı, daş, ağac və kəc üzərində oyma, bədii metal işləmə, bədii parça və tikmələr, toxuculuq, xalçaçılıq, zərgərlik və digər sahələri inkişaf etməyə başlamışdır. Bədii yaradıcılığa meyilli olan istedadlı şagirdlərin, həvəskar gənclərin üzə çıxarılması, onlara metodiki tövsiyələrin verilməsi, axtarışlarının və fəaliyyətlərinin düzgün istiqamətləndirilməsi yönündə bir sıra tədbirlər həyata keçirilir. Təsviri və dekorativ-tətbiqi sənətin inkişafı sahəsində keçirilən sərgi və müsabiqələr bu sahələrin inkişafı baxımından mühüm rol oynayır. Heyran Əhmədova qeyd etmişdir ki, 3 mərhələdə keçirilən müsabiqənin I mərhələsi olan məktəbdaxili seçim 17-21 oktyabr tarixlərində baş tutub. Bu mərhələdə 187 məktəb üzrə 654 şagird 1383 rəsm və əl işi ilə, 21-30 noyabr tarixlərində keçirilən şəhər/rayon mərhələsində 134 məktəb üzrə 296 şagird 880 rəsm və əl işi ilə iştirak edib. Bu gün keçirilən muxtar respublika mərhələsində isə 120 şagirdin müxtəlif - rəsm, toxuma, tikmə, mis üzərində döymə, ağac üzərində yandırma, oyma və s. mövzularda 200-ə yaxın əl işi nümayiş olunur.

Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü, Naxçıvan Muxtar Respublikasının incəsənət xadimi Elman Cəfərov qeyd etmişdir ki, yurdumuzun zəngin təbiəti və gözəllikləri müxtəlif sənət növlərinin inkişafı üçün əlverişli şərait yaratmışdır. Ulu babalarımız hələ keçmiş zamanlarda təbiətdə mövcud olan ən adi şeylərdən: qamışdan, ağacdan, daşdan, gildən, heyvan sümüyü, dərisi və yunundan məişət ehtiyacları üçün əhəmiyyətli əşyalar düzəltmiş, onlardan istifadə etmişlər. Bu sahə qədim dövrlərdən indiyə qədər çox maraqlı, zəngin inkişaf yolu keçərək təkmilləşmişdir.

Elman Cəfərov bildirmişdir ki, təbiqi-dekorativ və təsviri sənət ustalarının müxtəlif zamanlarda yaratdıqları əl işləri tariximizin yaddaşından silinməyən bədii nümunələr kimi əbədi olaraq yaşayır və müasir dövrümüzdə bu sahə ilə məşğul olanlar üçün örnək olur.

Daha sonra şagirdlər “Naxçıvan: dünən və bu gün”, “Naxçıvan abidələri”, “Müasir Naxçıvan”, “Muxtar respublikamızın füsunkar təbiətinin təsviri”, “Milli-mənəvi dəyərlərimiz və adət-ənənələrimizin təsviri” mövzularında əl işlərini təqdim ediblər.

Müəlliflərin təqdim etdiyi işlər peşəkar münsiflər heyəti tərəfindən 5 ballıq sistemlə qiymətləndirilib. Bu zaman təqdim olunan işlərin mövzuya uyğunluğu, təkrarçılığın olmaması, yaradıcı, orjinal və keyfiyyətli olması, aktuallığı, kompozisiyanın tamlığı, təsvirin dolğunluğu, işin təqdimatının orjinallığı, iştirakçının təmsil olunduğu məktəbin seçdiyi mövzu ilə eyni olması, müsabiqəyə təqdim olunmuş işin məhz məktəblinin özü tərəfindən işlənməsi kimi meyarlar əsasında qiymətləndirilib.

Sonra müsabiqənin şərtlərinə uyğun olaraq yekun mərhələdə təsviri və dekorativ-tətbiqi sənətin hər biri üzrə bir I, üç II, üç III və səkkiz həvəsləndirici yer olmaqla, ümumilikdə 30 şagird mükafatlandırılıb. Qaliblər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Rəssamlar Birliyinin diplomları ilə təltif olunublar.

Müsabiqədə həmçinin 16 dekabr tarixində keçirilən Türkdilli dövlətlərin məktəbliləri arasında “Xəmsə möcüzəsi” I respublika onlayn incəsənət müsabiqəsinin qalibləri də mükafatlandırılmışdır.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg